вторник, 16 апреля 2013 г.

Meyvəli jele

Ləvazimatlar:
Şəkər tozu - 5 çay stəkanı
İlıq su - 3 çay stəkan
Buğda nişastası - 3 yemək qaşığı
Kivi - 2 ədəd
Moruq (malina) - 10ədəd 
Hazırlanması:
Kivinin qabıqlarını soyub mətbəx robotundan keçirərək püre halına gətirin. Orta boy qazana su, nişasta və şəkər tozu tökün. Yavaş atəşdə tez - tez qarışdıraraq qarışığı qatılaşana qədər bişirin. Kivi püresini əlavə edib qarışdıraraq bişirməyə davam edin. Sonra jele qarışığını qatılaşdığında ocaqdan ğötürüb kasalara tökün. Hər bir kasaya zövqə uyğun malina əlavə edin. Kasaları soyuducuda ən az 1 saat gözlətdikdən sonra istifadə edin.

Su böreyi

Ləvazimatlar:
Yuxa – 6 ədəd
Yumurta – 6 ədəd
Kərə yağı – 250 qram
Duru yağ – 0,5 litr
Su – 3 stəkan
Ağ pendir - zövqə görə
İspanaq, şüyüd, keşniş, vəzəhri – zövqə görə
Qabartma tozu – 1 paçka
Hazırlanması:
Su, ərinmiş yağ, duru yağ, yumurta, qabarma tozu bir çalınır. 2 yerə bölünür. 

Banan peçenyesi

Ləvazimatlar:
Xəmiri üçün:
Kərə yağı - 200 qram
Xama - 200 qram
Un - 2,5 stəkan
Çay sodası - 0,5 çay qaşığı
Sirkə - 1 çay qaşığı
İçi üçün:
Kərə yağı - 200 qram
Kəsmik - 200 rqam
Şəkər tozu - 1 stəkan
Un - 1stəkan
Vanil - 1 paçka
Hazırlanması:
Xəmiri yayırıq. Sonra bütöv banan qabığının açılmış formasında xəmir kəsilir. İçinə içlik qoyulur. Kənarları yaxşıca düzəldilir. Sobaya qoyulur. İstəsəniz üzərinə şəkər tozu səpə bilərsiniz.

суббота, 13 апреля 2013 г.

Albalı piroqu


Ləvazimatlar:
Un - 2,5 stəkan
Soda - 1 çimdik
Duz - 1 çimdik
Şəkər tozu - 200 qram
Yumurta - 2 ədəd
Marqarin - 200 qram
Xama - 200 qram
Hazırlanması:
Un, soda və duz qarışdırmaq lazımdır. Şəkər tozu, yumurta, xama və marqarini qarışdırıb, yavaş – yavaş un səpərək xəmir yoğurmaq lazımdır.

Oktyabr tortu

Ləvazimatlar:
Yumurta - 10 ədəd
Kərə yağı - 450 qram
Şəkər tozu - 450 qram
Un - 5 stəkan
Qoz ləpəsi - 200 qram
Soda - 1 çay qaşığı
Xama - 10 qram
Vanil - 1 paçka
Hazırlanması:
Yumurta ilə şəkər tozunu qarışdırmaq lazımdır və kərə yağı buraya qatılır.

Admiral tortu


Ləvazimatlar:
Xəmir üçün:
Un - 2 stəkan
Şəkər tozu - 1 stəkan
Kərə yağı və marqarin - 300 qram
Yumurta - 1 ədəd
Soda - 1 çimdik
Krem üçün:
Xama - 200 qram
Şəkər tozu - 4 yemək qaşığı
Vanil - 5 qram
Hazırlanması:
Bərk xəmir yoğurmaq lazımdır. 3 kündə kəsmək lazımdır.

Praqa tortu


Ləvazimatlar:
Xəmir üçün:
Un - 1 stəkan
Şəkər tozu - 3 stəkan
Yumurta - 7 ədəd
Kakao - 1 yemək qaşığı
Kərə yağı - 50 qram
Krem üçün:
Kərə yağı - 250 qram
Qatılaşdırılmış süd - 5 yemək qaşığı
Kakao - 2 çay qaşığı
Yumurta sarısı - 3 ədəd
Su - 1 stəkan
Hazırlanması:
Şəkər tozunun yarısı yumurta sarısı ilə yaxşıca çalınır. Başqa bir qabda yumurtanın ağını çalmaq lazımdır. Yumurtanın ağını tam köpük halına gətiririk. Qalan şəkər tozu buraya qatılır.

четверг, 11 апреля 2013 г.

Ət ruleti

Ləvazimatlar:
Ət - 75 qram
Süd və ya su - 1 çay qaşığı
İsladılmış buğda çörəyi - 1 ədəd
Duz - azca
Yumurta - 3 ədəd
Soğan - 1 ədəd
Kök - 1 ədəd
Hazırlanması:
Əti ət maşından keçirmək lazımdır. Su və ya süd, isladılmış buğda çörəyi də buraya əlavə olunur. Sonra azca duz səpmək, qarışdırmaq lazımdır. Sonra  bu qarışımı təmiz, yaş olan dəsmalın içinə tökmək lazımdır. Iki yumurtanı suda bişirmək lazımdır. Sonra bu yumurtaları ortadan bölmək lazımdır. Sonra onları ətin üzərinə düzmək lazımdır. Üstünə isə yağda qovrulmuş soğan və kök tökmək lazımdır. Daha sonra onu rulet formasında bükmək lazımdır. Sonra ruleti yavaşca dəsmalın üzərindən götürmək lazımdır(elə etmək lazımdır ki, ruletin açıq tərəfi altda qalsın). Tavadakı ruleti əllə hamarlamaq lazımdır. Düzəldərək üstünə çiy yumurtanı yaxmaq lazımdır. Suxarı ovuntusunu üzərinə səpmək lazımdır. Nuş olsun!!!

суббота, 6 апреля 2013 г.

Xvorost

Ləvazimatlar:
Un - 3 stəkan
Şəkər tozu - 2 xörək qaşığı
Süd - 0.5 stəkan
Xama - 3 xörək qaşığı
1 yumurta sarısı
Duz, soda - 1 çimdik
Hazırlanması:
Un, duz, soda, xama, yumurta sarısı, süd və şəkər tozundan ibarət xəmir yoğruruq. 

Limonlu piroq

Ləvazimatlar:
Yumurta  - 5 ədəd
Şəkər tozu - 2 stəkan
Kəsmik - 400 qram
Vanil - 5 qram
Kərə yağı - 500 qram
Un - 3 stəkan
Limon - 2 dənə
Soda - 1 çimdik
Hazırlanması:
Yumurta, vanil, şəkər tozu ağarana qədər çalınır. Üzərinə kəsmik əlavə edirik.

Qarağat piroqu

Ləvazimatlar:
Un - 3 stəkan
Soda - 0,5 çay qaşığı
Kərə yağı - 200 qram
Yumurta - 2 ədəd
Xama - 1 stəkan
Şəkər tozu -2 yemək qaşığı
Duz - 0,5 çay qaşığı
Hazırlanması:
Un soda ilə qarışdırılır. Üzərinə kərə yağı, yumurta, xama, şəkər tozu, duz tökülərək xəmir yoğurmaq lazımdır. 

пятница, 5 апреля 2013 г.

Dördkünc börək

Ləvazimatlar:
Lavaş - 3 ədəd
Süd - 1 stəkan
Yumurta - 1 ədəd
Duru yağ - 25 qram
İçi üçün:
Pendir, cəfəri, çörək otu
Hazırlanması:
Duru yağı, süd və  yumurta ilə birlikdə qarışdırmaq lazımdır. Lavaş 4 hissəyə bölmək lazımdır.

четверг, 4 апреля 2013 г.

Hədik ( hədiy, hedik )


Ləvazimatlar:
Buğda - 1 stəkan
Süd - 1 litr
Lobya - 1 stəkan
Noxud - 1 stəkan
Mərci - 1 stəkan
Duz - 1 çimdik
Qarğıdalı - 100 qram
Qoz ləpəsi - 100 qram

Hədik çərəz yeməklərdən biridir. Adətən kiçik yaşlı uşaqlar diş çıxardıqda, Mühərrəm ayında aşura günü bişirilir və qohumlara verilir. Payızda və qışda, bu yeməkdən daha çox istifadə edilir.

Hazırlanması:
Hədik bişirmək üçün buğdanı yaxşıca yuyuruq və bir gün təmiz suda saxlayırıq. Sonra iri qazanada buğdanı  qaynadırıq. Suyunu süzub, üstünə 1 litr süd tökülür. Sonra yenə buğdanı süddə qaynadırıq. Əvvəlcədən lobya, noxud , lərgə və mərcini yuyuruq, və suda bir neçə saat ərzində saxlayırıq. Daha sonra isə bunları(lobya,noxud,lərgə və mərci) buğda bişən qazana, südün içinə əlavə edirik.Bir neçə dəfə nəzarət etməklə buğdanın bişməsi halında hədik oddan götürülür. Hədik əsasən süfrəyə verildikdə yanına qoz ləpəsivə müxtəlif çərəzlər qoyulur.

Qələm börəyi ( siqara böreyi )

Ləvazimatlar:
Yuxa - 10 ədəd
Yumurta - 2 ədəd
Ağ pendir - 200 qram
Cəfəri - 1 dəstə
Hazırlanması:
Ağ pendir sürtgəcdən keçirilir. Cəfəri doğranılıb ağ pendirə qatılır. Yuxalar 4 yerə bölünür.