суббота, 30 марта 2013 г.

Napaleon tortu



Ləvazimatlar:
Kərə yağı -  400qram
Un - 400qram
Yumurta - 1 ədəd
Xama - 1 qutu
Sirkə -1 çay qaşığı
Vanil -1 paçka
Duz - 1 çimdik
Krem üçün:
Kərə yağı - 500 qram
Qatılaşdırılmış süd - 2 qutu
Vanil - 1 paçka
Hazırlanması:
Xəmiri qoz boyda yoğururuq. 30 dəqiqə soyuducuda saxlayırıq. Sonra kündələri götürürük. Listin içi boyda xəmirimizi yayırıq. Sonra isə sobaya qoyuruq.

“Gecə - gündüz” tortu

Ləvazimatlar:
Yumurta - 4 ədəd
Şəkər tozu - 1,5 stəkan
Xama - 300 qram
Qatılaşdırılmış süd - 6 yemək qaşıqı
Soda - 0,5 çay qaşıqı
Vanil - 1 paçka
Krem üçün:
Kərə yağı - 200 qram
Qatılaşdırılmış süd - 8 yemək qaşıqı
Xırda doğranmış qoz ləpəsi - 200 qram
Hazırlanması:
Şəkər tozu yumurtalarla əriyənə qədər mikserlə çalınır. Buraya xama, soda, qatılaşdırılmış süd və un əlavə edilir. Bunların hamsı yaxşıca qarışdırılır. Yağ çəkilmiş xüsusi formalı qab götürülür. Bu qaba xəmirin yarısı tökülür, və sobaya qoyulur. Xəmirin qalan hissəsinə isə kakao qatılır və yaxşıca qarışdırılır.
Krem hazırlandıqdan sonra 1 qat ağ biskvitə krem çəkilir. Sonra 1 qat qara biskvitə krem çəkilir və 1 qat ağ, 1 qat qara biskvit üst – üstə qoyulur. Kremi çəkərkən hər qata qoz səpilir.  

четверг, 28 марта 2013 г.

Tikə - kabab


Ləvazimatlar:

Adambaşına -  350 qram qoyun əti
Baş soğan - 1 ədəd
Cəfəri - 10 qram 
Reyhan - 10 qram
Sumaq - 3 qram 
Duz, istiot
Hazırlanması:
Tikə kabab üçün ətdən 35 – 40 qramlıq tikələr kəsib şişə taxırıq, üstünə duz səpilir və manqalda közərmiş kömür üzərində qızardılır. Kömür alovlanmasın deyə ona duzlu su səpilir. Ət şişə taxılan zaman həm yağlı həmdə yağsız tikələr götürülməlidir. Əti bir qaydada qızarmasına fikir verilməlidir. Tikə kababın bərabər qaydada qızarması üçün arabir çevirmək lazımdır. Tikə kabab hazır olan kimi süfrəyə verilməlidir. Tikə kababın üstünə halqavari soğan qoymaq lazımdır. Bundan başqa tikə kababın yanına bir neçə dilim limon, yaxud narşərab, döyülmüş istiot və duz qoyulur. Yay zamanı tikə kababın yanına 100 qram şişdə qızardılmış pomidorda əlavə etmək olar.

Basdırma - kabab


Ləvazimatlar:
Adambaşına - 300 qram mal əti
Baş soğan - 1 ədəd
Nar - 15 qram
Kərə yağı - 5 qram
Cəfəri - 10 qram
Duz, istiot
Hazırlanması:
Basdırma kabab üçün təxminən 35 - 40 qramlıq tikələrdən doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz, istiot, nar qatılaraq hamısı birlikdə qarışdılır və 3 - 4 saat ərzində soyuq yerdə saxlanılır.
Lazım gəldikdə ət tkələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın dadı daha xoş olsun deyə, onu bişirməzdən əvvəl kərə yağına salmaq, çıxartmaq məsləhət görülür.
Kabab bişirilib süfrəyə veriləndə yanına soğan, limon yaxud şişdə bişirilmiş pomidor, sumaq, 
istiot və duz qoyulur.

Paytaxt salatı

Ləvazimatlar:
Qaynadılmış kartof - 6 ədəd
Qaynadılmış kök - 5 ədəd
Qaynadılmış yumurta - 5 ədəd
Yaşıl noxud - 1 banka
Qaynadılmış mal əti - 400 qram
Şüyüd - 1 dəstə
Keşniş -1 dəstə
Duzlu xiyar - 5 ədəd
Xiyar - 5 ədəd 
Duz, istiot
Xama -1 banka
Mayonez  -1 banka

Qozlu tort

Ləvazımatlar:
Qoz - 500 qram
Bal- 100 qram 
Marqarin - 100 qram 
Yumurta - 1 ədəd
Şəkər tozu - 0,5 stəkan
Un - 2 stəkan
Soda - 1 çay qaşığı
Sirkə - 1 çay qaşığı
Hazırlanması:
 Marqarini əridib, bal ilə qarışdırırıq. Sonra üzərinə yumurta, şəkər, limon cövhəri, un, çay sodası əlavə edib xəmir yoğururuq. Xəmiri 3 yerə bölüb, ayrı-ayrılıqda yağ yaxılmış xüsusi tavada lavaş şəklində bişiririk. 
Sonra krem hazırlayırıq:  yumşaq kərə yağını şəkər tozu ilə qarışdırıb, xama əlavə edirik və tortumuzun üzərini adına uyğun olaraq bəzəyirik.

Peçenyeli tort

Ləvazimatlar:
Yumurta - 3 ədəd
Şəkər tozu -1,5 stəkan
Kərə yağı - 400 qram
Un - 4 stəkan
Kakao - 4 xörək qaşığı
İsti su - 3 xörək qaşığı
Sirkə - 1 xörək qaşığı
Çay sodası - bir az
Duz - bir az

Hazırlanması:
3 ədəd yumurta, 1.5 stəkan şəkər tozu ilə qarışdırılır. 400 qram kərə yağı qarışığa qatılıb, möhkəm çalınır. Üzərinə 1 xörək qaşığı sirkə, bir az çay sodası, bir az da duz tökülür. 4 stəkan unun xəmiri yoğrulur, hazırlanmış xəmir 2 yerə bölünür. Bir hissəsi yağlanmış tavaya tökülür.

Bıçaqla 2 - 3 yerdən  deşilir ki, qalxmasın. İndi tortu isti sobaya qoyub, 15 - 20 dəqiqə bişiririk. Hazır olandan sonra 1 banka konfityuru soyumuş tortun arasına çəkirik. Sonra 4  xörək qaşığı şəkər tozunu, 4 xörək qaşığı kakaonu, 3 xörək qaşığı isti suya əlavə edib, sobanın üzərinə  qoyub, qarışdırırıq. Qaynara düşən kimi götürürük. Həmin qarışığa fındıq boyda kərə yağı atılır ki, ona parıltı versin.

“Qarpız dilimləri”pecenyesi

Ləvazimatlar: 
Şəkər tozu -120 qram
Kərə yağı - 150qram
Yumurta - 1ədəd
Un - 265 qram
Quru maya - 1 çay qaşığı
Qırmızı və yaşıl boya - azca
Vanil -1paçka
Qara kişmiş - zövqə görə

Hazırlanması: 
Kərə yağını şəkərlə ağarana qədər mikserlə çalırıq. Yumurta, duz və vanil əlavə edib qarışdırırıq. Əvvəlcə un və maya əlavə olunur. Xəmir əvvəlcə qaşıqla sonra isə əllə qarışdırılır. Alınan xəmiri üç hissəyə bölürük.
Birinci xəmir böyük, ikinci və ücüncü xəmirlər isə kiçik ölçüdə olur.

Birinci xəmir qırmızı boya ilə, üçüncü xəmir yaşıl rəngdə boyanır, ikinci xəmir isə olduğu kimi qalır. Bütün xəmirlər selofana qoyulur. 2 saat soyuducuda qalır. Ağ olan xəmir yayılır, qırmızı xəmir isə kolbasa formasında yayılır. Ağ xəmirin içərisində qırmızı xəmir olmaqla rulet formasında fırladırıq.

Yaşıl xəmiri yayırıq və ağ xəmiri onun üstünə qoyub rulet formasına salırıq. Selofana qoyub 3, 4 saat  soyuducuda saxlayırıq. Götürdükdən sonra rulet formasında kəsirik, içinə qara kişmiş qoyub sobada saxlayırıq. Qarpız dilimləri peçenyesini sufrəyə çayla təqdim olunur. Kim istəsə qarpız dilimləri peçenyesini  sərin içkilərlə də təqdim edə bilər. 

Toyuq salatı

Ləvazimatlar:
Toyuq əti - 250 qram
Şirin bibər - 6 ədəd
Qaynadılmış kök - 3 ədəd
Təzə xiyar - 2 ədəd
Xama - 1 banka 
Mayonez - 1 banka
Duz, istiot


Albuxara salatı

Ləvazimatlar:
Toyuq əti - 250 qram
Qaynadılmış kartof - 2 ədəd
Qaynadılmış yumurta - 3 ədəd
Qaynadılmış kök - 2 ədəd
Duzlu xiyar - 2 ədəd
Albuxara - 200 qram
Qoz ləpəsi - 200 qram
Mayonez - 1 banka
Duz, istiot

Hazırlanması:
Əvəlcə kartofu və kökü xırda – xırda doğrayırıq. Duzlu xiyarı və toyuq ətini doğrayırıq. Sonra albuxara, qoz ləpəsi və mayonezi əlavə edib qarışdırırıq.

Bibər salatı

Ləvazimatlar:
Sarı bibər - 2 ədəd
Qırmızı bibər - 2 ədəd
Yaşıl bibər - 2 ədəd
Toyuq əti - 200 qram
Duzlu xiyar - 2 ədəd
Göbələk - 2 ədəd
Duru yağ - 2 xörək qaşığı
Mayonez - 1 banka 
Alma - 1 ədəd
Duz, istiot

Hazırlanması:
Hamısını doğrayırıq. Sonra istəyə görə üzərinə ya duru yağ ya da mayonez və xama tökürük. Daha sonra duz və istiot əlavə edirik.

Olivye salatı

Ləvazimatlar:
Qaynadılmış kartof -  6 ədəd
Qaynadılmış kök - 3 ədəd
Soğan - 2 ədəd
Duzlu xiyar- 2 ədəd
Toyuq əti - 200 qram
Alma - 1 ədəd
Yaşıl noxud - 1 banka
Qaynadılmış yumurta - 3 ədəd
Mayonez - 1 banka
Duz, istiot

Göbələk salatı

Ləvazimatlar:
Konservləşdirilmiş göbələk - 1 banka
Konservləşdirilmiş qarğıdalı - 1 banka
Qoz ləpəsi - 200 qram
Toyuq əti - 250 qram
Duzlu xiyar - 2 ədəd
Mayonez - 1 banka
Duz, istiot

Xam bozbaşı


Ləvazimatlar: 
Adambaşına - 150 qram qoyun əti 
Yarım -  baş soğan
Zəfəran - 0,1 qram
Duz, istiot
Hazırlanması:
Xam bozbaşının hər payına 50 – 55 qramlıq  3 – 4 tikə qoyun əti götürülür. Pitiqabına qoyulur, üstünə su tökülüb, bişirilir. Sonra buna baş soğan, alça qurusu qatılır, hazır olmasına bir neçə dəqiqə qalmış zəfəran şirəsi, istiot və duz tökülür.


Çiyələk piroqu

Ləvazimətlar:
Un - 1 stəkan
Soda - 1 çay qaşığı
Xama  - 1 stəkan
Kərə yağı - 5 xörək qaşığı
Yumurta  - 3 ədəd

Hazırlanması:
Ləvazimətlardan ibarət xəmir yoğrulur. 10 - 15 dəqiqə soyuducuda saxlanılır. Xəmir soyuyub bərkidikdən sonra yayıb, iç dağılmasın deyə, kənarlarını yuxarı qatlayır, çox da isti olmayan duxovkada bişiririk. Tamam soyuyandan sonra piroqun üzərini bütöv çiyələklərlə doldururuq.

Sonra da piroqu bəzəyirik: 1 xörək qaşığı jelatinin üzərinə isti su töküb şişib - qabarsn deyə 30 - 40 dəqiqə saxlayırıq. Su ilə qarışdırılmış şəkər və giləmeyvə şirəsindən ayrıca bişirib, 1 buğum da qaynatdıqdan sonra yerə düşürürlər. Jelatin qarışdırılmış şərbəti ilıq ikən astaca piroqun üstündəki çiyələklərin üstünə gəzdirirlər.

Çuğundur salatı

Ləvazimatlar:
Çuğundur - 300 qram
Qoz - 100 qram
Sarımsaq - 5 dilim
Mayonez - 1 banka
Xama - 1 banka
Duz, istiot

Hazırlanması:
Əvvəlcə çuğunduru sürtgəcdən keçiririk. Sonra qozu və  sarımsağı  xırda - xırda doğrayıb mayonez, xama,   duz və istiot əlavə edirik. Hamısını qarışdırırıq.





Vanilli dondurma

Ləvazımatlar:
Süd - 0,5 litr
Vanil - 1 paçka
Şəkər tozu - 65 qram
Nişasta - 1 yemək qaşığı
Yumurta sarısı - 2 ədəd

Hazırlanması:
Vanil və şəkər tozunu 1.5 stəkan südlə qarışdrıb, qaynadırıq. Qalan südü nişasta ilə çalıb qarışdıra - qarışdıra qaynatdığımız südün üstünə tökürük. Bir az qaynadıqdan sonra sobanın üzərindən götürürük. Yumurta sarısını ağaranadək çalıb hələ də isti olan südə yavaş - yavaş qarışdırırıq. Qarışıq tam soyuyandan sonra soyuducuya qoyuruq. Nuş olsun!!!  








Kəsmikli piroq

Ləvazımatlar:
İçlik üçün:
Kəsmik  - 2 stəkan
Şəkər tozu - 3 xörək qaşığı
Un  - 2  çay qaşığı
Vanil  - 1 paçka
Kişmiş - Yarım stəkan
Üstünə sürtmək üçün:
Yumurta - 1 ədəd

Hazırlanması:
Kəsmikli piroqu dairəvi  formada bişirmək üçün, bizə dairəvi  formada tava lazımdır. Hazırlanmış mayalı xəmiri 10 mm qalınlığında yayıb, yağlanmış tavanın içinə sərməli, kəsmiyin üzərinə bir bərabərdə yaymalıyıq. Sonra üzərinə yumurta sürtüb, kişmişlə bəzəməliyik.

Xəmirə istirahət verdikdən sonra 200 - 220 istilikdə 30 - 40 dəqiqə bişirməliyik. Piroqun üzərinə bişməmişdən əvvəl lülə formasında xəmirdən müxtəlif formada bəzəklər də vurmaq da olar. Piroq bişdikdən sonra süfrəyə çayla təqdim olunur. İstəyən kəsmikli piroqu limonadlarla da təqdim edə bilər.Nuş olsun!!!

Rafaello

Ləvazimatlar:
Kakaos - 1.5 stəkan 
Kərə yağı - 50 qram
Qatılaşdırılmış süd - 150 qram
Vanil - 1 paçka
Fındıq - 100 qram

Hazırlanması:
Bir qaba kakaos, kərə yağı, vanil və qatılaşdırılmış süd töküb qarışdırırıq. Sonra onu azca soyuması üçün soyuducuya qoyuruq. Sonra onu soyuducudan çıxarıb yumrulayırıb onu kakaosun  içinə batırırıb  fındıq qoyub soyuducuda 10 dəqıqə saxlayırıq.


Şəkərli tort.

Ləvazimatlar:
Yumurta - 3 ədəd
Şəkər tozu -1,5 stəkan
Kərə yağı - 400 qram                               
Un - 4 stəkan
Kakao - 4 yemək qaşığı
Isti su - 3 yemək qaşığı
Sirkə - bir xörək qaşığı
Çay sodası - bir az
Duz - bir az

Hazırlanması:
3 ədəd yumurta, 1,5 stəkan şəkər tozu ilə qarışdırırıq. 400 qram kərə yağı buraya əlavə edilir. Yaxşıca çalınır. Üzərinə 1 yemək qaşığı sirkə, 1 az çay sodası, 1 az da duz tökülür. 4 stəkan undan xəmir yoğrulur, hazırlanmış xəmiri 2 yerə bölürük. 1 hissəsi yağlanmış tavaya tökülür.

Bıçaqla 2 - 3 yerdən deşilir ki, qalxmasın. İndi tortu isti sobaya qoyub, 15 - 20 dəqiqə bişiririk. Hazır olandan sonra 1 banka konfityuru soyumuş tortun arasına çəkirik. Sonra 4 xörək qaşığı şəkər tozunu, 4 xörək qaşığı kakaonu, 3 xörək qaşığı isti suya əlavə edib, sobaya üzərinə qoyub, qarışdırırıq. Qaynara düşən kimi götürürük. Həmin qarışığa fındıq boyda kərə yağı atılır ki,ona parıltı versin.

Qaymaqlı tort

Ləvazımatlar:
Yumurta - 6 ədəd 
Şəkər tozu - 150 qr 
Un - 100 qr
Vanil - 1 paçka 
Qaymaq - 250 qr 
Pletka şokolad - 1 paçka

Hazırlanması:
Yumurtanı qabda sındırıb, üzərinə şəkər tozu və vanil əlavə edərək şişib qabaranadək çalırıq. Bir az sonra həmin kütləni bir dəfə də çalıb üzərinə un əlavə edirik. Tavaya duru yağ çəkib, azca un səpərək kütləni tökürük və çox da isti olmayan sobada bişirin.

Soyuyuandan sonra iti bıçaqla arasından kəsirik. Kəsiklərin içini azca ovuruq və 1stəkan şəkər tozu ilə yaxşıca çalınmış qaymaq doldururuq və yenidən üst - üstə qoyub birləşdiririk. Sonra üzərinə qaymaq çəkib şokolad düzürük. Zövqə görə üstünə badam və ya qoz da düzə bilərik.Yaxud quru meyvədən də düzə bilərsiniz.

Düşbərə


Ləvazimatlar:
Adambaşına - 100 qram qoyun əti
Buğda unu - 40 qram 
Yumurta - 1 ədəd
Baş soğan - 1 ədəd
Bulyon - 350 qram
Üzüm sirkəsi - 10 qram
Keşniş, quru nanə, sarıkök, duz, istiot - zövqə görə
Hazırlanması:
Əvvəlcə qazanı sobanın ustünə qoyub baş soğanı xırda – xırda doğrayıb qazana atıb yağla birlikdə qovururuq. Sonra soğan qızarana yaxın duz, istiot və sarıkök əlavə edirik. Sonra onun üstünə 1 litr soyuq su töküb bir buğum qaynadırıq.

Digər tərəfdən xəmiri yoğururuq. Xəmiri hazırlamaq üçün un, duz , su və yumurta lazımdır.
Sonra xəmirə 5 dəqiqə istirahət veririk. Sonra xəmiri yayırıq. Daha sonra onu əvəllcə uzununa, sonra eninə kəsirik. Kiçik kvadratlar alınmalıdır.

Sonra bir qabda çəkilmiş qoyun əti, keşniş, soğan qatıb qarışdırırıq. Sonra onu kvadratların içinə qoyuruq. Kvadrat üçkünc şəklində qatlanıb küncləri geriyə qatlanır. Sonra onları başqa bir qaba töküb, yapışmaması üçün qaba tökdükcə un səpirik.

Sonra düşbərələri qaynayan qazana töküb azca qaynadırıq. Düşbərələr 5 dəqiqəyə üzə çıxır. Sonra onu suyu ilə birlikdə qaba tökürük. Üstünə quru nanə və sirkə əlavə edirik.


Gürzə

Ləvazimatlar:
Adambaşına - 200 qram qoyun əti
Buğda unu - 80 qram
Baş soğan - 1 ədəd
Ərinmiş yağ - 25 qram
Yumurta - 1 ədəd 
Qatıq -50 qram
Duz, istiot
Hazırlanması:
Gürzə üçün yumşaq qoyun əti soğanla birlikdə ətçəkən maşından keçirilir və ona duz, istiot vurularaq qarışdırılır və qızdırılmış tavada yağ içində  qovrulur. Ələnmiş una duz, su vurularaq  xəmir yoğrulub 1 mm qalınlıqda yayılır və bundan stəkanın ağzı ilə diametri 5 sm ölçüdə dairələr kəsilir. 

Hazır qiymə həmin dairələrin ortasına qoyulub tikişi yuxarı və ucu açıq qalmaq şərti ilə bükülür. Bu qayda ilə hazırlanmış gürzə bulyonun içinə salınıb bişirilir. Gürzə üzə çıxanda bişmiş hesab edilir. Süfrəyə verilən zaman gürzəni süzgəclə qazandan götürmək lazımdır. Qablara düzülür, üstünə yağın və qiymənin qalan hissəsi tökülür. Sonra ayrıca qabda da qatıq qoyulur.

Xingəl

Ləvazimatlar:
Adambaşına - 100 qram qoyun əti
Buğda unu - 40 qram 
Yumurta - 1 ədəd
Ərinmiş yağ - 25 qram
Baş soğan - 1 ədəd
Un - 40 qram
Duz, istiot - zövqə görə
Hazırlanması:
Əvvəlcə un , duz , su , yumurtadan ibarət xəmir yoğrulur. Sonra onu yayırıq. Daha sonra onu romb şəklində kəsirik. Sonra onu qaynar qazana töküb pörtürük. Ayrı bir tavada xırda - xırda doğranmış soğana 40 qram kərə yağı, duz, istiot əlavə edib qovururuq. Sonra xingəli süzür, boşqaba töküb ,üstünə qovrulmuş ət və qatıq əlavə edirik.                                         


Piroq


Ləvazımatlar:
Un - 500 qram
Şəkər tozu  - 200 qram
Xama - 200 qram
Marqarin - 25 qram
Kakao - 15 qram
Çay sodası - 2 qram
 
Hazırlanması:
Bu piroq 6 qat xəmirdən hazırlanmaldır. Xamanı şəkər ilə qarışdırıb marqarin, çay sodası və un əlavə edib yaxşıca yoğururuq. Sonra xəmiri 2 yerə ayırıb üzərinə kakao tozunu tökürük. Sonra hər xəmirdən kündə kündələyib  yayıb(15 - 20 sm) ayrı- ayrı bişiririk.
Xamanı şəkərlə ağaranadək çalırıq. Sonra hazır  olan yaymaları şəkər ilə qarışdırılmış xamanı yaxaraq üst- üstə yığmaq lazımdır(1 qat kakaolu yayma,1 qat ağ yayma). Bundan sonra piroqun üstünə də  xamayla şəkər tozundan yaxıb, yaymaların ovuntusunu səpirik. Xama yaymalara yaxşı hopsun deyə  piroqu 1 - 2 saat soyuducuda saxlamaq məsləhətdir

Peçenye

Ləvazımatlar:
Un - 500 qr
Şəkər tozu - 350 qr
Marqarin - 250 qr
Darçın - 1 çay qaşığı
Çay soda - 1 çay qaşığı
Yumurta - 2 ədəd
Badam ləpəsi - 250 qr
Hazırlanması:
Yağı şəkər ilə ovub qarışdırırıq. Badam ləpəsini azca qovurub xırda doğrayırıq. Sonra ləpəni marqarin və şəkərə qarışdırıb, üzərinə unu və çay sodasını   əlavə edərək xəmir yoğururuq.

Xəmiri 3 - 4 sm qalınlığında bürmələyib 1 - 4 saat soyuq yerdə saxlayırıq.
Sonra xəmirdən istədiyimiz formada doğrayıb 5 - 7 dəqiqə bişiririk. Peçenyelərin üzərinə əridilmiş şokolad və ya marmelad ilə bəzəyirib, üzərinə qoz qoyuruq. 

вторник, 26 марта 2013 г.

Qış salatı


Ləvazimatlar:
Ağ turp - 2 ədəd
Yerkökü - 2ədəd
Yaşıl noxud - 1 banka
Soğan - 1 ədəd
Duzlu kələm - 1 ədəd
Keşniş - 1 dəstə
Şüyüd -1 dəstə
Qaynadılmış kartof - 2 ədəd
Xama -1 banka
Mayonez -1 banka
Göbələk - 100 qram
Duz, istiot    

Hazırlanması:
Ağ turpu və yerkökünü sütkəcdən keçirik, soğanı, kartofu və göbələyi xırda – xırda doğrayırıq.
Keşniş, şüyüd və duzlu kələmi xırda – xırda doğrayıb, üzərinə xama, mayonez və duz, istiot əlavə edib, qarışdırırıq.

пятница, 22 марта 2013 г.

Alma tortu

Ləvazimatlar:
250 qram - un
80 qram - şəkər tozu
100 qram - kərə yağı                                         
Yaxud marqarin
500qram - alma
2ədəd - yumurta
Bir xörək qaşığı - kartof unu

Hazırlanması:
Un, şəkər tozu, yağ və yumurta sarısından xəmir yoğurub, 1 saatlığa saxlayırıq. Sonra xəmiri yayıb xüsusi formaya salmalıyıq. Elə etmək lazımdır ki, forma tamam xəmirlə dolmasın, üstü 1-2 sm boş qalsın.

Yumurta ağının üzərinə şəkər tozu və kartof ununu yavaş – yavaş səpərək qabarıb qatı köpük halına düşüncəyədək çalmalı. Bundan sonra ona xırda  doğranmış almanı qatıb formadakı xəmirin üstünə yaymalı və az temperaturda 40 dəqiqə müddətində bişirməliyik.

Fındıqlı pirojna

Ləvazimatlar:

Fındıq ləpəsi - 500 qr
Şəkər tozu - 500 qr
Yumurta - 5 ədəd

Hazırlanma qaydası:
Şəkər tozu yumurta ilə əriyənə qədər qarışdırılır. Sonra fındıq çəkilir və əlavə edilib qarışdırılır, bu qarışıqdan qozdan bir az böyük kürələr düzəldilir. Yağ çəkilmiş listə qoyulur. Ələ yapışmaması üçün əllər su ilə isladılır. Pirojnanın altının yanmaması üçün listin içinə yağlı kağız qoyulur. Pirojna 180 0C-də 30 dəqiqə bişirilir.