четверг, 26 сентября 2013 г.

Qarın qutabı


Tərkibi:
400 qr qarın
2 ədəd soğan
20 qram lavaşana
Olmasa 40 qram nar
400 qr buğda unu
110 qr yağ
Sumaq
Darçın,
Duz, istiot
Hazırlanması:
Ələnmiş una su və duz qatılır. Bərk xəmir yoğrulur. Daha sonra 1 mm qalınlıqda fətir yayılır. Kasa böyüklüyündə dairələr kəsilir. Dana, quzu və ya qoyun qarını isti suda 1 neçə dəfə yuyulur. Daha sonra, soyuq su ilə yenidən yuyulur. Qarın ət maşınından soğanla birlikdə çəkilir. Sonra içinə lavaşana olmasa nar əlavə edilərək qarışdırılır. Əvvəlcədən kəsdiyimiz dairələrin bir tərəfinə ət maşınından çəkilmiş qarın qoyulr. O, biri tərəfi üstünə qatlanır. Aypara şəkilinə salınır, kənarları bükülür. Sonra qızdırılmış tavaya qoyularaq yağda qızardılır.Süfrəyə veriləndə isə qutabın üstünə sumaq səpilir.

пятница, 20 сентября 2013 г.

Roza tortu

Ləvazimatlar:
Şəkər tozu - 2 xörək qaşığı
Qoz ləpəsi - 100 qr
Un - 2 stəkan
Yumurta ağı - 2 ədəd
Duz - 1 çimdik
Soda - 1 çimdik 
Kremi üçün:
Yumurtanın sarısı - 2ədəd
Kəsmik - 250 qr
Kərə yağı - 200qr
Hazırlanması:
Yumurta sarısı və şəkər tozu yaxşıca çalınır. Sonra kəsmik və yağı əlavə edirik. Sonra duz, soda və unu əlavə edib qaşıqla qarışdırırıq. Sonra xəmiri soyuducuya qoyuruq. 15 dəqiqədən sonra soyuducudan çıxardırıq və yayırıq.Yaydıqdan sonra içinə kremi yaxıb, büküb, xırda doğrayıb dxovkada bişiririk. Üzərinə şəkər kirşanı əlavə edirik. Onu da demək lazımdır ki, bu tort çox sərfəlidir. Xəmirdə işlətdiyimiz yumurta sarısını istifadə edib, ağını çölə atmırıq, onu kremdə istifadə edirik. Tortu isti çayla süfrəyə veririk.

Al - əlvan peçenye

Tərkibi:
1 paket marqarin
2 ədəd - yumurta
1 stəkan şəkər kirşanı
3.5 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
Qida boyaları - istədiyiniz rəngdə
Bəzəmək üçün:
Qida zəri, muncuq, şəkər xəmiri
Hazırlanması:
Əvvəlcə yumurtalar çalınır. Daha sonra üzərinə yumuşalmış marqarin əlavə ədilir və əzilir.
Sonra şəkər kirşanı əlavə edilir və qarışdırılır.
Bu qarışığa vanil, qabartma tozu və unu  yavaş-yavaş əlavə edirik. Daha sonra yumuşaq xəmir yoğururuq. Hazırladığımız xəmirdən kündələr hazırlayıb, hər bir kündəyə cürbəcür rəngdə boyalar vururuq.
Bundan sonra isə biz istədiyimiz cür bəzəyirik. İstədiyimiz formanı verərək yağlanmış listə düzürük.
İstəsək üzərinə şəkər də qoymaq olar.




суббота, 14 сентября 2013 г.

Sucuq

Ləvazimatlar:
Qarğıdalı unu - 50 qr
Su - 110 qr
Ərinmiş yağ - 20 qr
Qoz ləpəsi - 40 qr
Zəfəran  sapı - 3 sap
Duz - 1 çimdik
Hazırlanması:
Soyuq suda açılmış qarğıdalı nişastasını, qaynayan suya tökərək arası kəsilmədən qarışdırılır. Sonra zəfəran sapını qaynar suda qarışdırıb şirə halına salırıq. Onu, şəkər tozu  və yağ ilə həmin qarışığa tökürük. Sonra onları yaxşıca qarışdırırıq.

Qoyun əti ilə yaşıl lobya


Tərkibi:
Adambaşına - 150 qram qoyun əti
300 qram – təzə lobya
20 qram ərinmiş yağ
1 ədəd – soğan
50 qram – qatıq
Duz, isitot
Hazırlanması:
Qoyun əti tikələrə doğranıb yağda qızardılır. Yaşıl lobya ayrıca su içində bişirilib, süzülür. Sonra ət və lobyanın üstünə azca bulyon tökülür və hamsı birlikdə öz buğunda bişirilir. Axırda yağda qızardılmış soğan, duz, istiot əlavə olunur. Bu xörək süfrəyəy veriləndə yanında bir ab qatıqda qoyulur

Səbzi qovurma


Tərkibi:
Adambaşına - 300 qram qoyun əti
Soğan – 1 ədəd
25 qram ərinmiş yağ
10 qram abqora
Limon duzu
Duz, isitot
Hazırlanması:
Qoyun əti sümüksüz tikələrə kəsilib, duzlanır və qovrulur. Sonra yağda qovrulmuş soğan, limon duzu, abqora əlavə olunub, öz buğunda bişirilir. Hazır olana yaxın üzərinə keşniş, şüyüd əlkavə olunur.

Nar qovurması


 Tərkibi:
Adambaşına – 300 qram qoyun əti
30 qram ərinmiş yağ
50 qram təzə nar
100 qram şabalıd
1 ədəd – soğan
Keşniş, zəfəran, duz, istiot
Hazırlanması:
Qoyun əti tikələrə doğranıb qızdırılmış tavada yağ içindəı qızardılır. Sonra yağda qızardılımış soğan və duzlu suda bişirilib, qabığı soyulmuş şabalıd qatılır. Bulyon və zəfəran tökülür və qapağı örtülüb hazır olana qədədr bişirilir. Bişdikdən sonra üzərinə nar şirəsi, göyərti tökülür.

Qiymələnmiş balıq (Ləvəngi)


 Tərkibi:
Balıq - Kütüm (adambaşına – 250 qram balıq)
50 qram qoz ləpəsi
1 ədəd soğan
10 qram ərimiş yağ
50 qram kişmiş
Duz, istiot
Hazırlanması:
Əvvəlc balığın pulcuqları təmizlənir, içalatı çıxardılır və suda yuyuylur. Soğan doğranıb yağda qızardılır, sonra kişmiş əlavə edilir, qoz qatılır və hamsı birlikdə qarışdırılır. Balıq duzlanır və içinə  həmin qiymə dolduraraq sapa sarılıb dxovkada bişirilir. Süfrəyə verilən zaman balıq eninə tikələrə doğranır.

Yarma plov


 Tərkibi:
Adambaşına – 100 qram yarma
100 qram düyü
50 qram ərinmiş yağ
100 qram qurudulmuş kütüm
Duz
Hazırlanması:

Buğda yarması artlanıb, yuyulur və hazır vəziyyətə çatınca qaynar duzlu suda bişirilir. Sonra içinə yuyulumuş düyü töküb hamsını birlikdə hazır oluncaya qədər bişiririk. Qurudulmuş kütüm suda bişirilir, dərisi və tıxları tımizlənir, bəzən kütüm su buxarında bişirilir. Xırda tikəciklərə bölünür. Süfrəyə verilən zaman yarma plov boşqaba çəkilir, yağ tökülür və yanına kütüm tikəcikləri düzülür.

Çoban aşı


Tərkibi:
Adambaşına – 150 qram qoyun əti
80 qram düyü
15 qram kərə yağı
30 qram ərinmiş yağı
Soğan 1 ədəd
Duz
Hazırlanması:
Qoyun əti tikələrə bölünür və yarı hazır vəziyyətə bulyon içində bişirilir. Sonra həmin bulyon süzülür və onun içində yuyulmuş düyü bişirilir. Düyünün bişməsinə 10 – 15 dəqiqə qalmış yağda qızardılmış soğan, qoyun əti və duz qatılıb hazır olanadək bişirilir. Süfrəyə verilən zaman üzərinə yağ tökülür.

Quymaq

Quymaq

Tərkibi:
Adambaşına – 40 qram buğda unu
20 qram ərinmiş yağ
10 qram şəkər tozu
0.2 qram darçın
0.5 qram sarıkök
Duz
Hazırlanması:
Tavada yağ əridilir. Ələnmiş un qatılıb qızılı rəng olana qədər qovrulur. Su, döyülmüş keşniş toxumu, sarıkök əlavə edilir və topazlanmasın deye, arası kəsilmədədn qarışdıraraq, səthinə yağ çıxınca zəif od üzərində qızdırılır. Tavanın dibində qazmaq əmələ gəlir. Süfrəyə verilən zaman boşqaba quymaq və qazmaq qoyulub, üzərinə şəkər tozu və darçın səpilir.

Şaftalı mürəbbəsi

Tərkibi:
1.5 kq şaftalı
1.4 kq şəkər tozu
0.3 l su
Hazırlanması:
Şaftalı mürəbbəsi bişirərkən qabığı soyulur özü 4 yerə bölünərək üstünə 1.5 kq meyvəyə 1 kq nisbətində şəkər tozu tökülür. 5 – 6 saat saxladıqdan sonra 10 dəqiqə qaynadılır. Mürəbbəni oddan götürəndə 400 qram şəkər əlavə edilir. 4 - 5 saat qaynadılır.


вторник, 10 сентября 2013 г.

Limonlu Profitroli

Xəmir üçün:
100 qram şit yağ
1 çimdik duz
1 çimdik şəkər tozu
3 ədəd yumurta
100 qram un
İçlik üçün:
2 ədəd limon
5 ədəd yumutanın sarısı
1 stəkan şəkər tozu
50 qram şit yağ
50 qram şəkər kirşanı
Hazırlanması
Əvvəlcə qazanı götürüb, içinə 0.5 stəkan isti su tökürük. Suya 100 qram kərə yağı, 1 çimdik duz və 1 çimdik şəkər tozu tökürük. Hələki yağ qazanda əriyir, başqa bir qabda 3 ədəd yumurtanı çırpıcı və ya mikser ilə çırpırıq. Qazanda əriyən yağa 100 qram un əlavə edib, qarışdırırıq və arası kəsilmədən çırpdığımız yumurtaları qazana əlavə edib, qarışdırmağa davam edirik.
 Sonra 2 ədəd qaşıq götürüb, hazırladığımız xəmiri kiçik kündələrə ayıraraq, dxovkanın listinə sıra ilə düzürük. Yaxşı olar ki, bunları yağlı perqament kağızının üstünə yığasınız. Sonra bişmək üçün dxovkaya qoyuruq.

 Krem üçün: 2 ədəd limon qabığını sürtkəcdən keçirib, limon sedrası əldə edirik. Limonların özünü isə sıxıb suyunu əldə edirik. Daha sonra 5 yumurta sarısını bir qaba tökürük və həmin qabı su buxarı qazanının üstünə qoyuruq. Bu yumurtalara limon sedrasını, limon sokunu və 1 stəkan kirşanı əlavə edib, qatılaşana qədər arasıkəsilmədən qarışdırırıq. Daha sonra hazırladığımız bu kremi oddan götürüb soyuduruq, sonra isə şit yağ əlavə edib, qatı kütlə əmələ gələnə qədər qarışdırırıq.

Xəmir dxovkada bişdikdən sonra onu çıxardıb, soyuduruq. Soyuduqdan sonra bişmiş profitroliləri arasını azca kəsib, içinə hazırladığımız kremi əlavə edirik. Daha sonra üstünə şəkər kirşanı əlavə edərək süfrəyə təqdim edirik.


четверг, 5 сентября 2013 г.

Şokolada batırılmış çiyələk


Tərkibi:
Çiyələk - 500 gram
Şokolad ləpəsi  - 1 stəkan
Yağ - 1 xörək qaşığı
Ağ şokolad ləpəsi
10 qram kərə yağı
Hazırlanması:
Əvvəlcə yağlı bir kağız götürürük.Onu listə səririk.Ayrıca bir qabda şokolad və yağı qarışdırırıq.
Şokoladı yaxşı-yaxşı çalırıq ki,yağ içində ərisin.Sonra çiyələkləri yuyun və onları
hazırladığınız şokolad sousuna batırın.Çiyələyi saplağından tutub,batırın ki, əlləriniz bulanmasın.Onu da deyək ki,çiyələyi tam şokolad sousuna batırmayın ,bir az qırmızı hissəsi görünsün.Onların hamısını listə düzün.Çalışmaq lazımdır ki,çiyələklər bir-birindən aralı qalsın.Sonra ağ şokoladı xırda-xırda parçalara ayırın və bir qaba töküb,üstünə 10 qram kərə yağı və süd əlavə edib əriyənə qədər qarışdırın.Sonra bu kütləyi soyudun.amma soyuducuda yox,otaq tempraturunda.Sonra ağ şokolad sousunu qaşıqla hazırladığınız çiyələklərin üstünə gəzdirin.İstəsəniz çiyələklərin içinə krem də doldura bilərsiniz.
Kremin resepti:
kərə yaği-200 qram
qatılaşdırılmış süd-1 qutu
vanil-1 paçka
İstəsəniz krem-şanti dən də istifadə edə bilərsiniz.

среда, 4 сентября 2013 г.

Qovurma bozbaş


Tərkibi:  
Adambaşına 150 qram – qoyun əti
Soğan – 2 ədəd
100 qram kartof
50 qram – şabalıd
20 qram – təzə alça
Yaxud alça qurusu – 10 qram
Keşniş, şüyüd
Duz, istiot
Zəfəran – 10 qram
Hazırlanması:
Qoyun əti 30 – 35 qram çəkidə tikələrə doğranır. Duz, istot vurulub, xırda – xırda doğranmış soğanlarla birliktə qoyun piyi ilə qovrulur. Sonra isti bulyon və yaxud su, soyulmuş kartof, qabaqcadan bişirilib soyudulmuş şabalıd, alça yaxud alça qurusu qatılaraq bişirilir. Bişənə yaxın istiot və zəfəran vurulur.


Toyuq bozartması

Tərkibi:
300 qram toyuq
30 qram ərinmiş yağ
15 qram limon
5 qram nanə
2 ədəd soğan
0.1 qram zəfəran
Duz, istiot
Hazırlanması:
Təmizlənib, yuyulmuş toyuq 30 qramlıq tikələrə doğranır və yağ içində azacıq qızardılır. Sonra dayaz qazana qoyularaq duz və istiot səpilir, yağda qızardılmış soğan, bulyon, zəfəran şirəsi qatılıb zəif od üzərində hazır olunana qədər öz buğunda bişirilir.

Qoyun ətindən bozartama


Tərkibi:
Adambaşına 300 qram qoyun əti
30 qram ərinmiş yağ
2 ədəd soğan
15 ədəd alça
50 qram keşniş, şüyüd, nanə
Duz, istiot
Hazırlanması:
Qoyun əti tikə - tikə doğranıb, qızardılılır. Dayaz qazana yığılır, doğranmış söğan, pomidor, alça habelə göyərti qatılır və az miqdar bulyonda hazır olunca öz buğunda bişirilir.
Süfrəyə verilən zaman bozartmanın üstünə limon dilimi və təzə xiyarın qoyulması da məsləhət görülür. 

Qazan kababı


Tərkibi:
Adambaşına 300 qram qoyun əti
20 qram quyruq - yağı
25 qram nar
2 ədəd soğan
5 qram göyərti
Duz, istiot
Hazırlanması:
Qoyun əti tikələrə doğranıb quyruq yağı ilə qalaylı mis qazanda qovrulur, istiot, duz yada qovrulmuş soğan qatılır. Xörəyin hazır olmsına az qalmış xörəyə yetişmiş nar dənələri əlavə olunur və üstünə göyərti səpilir.
Süfrəyə çəkilən zaman qazan kababı boşqaba çəkilir. Mövsümdən asılı olaraq süfrəyə xiyar, pomidor qoyulur.

Leço

Ləvazimatlar:
Pomidor - 10 kq
Yaşıl bibər - 1.5 kq
Qırmızı bibər - 3.5 kq
Soğan - 2.5 kq
Duru yağ - 1 litr
Şəkər tozu - 1 stəkan
Üzüm sirkəsi - 1 stəkan
İri duz -1 ovuc
İstiot - 2 çay qaşığı
Hazırlanması:
Böyük qazanda maşından keçırilmiş soğan qızardılır. Soyluyub, sıxılmış pomidor doğranılıb qazana tökülür. Üzərinə kök doğranıb əlavə eilir.1.5 saat qaynadılır. Bibərlər yuyulub, 4 yerə bölünüb qazana tökülür. Bişənə yaxın duz, istiot, sirkə, pesok əlavə olunur. Leço isti – isti bankalara doldurularaq, 45 dəqiqə sterilizə edilir.

Digər Leço resptləri   

Düyü ilə leço


Tərkibi:
 3.5 kq qrmızı pomidor
1.5 kq kök
1-1.5 kq soğan
1 kq qırmızı şirin bibər
3 baş sarımsaq
1 st. yumru düyü
Yarım stəkan şəkər tozu
1 st. qarğıdalı yağı
Duz,istiot
Hazırlanması:
Əvvəlcə soğanı soyuruq,sonra təmizləyirik.Soğandan sonra kökü təmizləyib yuyuruq. Soğanı xırda- xırda  doğrayırıq, kökü isə sürtgəcdən keçiririk.
Qırmızı bibərlərin toxumunu çıxardırıq sonra yuyuruq və nazik- nazik doğrayırıq.
Sarımsağı isə bıçağın altına qoyub,əzin və xırdalayın.
 Pomidorların qabığını soyub,yuyub mətbəx robotundan keçiririk. Sonra onları qazana əlavə edib,odda bişiririk. Qaynara düşəndə qapağını örtüb 1-1.5 saat bişiririk.Sonra düyünü yuyuruq, qazana əlavə edib  40-45 dəqiqə bişiririk. Sonra duz, istiot, sarımsaq, qarğıdalı yağı, kök, soğan və qırmızı bibəri əlavə edirik, yaxşıca qarışdırırıq. Sonra qazandan götürüb sterilizə edirik, bankalara yığırıq, ağzını bağlayırıq.

Sadıqova Aysel xanım , Qax şəhəri

Digər Leço resptləri

Ovdux


Tərkibi:            
Adambaşına 100 qram qoyun əti
200 qram – qatıq
100 qram – təzə xiyar
100 qram – yaşıl soğan
Keşniş, şüyüd, reyhan
1 ədəd – yumurta
Duz
Hazırlanması:
Ovdux hazırlamaq üçün qaynar su soyudulur, və qabaqca çalınmış qatıq həmin suda açılır. Xiyar soyulub xırda – xırda doğranılır. Mal əti ayrıca bişirilib, soyudulur və xırda tikəciklər şəklində doğranılır. Sonra yumurta bərk bişirilib soyulur və dilim şəklində doğranılır. Bura doğranmış keşniş, şüyüd, reyhan, soğan qatılıb, qarışdırılır. Həmçinin buraya duz əlavə edilir.

Süleymanova Günay xanım , Bakı şəhəri

вторник, 3 сентября 2013 г.

Bamiyə resepti


 Tərkibi:
 500 q un
 200 q şəkər tozu
 1 yumurta
 100 q bitki yağı
 yarım  ç.q. soda
 1 çimdik duz
 Hazırlanması:
 Əvvəlcə una çay sodası və qaynar su əlavə edirik və xəmir yoğruruq.Sonra soyuduruqvə ona yumurta qatırıq. Xəmiri ətçəkən maşından keçiririk. Amma ətçəkən maşının bıçaq yerininin ortasında 0,17 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 8 sm uzunluqda bərabər hissələrə bölünür.
 Bamiyə bitki yağında qızardılır, şəkər şərbətinə batırılır və şərbəti canına çəkdikdən sonra üstünə qənd pudrası səpilib,süfrəyə verilir.



Göyərti qutabı


Tərkibi:
Adambaşına - 150 qram ispanaq
50 qram yaşıl soğan
Keşniş, şüyüd
140 qram buğda unu 
40 qram ərinmiş yağ
10 qram lavaşana
50 qram qatıq
Duz, istiot
Hazırlanması:
Göyərti yuyulur. Doğrandıqdan sonra ona duz, istiot qatılıb qarışdırılır. Sonra yağda qızardılımış soğan qatılır. Ələnmiş una su və duz qatılıb, bərk xəmir yoğrulur, həmin xəmir yayılıb, adi qutab üçün olduğu kimi dairələr şəklində kəsilir. Göyərti dairələrin bir tərəfinə qoyulur, o biri tərərfi onun üstünə qatlanır: ypara şəklində bükülür və hər iki üzü tavada qızardılır. Süfrəyə verilən zaman üstünə yağ çəkilir və ayrıca olaraq yanına qatıq qoyulur.


понедельник, 2 сентября 2013 г.

Ətli lobya şorbası


Tərkibi:
Adambaşına 150 qram qoyun əti
80 qram lobya
20 qram ərinmiş yağ
Soğan, duz, istiot
Hazırlanması:
Qoyun əti tikələrə bölünür qazana qoyulur, üstünə su töküb bişirilir. Lobyada yuyulub, isladılıb qazana tökülür. Ayrı bir qabada soğanı qovururuq, onuda əlavə edirik və duz, istiot vurulur.


Mərci şorbası


Tərkibi:
Adambaşına 100 qram mərci
30 qram ərinmiş yağ
100 qram kartof
Soğan
50 qram pomidor yaxud 10 qram tomat püre
Keşniş, duz, istiot
Hazırlanması:
Mərci artlanıb yuyulur və suda isladılır. Sonra qazana töküb bişirilir və üstünə çıxan kəfi yığılır. Mərcinin bişməsinə az qalmış qazana kartof tökülür. Ayrı bir tavada soğan, tomat yaxud pomidor  yağda qızardılır və şorbaya qatılır. Xörəyin bişməsinə 1 neçə dəqiqə qalmış duz, istiot və keşniş qatılır.

Lənkəran külçəsi


Tərkibi:
650 qram un
10 qram maya
150 qram ərinmiş yağ
30 qram xama
60 qram şəkər tozu
1 yumurta
Zəfəran
Xaş-xaş
duz
Hazırlanması:
İlıq su, un və maya ilə xəmir - maya hazırlanır və acımaq üçün 2 saatlığa isti yerə qoyulur. Sonra yağ, yumurta, un, duz və xəmir – maya ilə xəmir yoğrulur. Xəmir acıyandan sonra kündələrə bölünür. Hər kündənin üstünə yumurta sarısı çəkilir, xaş-xaş səpilir və 20-25 dəqiqədən sonra 170-180 C də dxovkada bişirilir.

Bakı qurabiyəsi


Tərkibi:
600 qram ağ un
350 qram kərə yağı
1 yumurta ağı
30 qram ərik püresi
30 qram şəkər tozu
duz
Hazırlanması:
Kərə yağı və şəkər tozu tam əriyənə qədər qarışdırılır. Buna çalınmış yumurta ağı, un əlavə edilərək yenə qarışdırılır. Sıyıq xəmir mətbəx şprisinə doldurulur və girdə formada listə düzülür. Ortasına ərik püresi, ya da kişmiş qoyulub, 250 C bişirilir.


Düymə peçenyesi

Tərkibi:
400 qram un
250 qram kərə yağı
200 qram şəkər tozu
10 qram qida boyası
1 yumurta
Qabartma tozu-1 paçka
Duz
Vanil
Hazırlanması:
Əvvəlcə kərə yağı və şəkər tozunu ağarana qədər çalırıq. Elə eləmək lazımdır ki, şəkər tozu tam ərisin. Sonra onun içinə 1 yumurta əlavə edib, mikserlə çalırıq. Sonra vanil, qabartma tozu, qida boyası, duz əlavə edirik. Sonra ondan orta yumşaqlıqda xəmir yoğururuq. Sonra onu yayıb, stəkanın ağzı ilə kəsirik. Yağlanmış listə düzüb, ortasina dəriklər açırıq.


Şəkər çörək

Tərkibi:
500 qram əla növ un
200 qram ərinmiş yağ
300 qram – qənd tozu
20 qram – maya
Yumurta – 1 ədəd
Vanil – 1 paçka
Hazırlanması:
Yumurtanın ağında maya əridilir. Üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra qənd tozu əlavə edilərək 20 – 25 dəqiqə möhkəm çalınır. Sonra buna un əlavə olunur. Sonra xəmiri xırda – xırda kəsib, əlimizdə yumrulayıb listə düzürük. Sonra üzərinə yumurta sarısı çəkirik.

Cücə plov

 Ləvazimatlar:
Şabalıd – 100 qram
Albuxara – 100 qram
Kişmiş – 100 qram
Qovrulmuş qoz – 100 qram
Düyü –  adambaşına 200 qram
Cücə - adambaşına 1 ədəd
Hazırlanması:
Əvvəlcə cücənin tükünü qopardib yuyuruq, duzlayırıq və pörtürük  sonra  içinə şabalıd, albuxara, kişmiş, qoz qovurub içinə tökürük. Sonra açıq olan yeri tikirik. Bir yanda ilıq suda dyünü isladırıq və qazana su töküb qaynadırq və düyünü süzüb qaba tökürük. Sonra qazana əvvəlcə yağı sonra isə cücəni qoyub üzərinə düyünü töküb dəmə qoyuruq.

 

Qır – qır plov

Tərkibi:
Adambaşına 150 qram qoyun əti
150 qram düyü
Soğan 1 ədəd
15 qram alça qurusu
Yaxud 15 qram zoğal qurusu
50 qram şabalıd
12 qram keşniş
0.2 qram darçın
Duz, istiot
Hazırlanması:
Bu plovu hazırlamaq üçün düyüdən adi plov hazırlanılır və zəfəran vurulur.
Ayrıca qoyun əti kəsilir, sümüyü çıxardılır və soğanla birlikdə ətçəkən maşından çəkilir. Ətə duz, istiot və darçın vurulub, yaxşıca qarışdırılır.
Sonra küftələr hazırlanır və yağ içində qovrulur. Sonra bulyon, yarı bişmiş şabalıd, suda yuyulmuş alça yaxud zoğal qurusu qatılıb qapağı örtülür qabda öz buğunda bişirilir. Hazır olana yaxın, narın doğranmış keşniş qatılır.
Süfrəyə verilən zaman boşqaba təpəcik şəklində plov çəkilir. Yanına xörəyin şirəsi ilə qır – qır küftəciklər qoyulur.