суббота, 31 августа 2013 г.

Kələm salatı


Tərkibi:
Kələm – 300 qram
75 qram – kərəviz
Alma – 1 ədəd
30 qram 3% li sirkə
30 qram günəbaxan yağı
Hazırlanması:
Kələm nazik – nazik doğranır, duz töükülüb suyu çıxmaq üçün əldə ovulur. Təmizlənmiş alma və kərəviz də doğranılır. Bunlar qarışdırılır üstünə salat mayesi, günəbaxan yağı tökülür.

Şirinova B.

Ətli dovğa


 Tərkibi:
Adambaşına – 100 qram qoyun əti
200 qram – qatıq
20 qram – düyü
15 qram – noxud
10 qram – buğda unu
1 ədəd – yumurta
1 ədəd soğan
Ispanaq, keşniş, şüyüd, yarpız, nanə, kərəviz
Duz, istiot
Hazırlanması:
Yumşaq qoyun əti soğanla birlikdə ət maşınından keçirilir, ədviyyatlar qatılaraq 15 qramlıq xırda küftələr hazırlanır və bişirilir. Noxud 3-4 saat əvəldən soyuq suda isladılır və bişirilir. Ayrıca qazanda qatıq, düyü, yumurta və un bir-birinə qatılıb çalınır. Qatığın çürüməməmsi üçün arası kəsilmədən qaynara düşən kimi bulaya – bulaya qarışdırılır. Qaynara düşəndən sonra noxud, küftələr qatığın hamsı ilə birlikdə bişirilir. Daha sonra tərəvəzləri xırda- xırda doğrayıb qazana tökürük, duz əlavə edib, bişməsini gözləyirik.

Südlü sıyıq


Tərkibi:
Adambaşına 250 qram süd
50 qram – düyü
10 qram kərə yağı
Darçın, zəfəran, duz 
Hazırlanması:
1 stəkan südə 1 stəkan su qatılıb, qaynadılır. Düyü artlanıb, yuyulur və qaynara düşmüş südə qatılır, duz vurulur və az xodda bişirilir.
Süfrəyə verməzdən əvvəl xörəyin üstünə zəfəran şirəsi( 0.1 qram zəfəran 50 ml isti suda açılır ), darçın kərə yağı tökülür.


 Qovurma plov

Qovurma plov

Ləvazimatlar:
Baş soğan – 2 dəstə
Şüyüd – 2 dəstə
İspanaq – 2 dəstə
Turşəng – 2 dəstə
Keşniş – 2 dəstə
Kərə yağı – 200 qram
Quzu əti ( dana əti ) – 500 qram
Hazırlanması:
Əvvəlcə əti xırda – xırda doğrayib pörtürük. Soğanı halqa şeklində doğrayiriq və tavaya əvvəl yağı sonra isə əti və soğanı 5 dəqiqə qovururuq. Sonra keşnişı, şüyüdü, turşəngini, ispanağı doğrayıb qovurmanın üzərinə tökürük və üzərinə limon suyu ( abqora ) əlavə edib qovururuq. İlıq suda dyünü isladırıq və qazana su töküb qaynadırq. Sonra süzüb qaba tökürük.


Pomidor çığırtması

Ləvazimatlar:

Soğan  - 2 ədəd
Pomidor - 2 ədəd
Yumurta - 2 ədəd
Yağ - 200 qram
Duz, istiot
Hazırlanması:
Pomidor və soğanı xıda - xırda doğrayırıq. Sonra pomidor və soğanı qovururuq. Sonra yumurtanı çalıb, tökürük.sonda 10 dəqiqə bişiririk.


 

Badımcan çığırtması

Ləvazimatlar:
Soğan - 2 ədəd
Pomidor - 2 ədəd
Yumurta - 2 ədəd
Badımcan - 2 ədəd
Yağ - 200 qram
Duz, istiot
Hazırlanması:
Soğanı qovururuq. Sonra badımcanı soyub, duzlayıb acılığını çıxartırıq, sonra yuyuruq, sonra badımcanı, soğanı, pomidoru doğrayıb, qovururuq. Sonra hamsını bir yerdə qızardırıq.

Mərci plov

Tərkibi:
Mərci – 200 qram
Düyü -1 stəkan
Duz -10 qram
Hazırlanması:
Mərcini 10-15 dəqiqə qaynadırıq. Sonra mərcini süzgəcdən keçiririk. Daha sonra qazanın dibinə yayma yayırıq.
Yaymanın resepti:
Yumurta - 1 ədəd
Qatıq - 0.5 stəkan
Duz - 1 çimdik
Hazırlanması:
Xəmiri yoğurub, yayma yayıb qazanın dibinə yağ atıb yaymanı qazana qoyuruq. Mərci ilə düyünü qarışdırıb, qazana tökürük. Üstunə zəfaran və yağ əlavə edib,15 dəqiqə dəmə qoyuruq.





Şokoladlı, fındıqlı, kakaolu yağ (шоколадное масло)

Tərkibi:
Şəkər tozu – 3 stəkan
Süd – 3 stəkan
Yumurta – 3 ədəd
Kakao – 8 yemək qaşığı
Un – 6 yemək qaşığı
Kərə yağı - 100 qram
Hazırlanması:
Hamısını bir qaba töküb, yaxşıca çalırıq ki, içində un qalmasın. Sonra sobaya qoyuruq. Bərkiyənə kimi qarışdırırıq ki, dibi yapışmasın. Qatı krem halında olduqda sobanın üzərindən götürürük. Sonra fındığı qovurub, xırda doğrayıb içinə tökürük.

Əhmədzadə Könül xanım , Bakı şəhəri 

Merenki pirojnası


Xəmir üçün:
4 yumurta ağı 
1 stəkan – şəkər tozu
1 paçka vanil
Krem üçün:
150 qram – kərə yağı
6 xörək qaşığı - qatılaşdırılmış süd
Hazırlanması:
Yumurta ağı yaxşıca çalınır. Hazır olana yaxın içinə şəkər tozu və vanil əlavə edilib yenidən çalınır. Bu qarışıq ya mətbəx şprisi ya da adicə qaşıqla gotürülüb, kağız salınmış listə istənilən formada qoyulur və 25 – 30 dəqiqədə 110 – 120 C dərəcəyədək qızdırılmış dxovkada bişirilir. Hazır olanda arasına krem sürtülüb cüt - cüt birləşdirilir. Merenki pirojnasına həmçinin 0.5 qram şəkər tozu ya da 1 xörək qaşığı kakao əlavə etmək olar.



Kərə yağının tortasından peçenye

Tərkibi:
300 qram - torta
100 qram - xama
Yumurta - 2 ədəd
Şəkər tozu - 200 qram
Duz - 0.5 qram
Çay sodası - 0.5 qram
Un - 2 stəkan
Hazırlanması:
Yaği əridərkən onun üstünə çıxan köpük kəfkirlə yığılır, belə olduqda həm yağ tez qaynayır, həm də torta yanıb xarab olmur. Sonra bu tortanın üstünə xama, yumurta, şəkər tozu, un, çay sodası, duz əlavə edilib, bərk xəmir yoğurulur. Xəmirin üstü örtülür və 30 dəqiqə soyuducuda saxlanılır. Sonra 0.5 sm qalınlığda yayılır, stəkanın ağzı ilə kəsilir. Üstünə çəngəllə naxış çəkilib, isti listə qoyulur və bişirilir. Bişdikdən sonra üstünə şəkər tozu tökülür.

Döyülmüş suxaridən pudinq

Tərkibi:
0.5 kq – döyülmüş suxari
3 - yumurta
1- stəkan süd
Xama -  100 qram
Kərə yağı – 1 qaşıq
Günəbaxan yağı - 1 qaşıq
100- qram şəkər ozu
Hazırlanması:
Ağ çörək qurudulub əzilir, içinə çalınmış yumurta sarısı, xama, 1 qaşıq kərə yağı və günəbaxan yağı tökülüb qarışdırılır. Yumurtanın ağıda ayrıca çalınır və ehmallıca bu qarışığa qatılır. Həmin qarışıq yağ çəkilmiş tavaya tökülür. Sonra üstü qızarana qədər dxovkada bişirilir. Pudinq axşam yeməyi kimi 1 stəkan süd ya da meyvə şirəsi ilə servis edilir.

Hacıyeva Lalə  xanım  , Ağstafa rayonu 

Kəsmik kökəsi

Tərkibi:
2.5 stəkan – un
200 qram – kəsmik
2 ədəd – yumurta
1 stəkan – şəkər tozu
0.5 çay qaşığı – çay sodası
1 çay qaşığı – üzüm sirkəsi
1 xörək qaşığı – günəbaxan yağı
Xama – 100 qram
Duz – 0.5 qram
Hazırlanması:
Yumurta şəkər tozu ilə çalınır, çay sodası xamanın içinə tokülüb qarışdırılır, bunlar kəsmik, sirkə və una əlavə edilib xəmir yoğrulur. Axırda xəmirə günəbaxan yağı əlavə edilir, yenidən yoğrulur. Xəmirdən kiçik kökələr düzəldilir. Üstünə yumurta sarısı çəkilib dxovkaya
qoyulur.

Zaidova Svetlana  , Çeboksar şəhəri 

Alma ilə şarlotta

Tərkibi:
10 - dilim boyat çörək
 4 xörək qaşığı ərinmiş yağ            
10- ədəd alma
1.5 - stəkan şəkər tozu
0.5- litr süd
Hazırlanması:
Almanın qabığı soyulub nazik dilimlərə doğranır. Boyat ağ çörək dilim - dilim kəsilir. Çörək yağa batırılıb tavaya düzülür. Üstünə 1 qat alma dilimindən qoyulur. Beləliklə 1 neçə qat çörək və alma düzülür, axrıncı qata çörək qoyulmalıdır. Bundan sonra yumurta şəkərlə çalınır. Üstünə süd əlavə edilib, tavadakı çörəyin üstunə tökülür, daha sonra dxovkada bişirilir.

Rəsulovava Səlimə xanım  , Gəncə

Şor

Tərkibi:
500 qram – pendir
500 qram – kəsmik
200 qram – süzmə
100 qram – qatıq
1 xörək qaşığı duz
Hazırlanması:
Kəsmiyin üstünə süzmə qatıq, duz tökülüb qarışdırılır və şor düzəldilir. Sonra bankanın içinə bir qat şor bir qat pendir yenə şor tökülür. Beləliklə pendir tamam şorun içində qalır.



Qrenki

Tərkibi:
2 ədəd – yumurta
2 xörək qaşığı – süd
6 dilim boyat çörək
Qızardmaq üçün əridilmiş yağ
Hazırlanması:
Boyat çörək dilim - dilim doğranılır, yumurtanın içinə süd tökülüb çalınır, çörək dilimləri bu qarışığa batırılıb yağda qızardılıır. Səhər pendir ya da şorla çay süfrəsinə qoyulur.

Zamanova Xalidə xanım

Nanə şərbəti

Tərkibi:
1.5 xörək qaşığı – quru nanə
1 stəkan – alça ya da limon şirəsi 
15 ədəd – qənd
1 litr - su
Hazırlanması:
Quru nanənin üstünə resseptdə göstərilən suyun yarısı tökülüb 2 dəqiqə qaynadılır, yarım saat qapağı bağlı halda saxlanılır. Qalan su qəndlə qaynadılır və ilıq şirəyə nanə dəmləməsi tökülüb qarışdırılır və soyuyandan sonra alça ya da limon şirəsi tökülüb soyuq yerə qoyulur.

Qızılgül şərbəti


Tərkibi:
200 qram qızılgül ya da itburnu çiçəyi ləçəkləri
1 çay qaşığı qızılgül şirəsi
20 ədəd qənd
0.5 limon şirəsi
0.1 qram zəfəran
Hazırlanması:
Qızılgül ləçəkləri soyuq suda yuyulur, çuqun qazana tökülüb, su əlavə edilir və odun üstünə qoyulub qızdırılır.Qaynara düşəndə ocaqdan götürüb, qapağı açılmadan soyudulur.Sonra süzülür, şəkər tozu əlavə edilib, əriyənə qədər qızdırılır. Yenə qapağı açılmadan soyudulur, qızılgül, limon şirəsi və zəfəran suyu əlavə edilib qarışdırılır.

Qurbanova Zülfiyyə xanım

Ətirli şərbət

Tərkibi: 
1.3 limon 
0.1 qram zəfəran şirəsi
Nanə, reyhan toxumu - 50 qram
Hazırlanması:
Şəkərlə qaynadılmış soyuq suya nanə, reyhan toxumu, qabığı ilə birlikdə xırda - xırda doğranmış limon, tökülüb soyuq yerdə saxlanılır. Süfrəyə soyuq halda verilir.



Ayran

Tərkibi: 
1 litr qatıq
Yarım litr su
1 dəstə şüyüd
1 ədəd xiyar
1 çay qaşığı duz
Zövqə görə giləmərzə
Nanə
Hazırlanması:
Qatıq çalınır, içinə soyuq su tökülüb qarışdırılır, qatıqla duz yaxşı qarışdıqdan sonra içinə duz, xırda - xırda doğranmış xiyar, şüyüd, nanə, giləmərzə əlavə edilib soyuducuya qoyulur. Ayran bir qədər duzlu olmalıdır.

Çörək pudinqi

Tərkibi:
500 qram çörək
100 qram yağ
0.5 stəkan süd
3 xörək qaşığı şəkər tozu
Vanil – 1 paçka
Hazırlanması:
Boyat çörəyin içi dilim – dilim doğranılır, üstünə yağ çəkilir və yağ çəkilmiş tavaya qat – qat düzülür. Yumurta şəkərlə çalınır, içinə isti süd, vanil, duz əlavə edilib qarışdırılır və tavadaki çörəyin üzərinə tökülür. Çörək südü canına çəkdikdən sonra tava dxovkaya qoyulub bişirilir.

Xama ilə biskvit

Tərkibi:
2 stəkan un
6 yumurta
1 stəkan şəkər tozu
1 stəkan xama
0.5 çay qaşığı soda
Hazırlanması:
Yumurtanın sarısı və şəkər tozu ağ kütlə alınana qədər çalınır. Üstünə soda qatılmış xama əlavə edilib yaxşıca qarışdırılır.Ayrıca bir qabda yumurtaların ağı köpüyə oxşar ağ kütlə əmələ gələnə qədər çalınır və əvvəl çalınmış kütləyə qatılır. Sonra un əlavə edilib qarışdırılılr və formaya tökülüb, əvvəldə göstərdiyimiz kimi bişirilir. Soyuyandan sonra qatlara kəsilib şirə və krem çəkilib tort formasına salınır. Belə biskvit xəmirinə badam, qoz ləpəsi, fındıq əlavə etmək olar. Sonra hər yumurtaya 1 xörək qaşığı fındıq götürülür. Fındıq qatandan sonra xəmiri yüngül qarışdırın ki, yatmasın. Dxovkaya qoyulub bişirilir.


Ekler pirojnası

Tərkibi: 
1 stəkan un
60 qram kərə yağı
6 ədəd yumurta
0.25 çay qaşığı duz
3/2 stəkan su və ya süd
Hazırlanması:
Qazana su və ya süd tökülür. Yağ və duz əlavə edilib qarışdırılır vı qaynadılır. Qaynara düşəndə un tökub, zəif od üzərində tez – tez qarışdıra – qarışdıra 1 – 2 dəqiqə qaynadılır. Çalışmaq lazımdırki, un topaçlanmasın. Odun üstündən götürülür 70 – 80 C – dək soyudulur qarışdıra – qarışdıra yumurtalar əlavə edilir. Bu cür xəmir çalınmır ancaq qarışdırılır. Axırda eyni bərabərə yoğrulmuş xəmir alınır. Listə nazik qat yağ çəkilir. Hazır xəmir mətbəx şprisinə yada kağızdan hazırlanmış kornetə doldurulub listə cürbəcür formada pirojnalar salınır. Belə pirojnalar 180 – 200 C tempraturda 30 – 40 dəqiqə bişirilir. Tempratur bundan çox olsa pirojnalar çox köpər, pirojnaların üstündə çat əmələ gələr. Tempratur bundan az olduqda isə xəmir köpməz. Yaxşı hazırlanmış xəmir yaxşı köpür, azca yayılır və içində boşluq əmələ gəlir. Bərk xəmir bişərkən yaxşı köğmür, duru xəmirdə isə pirojnalar formasız alınır. Əgər xəmir duru alınmışsa təzədən bir qədər qatı xəmir yoğurun, hər iki xəmiri qarışdırın. Əgər pirojnalar bişərkən yaprıxırsa deməli xəmir çox çalınmışdır. Bişəndən sonra yaprıxmışsa deməli vaxtından əvvəl çıxarılmışdır. Əgər məmulatların qıraqları yuxarı qalxırsa ya da məmulat yumşaqdırsa deməli dxovka kifayət qədər qızdırılmamışdır. Ekler pirojnası üçün xəmir uzun çubuqlar formasında da düzəldilir. Soyuyandan sonra hazır pirojnanın içi boş olur. Mətbəx şprisinə krem doldurulur, pirojnanın bir başından içinə boşaldılır, üstünə ya  azca krem çəkilib qırıntılar tökülür ya da şokoladlı pomada çəkilir.
Məsməxanım , Bakı şəhəri 

пятница, 30 августа 2013 г.

Kələm dolması

 Ləvazimatlar:
Adambaşına - 500 qram ət
Soğan -1 ədəd
Düyü - 0.5 stəkan
Istiot və duz-zövqə görə
Kələm – 1 ədəd
Keşniş -1 dəstə
Şüyüd -1 dəstə
Hazırlanması:
Ət və soğanı ət maşınından keçiririk.sonra keşniş və şüyüdü ətə əlavə edirik. Kələmi isti suda pörtüb, içinə 1 xörək qaşığı hazırladığımız əti qoyuruq və qazana yığırıq. Üstünə 1 stəkan su töküb 10-15 dəqiqə qaynadırıq. İstəsəniz şərbət, istəsəniz pomidorla bişirə bilərsiniz.

Şüyüd plov

Ləvazimatlar
Düyü - adambaşına 1 stəkan
Şüyüd - 3 dəstə
Su - 2 litr
Duz
Zəfəran ( və ya sarıkök ) - 10 qram
Kərə yağı - 200 qram
Kartof - 1 ədəd ( iri )
Hazırlanması:
Qazanda su qaynadılır. Sonra içinə duz və düyünü tökürük, sonra isə onu 20 dəqiqə qaynadırıq. Sonra düyünü süzürük. Qazanın dibinə  əvvəlcə kərə yağı tökürük, sonra dilim - dilim doğranmış kartofu düzürük. Kartofun üzərinə azca duz tökürük. Daha sonra üstünə süzdüyümüz düyünü tökürük və üstünə zəfəran və kərə yağını töküb 20 dəqiqə dəmə qoyuruq.

Boranı plov

Ləvazimatlar:
Düyü – adambaşına 1 stəkan
Boranı – 200 qram
Zəfəran - 1 çimdik
Hazırlanması:
Əvvəlcə düyünü ilıq suda isladırıq (bişməzdən yarım saat əvvəl), qazana su töküb qaynadırıq. Sonra duz tökürük, sonra islatdığımız düyünün suyunu süzürük. Qaynayan suya töküb, 10 - 15 dəqiqə qaynadırıq. Sonra aşsüzəndən keçiririk. Sonra balqabağı dilim - dilim doğrayıb qazanın içinə əvvəl yağı sonra isə balqabağı düzürük. Daha sonra düyünü qazanın içınə tökürük. Üzərinə zəfəranı səpib dəmə qoyuruq. Nuş olsun!!!

 

вторник, 6 августа 2013 г.

Çiyələkli dondurma

Tərkibi:
400 qr. çiyələk
1 fincan soyuq süd
300 qr. vanilli dondurma
1  yemək qaşığı şəkər tozu
1 paket vanil

Hazırlanması:
Əvvəlcə çiyələyi yuyun və doğrayın.Sonra çiyələk,şəkər tozu və vanili blenderdən keçirdib püre halına gətirin. Daha sonra süd və vanilli dondurmanı əlavə edərək təkrar qarışdırın.Sonra onu soyuducuda saxlayın. Qarışığı stəkanlara töküb üstlərini istədiyiniz kimi bəzəyərək süfrəyə verin.

воскресенье, 4 августа 2013 г.

Lahmacun

Ləvazimatlar:
Xəmiri:
Un – 3 stəkan
Yağ – 100 qram
Soda, duz – 1 çimdik
İlıq su – 100 qram
İçliki üçün:
Qoyun əti – 500 qram
Soğan – 2 ədəd
Bibər – 2 ədəd
Pomidor – 3 ədəd
Sarımsaq – 3 dilim
Bibər tomatı – 2 xörək qaşığı
Pomidor tomatı – 3 xörək qaşığı
Duz, istiot, quru qırmızı bibər – 1çimdik

Hazırlanması:
Un, duz, yağ, soda, ilıq sudan ibarət xəmir yoğrulur. Başqa bir tava götürüb içinə xırda – xırda doğranmış soğan, pomidor, bibər, ət töküb qovururuq. Sonra bibər tomatı, pomidor tomatı, duz, istiot, quru qırmızı bibər xırda – xırda doğranmış sarımsaq töküb qarışdırırıq. Xəmirimzi hazırlayıb içinə içlikdən qoyuruq.                     

суббота, 3 августа 2013 г.

Babka

Ləvazimatlar:
Spagetti - 1 paket
Yumurta - 5 ədəd
Şəkər tozu - 1st
Duz - 1 çimdik
Kərə yağı - 200 qr
 
Hazırlanması:
Əvvəlcə spagettini xırda - xırda hissələrə ayırırıq. Sonra yumurtanı çalırıq. Daha sonra bir tava götürürük, içinə 100 qr kərə yağı, xırdalanmış spagetti, yumurta və şəkər tozu əlavə edirik. Sonra 100 qr kərə yağını əlavə edib 15 dəqiqə bişiririk. 

пятница, 2 августа 2013 г.

Kofeli dondurma


Tərkibi:
Yumurta – 3 ədəd
Limon suyu – 1 çay qaşığı
Əridilmiş şokolad
Kofe – 2 xörək qaşığı
Vanil – 1 paçka
Süd – 1 stəkan
Krem Şanti – 1 paçka

Soyuq çay

Tərkibi:
Çay - 1 litr
Limon suyu – 1 ədəd limondan
Limon yarpağı - 5 ədəd
Vişnə suyu -1 stəkan
Albali - 200qr
Ərik - 200qr
Şaftalı - 200qr
Nanə yarpağı – 2 dəstə
Şəkər tozu - 1 stəkan