пятница, 25 октября 2013 г.

Sarı çay

Sarı çay - imperatorların sirli içkilərindən sayılıb. Xüsusi və müqayisə olunmaz tama , məxməri dada malikdir. Bu çay içildikdən sonra ağızda heç bir iy və dad buraxmır. Onun dadı və tamı ancaqvə ancaq içildiyi zaman hiss edilir. İçildikdən dərhal sonra öz izinı itirməyi bacaran bu çayin özü və respti uzun müddət gizli saxlanılmışdır. Sari çay özunə kənar iyləri çəkə bildiyinə görə, onu xsusi kip bağlı qablarda (dəmir və ya fayans) və iyli ədvalardan kənarda saxlamaq lazımdır.

Sarı çay xsusi çay növündən adi qaydalarla əldə edilir. Onun tərkibində çoxlu sayda vitamin və mikroelementlər movcuddur.
Onun tərkibində çoxlu sayda vitamin və mikroelementlər movcuddur. Onu ya gün altında ya da kölgədə (təyinatından və növündən asılı olaraq) xsusi qaydalara əsasən qurudurlar.

Sarı çayda vitaminlərin çox olmasından böyrəklərin müalicəsində, gumrahlıq əldə etmək istəyəndə, əhval-ruhuyyənin qaldırılmasında rolu olduğu bildirilir. Bu onda kofeinin digər çaylara nisbətdə çox olması ilə əlaqədardır. Orqanizmdən şlakların çıxarılmasında, tempraturun aşağı salınmasında, imun sisteminin gücləndirilməsində də bu çaydan istifadə edirlər. Bu çayı da çox içmək olmaz. Gündə və ya ehtiyac duyulduqda 1-2 çay bardağı (gün ərzində) kifayət edər. Sarı çayı gecə və yatmazdan əvvəl içmək olmaz. Əsəbli olanlara da məsləhət görülmür.

Xaricən yaşıl çaydan fərqlənməyən bu çayı digər çaylarla dadına və tamına görə heçvaxt səhv salmaq olmaz. Bu çayın dəmi çaydanda və çay stəkanlarında açıq qızılı rənglə əks olunur.

Sarı çayı hazırlamaq üçün həqiqi sarı çay əldə etmək lazımdır. Bu cür cay tam quqru və tam nəm olmur. Bu səbəbdən də onu sındırmaq olmur. Çaydanın içi ağ olmalıdır. Mütləq olaraq dəmləmə zamanı yumşaq sudan istifadə edilməlidir. Adambaşına 3 qram çay yarpağı götürülür. 50-70 dərəcə selsidə olan sudan istifadə edilir. Bu çay 3 dəfəyə dəm alır.

среда, 23 октября 2013 г.

Badımcan salatı

Ləvazimatlar:
Badımcan - 3 ədəd
Pomidor - 2 ədəd
Şirin bibər - 2 ədəd
Acı bibər - 1 ədəd
Hazırlanması:
Bunların hamısını közdə bişiririk. Sonra onların qabığını soyub, xırda –  xırda  doğrayırıq. Üstünə kərə yağı atıb, qarışdırırıq.



понедельник, 21 октября 2013 г.

Bakı salatı

Ləvazimatlar:
Qaynadılmış kartof - 3 ədəd
Qaynadılmış kök - 3 ədəd
Qaynadılmış yumurta  - 3 ədəd
Keşniş - 1 dəstə
Şüyüd - 1 dəstə
Yaşıl soğan - 1 dəstə 
Alma - 1 ədəd
Xiyar - 1 ədəd




воскресенье, 20 октября 2013 г.

Movida salatı

Ləvazimatlar:                                                   
Qaynadılmış kartof - 2 ədəd
Qaynadılmış kök - 2 ədəd
Qaynadılmış yumurta - 2 ədəd
Qoz ləpəsi - 50 qram
Toyuq əti - 100 qram
Zirinc - 50 qram
Mayonez  - 1 banka
Xama - 1 banka
Duz, istiot





четверг, 17 октября 2013 г.

Şəkər xəmiri


Birinci resept


Ləvazimatlar:
1 / 2 stəkan şəkər tozu
1 / 2  stəkan su
1-2 damla limon suyu
İstəyə görə qida boyası

Hazırlanması:
Əvvəlcə su,şəkər tozu və linon suyunu bir qazana töküb,15-20 dəqiqə qaynadırıq.Bunları şərbət halına gələn qədər qaynadırıq.Daha sonra şərbəti soyudmalıyıq.Yaxşıca soyuduqdan sonra onu bir qaba tökün.Sonra apardığı qədər pudra şəkəri əlavə edib,xəmir kimi yoğurun.Daha sonra onu yayırıq.Yayarkən xəmirin altına nişasta səpin ki,yaxşı alınsın.Daha sonra onu qida boyası ilə rəngləndirə bilərsiniz.Bunları peçenyelərin və ya tortun üstünə yapışdırıb,zövqünüzə görə bəzəyə bilərsiniz.


İkinci resept


Ləvazimatlar: 
1 stəkan su
1 stəkan bal
1 stəkan şəkər tozu
200 qram kərə yağı
1 çimdik duz
1 paket vanil
İstəyə görə qida boyası

Hazırlanması:
Dərin bir qabda bal,su,şəkər tozunu qaynadırıq.Sonra marqarini əlavə edirik.Hamısını krem halına gələnə qədər mikserlə çalırıq.Sonra duz və vanil əlavə edib qarışdırırıq.Daha sonra pudra şəkərini əlavə edirik.Xəmir halına gələnə qədər yoğururuq.Daha sonra bu qarışıma qida boyası əlavə edirik.Əgər hamısını indi istifadə etmək istəmirsinizsə selofana qoyub,soyuducuda saxlaya bilərsiniz .Onu da deyək ki,bunları 3 ay saxlaya bilərsiniz.Onlari tort bəzəmək üçün istifadə edə bilərsiniz.



Bu xəmirdən istədiyiniz fiqurları düzəldə bilərsiniz.





среда, 16 октября 2013 г.

Feyxoa dolması

Ləvazimatlar:

1 kq - feyxoa 
500 qram qoyun əti
100 qram yumru düyü
duz, istiot
Keşniş, şüyüd

Hazırlanması:
Əvvəlcə iri feyxoaları yuyuruq.Sonra feyxoaların saplağını kəsin. Daha sonra içini ovun və təmizləyin. Sonra ayrı bir qabda ət, duz, istiot, düyü, keşniş və şüyüdü qarışdırın. Sonra feyxoaları azca pörtün. Daha sonra isə hazırladığınız içliyi feyxoanın içinə doldurun. Daha sonra onları qazana düzün və üzərinə azca yağ əlavə edin. 30 dəqiqə kimi bişirin. Bişirdikdən sonra üzərinə qatıq yada tomat sousu əlavə edə bilərsiniz.



 Onu da deyək ki, bu dolma başqa dolmalardan çox fərqlidir. Dadına isə söz ola bilməz.

 





Gavalı salatı

Ləvazimatlar:

Gavalı - 100 qram
Qaynadılmış kartof - 2 ədəd
Qaynadılmış yumurta - 2 ədəd
Holland pendiri - 100 qram
Qoz ləpəsi -100 qram
Duz, istiot
Mayonez - 3 xörək qaşığı
Xama - 1 banka
Keşniş - 1 dəstə

Hazırlanması:
Əvvəlcə kartofu soyuruq,qaynadırıq.Daha sonra yumurtanı qaynadırıq.Sonra bunların hamısının xırda-xırda doğrayırıq.Duz-istiot əlavə edirik.Sonra qoz ləpəsi,xama,mayonez əlavə edib,qarışdırırıq.Hamısını yaxşıca qarışdırdıqdan sonra keşniş və holland pendirini əlavə edirik.

четверг, 10 октября 2013 г.

Lobya çığırtması

 Tərkibi:

250 qram təzə yaşıl lobya 

1 ədəd soğan

30 qram ərinmiş yağ
2 ədəd yumurta
50 qram qatıq
10 qram şüyüd
Duz
Hazırlanması:
Yaşıl lobya təmizlənib, hər iki ucundan saplağı kəsilir, doğranır. Qaynar suda pörtləndikdən sonra süzülür: soğan və ədviyyat qatılıb yağda qovrulur. Axırda üstünə çalınmış yumurta vurulur və dxovkada bişirilir. Süfrəyə verilən zaman lobya çığırtmasının üstünə yağ tökülür, göyərti səpilir və ayrıca bir qabda yanına qatıq da qoyulur. 





Ət qutabı

Xəmiri üçün:
1 stəkan su
3 stəkan un
duz
İçi üçün:500 qram çəkilmiş ət
1 ədəd soğan
Nar - 1 ədəd
duz, istiot
Hazırlanması:
Qutab üçün ələnmiş una su və duz qatılıb, bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır,boşqab ölçüsündə dairələr kəsilir.Yumşaq qoyun əti ət maşınında soğanla birlikdı çəkildikdən sonra içinə nar və ya narşərab əlavə edilib, hamısı birlikdə qarışdırılır.Xəmir nazik yayılır və dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o biri tərəfi üstünə qatlanır, aypara şəklinə salınır, kənarları bükülür və qızardılmış tavada yağ içində qızardılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.

Balqabaq qutabı

Xəmiri üçün:
3 stəkan un
1 stəkan su
duz
İçi üçün:
adambaşına-250 qram balqabaq
25 qram nar
1 ədəd soğan
30 qram ərinmiş yağ
0.1 qram darçın
duz,istiot
Hazırlanması:
Balqabaq soyulub xırda doğranılır,dayaz qazanda üstünə su tökülüb qapağı örtülərək öz buğunda bişirilir.Sonra soğan yağda qızardılaraq balqabaqa qatılır, ona duz, nar, darçın qatılıb qarışdırılır.
Ələnmiş una su və duz qatılıb, bərk xəmir yoğrulur.Həmin xəmir 1 mm qalınlığında yayılır, kasa ağzı boyda kəsilir və həmin dairələrin bir tərəfinə balqabaq qoyulub aypara şəklində bükülür və kənarları qatlanıb tavada qizğın yağda qızardılır.
Süfrəyə verilən zaman qutabın üstünə yağ çəkilir.

Yerkökü salatı


Tərkibi:
Yerkökü – 2 ədəd
Alma – 1 ədəd
Yaşıl noxud – 0.5 stəkan
Mayonez – 1 banka
Hazırlanması:
Yerkökü yuyulur, almaların qabığı soyulur və toxumu çıxarılır. Bunlar nazik – nazik doğranılır, üstünə yaşıl noxud, mayonez, duz və azca qənd tozu tökülür.

Qəmbərova Ayşən xanım , Quba şəhəri

Ordubad ruleti


Tərkibi
400 qram un
20 qram – xama
125 qram kərə yağı
200 qram qoz
175 qram şəkər tozu
35 qram bal
2.5 qram darçın
1 ədəd yumurta
Hazırlanması:
Kərə yağı 15 dəqiqə çalınır və xama əlavə edib 2 dəqiqə çalınır. Sonra buraya un, duz  və maya əlavə edilib xəmir yoğrulur. Xəmir özünə gəlincə iç hazırlanır. Bunun üçün qoz tavada azacıq qovrulur, sonra badam maşınından keçirilir, üstünə bal, şəkər tozu və darçın əlavə dilib qarışdırılır. Xəmir 300 qramlıq kündələrə bölünüb 5 mm qalınlıqda yayılır. Üstünə 200 qqram iç səpilir və rulet formasında bükülür. Üstünə yumurta sarısı sürtülüb, 190 – 200 C tempraturda 35 – 40 dəqiqə ərzində bişirilir.

Sadıqova Aytəkin xanım , Ordubad

Kovboy salatı


Tərkibi:
Pomidor – 2 ədəd
Kartof – 2 ədəd
Soğan – 1 ədəd
Yumurta – 3 ədəd
Müxtəlif göyərti – 100 qram
Salat mayesi – 50 qram
Hazırlanması:
Təzə pomidor və bişmiş kartof soyulur, bişmiş yumurta və baş soğan nazik – nazik doğranır, üstünə doğranmış göyərti və salat mayesi tökülür.


Abdullayeva Yasəmən xanım , Salyan şəhəri

Bolva


Tərkibi:
Adambaşına 40 qram düyü
1 ədəd – yumurta
30 qram – yağ
10 qram alça qurusu
5 qram – lavaşana
buğda unu
Ispanaq, cıncılım, şüyüd, türşəng
Duz, istiot
Hazırlanması:
Düyü artlanıb yuyulur və 30 dəqiqə ərzində bişirilir. Sonra ispanaq, cıncılım, şüyüd, türşəng yuyulub qazana tökülür. Buna unla qarışdırılımış yumurta qatılaraq ara vermədən bişirilir. Lavaşana, duz, istiot da buraya əlavə olunur.

Quliyeva Minurə xanım , Ordubad şəhəri

Limon şərbəti

Tərkibi:
4 limon
25 ədəd qənd
1 litr su
1 damcı qızılgül yağı yada 1 çay qaşığı qızılgül şirəsi
0.1 qram zəfəran
Hazırlanması:
Ətirli su və qənddən şirə bişirilir, limon qabığı tökülüb qarışdırılır. 10 dəqiqədən sonra  qızılgül şirəsi yada qızılgül yağı sonra isə limon şirəsi tökülüb qarışdırılır. Zəfəran şirəsi əlavə edilib soyuq yerdə saxlanılır.

Fərəcova Gülsənəm xanım , M rayonu 

Əncir mürəbbəsi

Ləvazimatlar:
Əncir – 1 kq
şəkər – 1 kq
limon turşusu – 1 q
vanilin – 0,5 q
Hazırlanmsı:
Əncir mürəbbəsi bişirərkən,əncirlər yuyulur qabığı soyulur və süzgəcdən  suyu süzüləndən sonra şirə bişirilib,meyvələri qaynar şirəyə tökülür və bişirilir.
Şirə hər kq meyvəyə 750 qram şəkər tozu və 1 st su dan bişirilir.Bu mürəbbəsniu susuz da bişirmək olar.Bunun üçün qabığı soyulmuş əncirin üstünə şəkər tozu (1 kq meyvəyə 750 qram şəkər tozu)tökülüb,4-5 saat saxlanılır.Meyvələr şirə buraxandan sonra va odda bişirilir.Əncir mürəbbəsin hazır olmasına az qalmış mütləq limon turşusu tökmək lazımdır.

Çiyələk mürəbbəsi

Tərkibi:
0.5 kq çiyələk
0.5 kq şəkər tozu

Hazırlanması:
Çiyələk  mürəbbəsi susuz bişirilir. 
Əvvəlcə moruqlar təmizlənir. 
Daha sonra yuyulur və suyu süzülür.
Sonra üstünə şəkər tozu tökülüb 5 - 6 saat gözlədilir ki, şəkər tozunu canına çəksin. .
Daha sonra zəif odda bişirilir.
Üzərindəki kəflər kəfkirlə yığılır.

Moruq mürəbbəsi

Tərkibi:
1 kq moruq
1 kq şəkər tozu

Hazırlanması:
Moruq mürəbbəsi susuz bişirilir. 
Əvvəlcə moruqlar təmizlənir. 
Daha sonra yuyulur və suyu süzülür.
Sonra üstünə şəkər tozu tökülüb 5 - 6 saat gözlədilir ki, şəkər tozunu canına çəksin.
Daha sonra zəif odda bişirilir.
Üzərindəki kəflər kəfkirlə yığılır.









                                                                                                                 




Böyürtkən mürəbbəsi

Tərkibi:
1 kq böyürtkən
1 kq şəkər tozu

Hazırlanması:
Böyürtkən mürəbbəsi susuz bişirilir. 
Əvvəlcə böyürtkənlər təmizlənir. 
Daha sonra yuyulur və suyu süzülür.
Sonra üstünə şəkər tozu tökülüb 5 - 6 saat gözlədilir ki, şəkər tozunu canına çəksin.
Daha sonra zəif oddda bişirilir.
Üzərindəki kəflər kəfkirlə yığılır.




Əncir cemi

 Ləvazimatlar:
3 kq yaxşı yetişmiş əncir
1 kq şəkər tozu
Hazırlanması:
Əncir cemi bişirərəkən 3 kq yaxşı yetişmiş əncir yuyulur, süzülür üstünə 1 kq şəkər tozu tökülüb 7 - 8 saat saxlanılır. Daha sonra şaftalı cemi kimi ara verməklə bişirilir.






Ərik cemi


Ləvazimatlar:
2.5 qram yetişmiş ərik
1 kq şəkər tozu
250 qram qovrulmuş qoz
Hazırlanması:
Ərik cemi bişirərkən 2.5 qram yetişmiş ərik təmizlənib uzununa bir neçə dilimə bölünür və üstünə 1 kq şəkər tozu tökülür, 7 – 8  saatdan sonra odun üzərinə qoyulub 10 dəqiqə bişirilir. Daha sonra götürülüb 3 – 4 saat saxlanılır və yenidən bərkiyənə qədər bişirilir. Odun üstündən götürməyə az qalmış ona limon şirəsi tökülür.
Bu cemə 250 qram qovrulmuş qoz ləpəsi əlavə etsəniz daha yaxşı olar. 

Tut doşabı


Ləvazimatlar:
20 kq ağ tut
1 litr su
Hazırlanması:
Tutun üzərinə su tökülüb 1 saat bişirilir. Sonra sıxılıb şirəsi çıxarılır. Alınan şirə enli qaba tökülür və 1 neçə saat (bəzən hətta 1 gün) az xodda qaynadılır. Ara bir üstünə çıxan köpük yığılır. Köpük daha çıxmırsa və şirə qaralmışsa deməli doşab hazırdır. 
Doşab xəşil, quymaq şirin kələm dolması, halva və başqa Azərbaycan xörəklərində işlədilir.

Bozbaş


Ləvazimatlar:
Adambaşına - 150 qram qoyun əti 
Ərinmiş yağ - 15 qram
Noxud - 30 qram
Kartof - 100 qram
Soğan - yarım baş 
Tomat - 15 qram
Quru nanə, duz və istiot
Hazırlanması:
Bozbaş üçün qoyun ətindən 50 – 60 qramlıq 2 – 3 tikə ət götürülür. Noxud təmizlənib 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. 

Kəfi alınır. Yeməyin hazır olmasına bir qədər qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir.
Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir.

среда, 9 октября 2013 г.

Bal ilə leço

Tərkibi: 
10 kq yaşıl bibər
4 kq yumşaq pomidor
1.5 stəkan su
1 stəkan günəbaxan yağı
1 stəkan üzüm sirkəsi
1 stəkan  xalis bal
9 dilim sarımsaq
duz ,istiot
Hazırlanması:
Əvvəlcə pomidorun qabığını soyuruq, xırda-xırda doğrayırıq.Sonra iri qazana bal,sirkə,pomidor, günəbaxan yağı, və su əlavə edib qarışdırırıq.
Qaynar qazana toxumları çıxardılmış bibər qatıb,qaynadın.Sonra marinadı azca soyuduruq.
Bankaları sterilizə edirik,içinə bibərləri,sarımsaqları yığırıq.Sonra marinadı bibərlərin üstünə tökürük,Lakin bankanın başında azca yer buraxın.10 dəqiqə pasterizə edib,ağzını bağlayın.
Sərin yerədə saxlayın.

Süleymanova Günay xanım , Bakı şəhəri

Digər Leço resptləri

Köklü leço

Tərkibi:
 5 kq pomidor
1 kq yerkökü
1 kq  soğan 
3 kq qırmızı şirin bibər
1 st. şəkər tozu
1/2 st. duz
qara  istiot 
sirkə 
Hazırlanması:
Əvvəlcə bibərləri yuyuruq,  bibərin toxumlarını çıxardırıq,çöp-çöp doğrayırıq.
Sonra soğanı doğrayı, kökü sürtgəcdən keçirin. 
Sonra diqqətlə qarışdırın, duz və şəkər tozu əlavə edin. 
Pomidorun qabığını soyun. Mətbəx robotundan keçirin. Bunu hazırladığınız kütlənin üstünə tökün, odun üstünə qoyun.
Qaynara düşəndə sonra 30 dəqiqə bişirin,  qara istiot və sirkə əlavə edin.
 Leçonu  sterilizə edilmiş  bankalara doldurun,  metal qapaqları bankaların ağzına qoyun  
 Bankaları 90 dərəcə temperaturda 10-15 dəqiqə pasterizə edin. Sonra qapaqlarını möhkəm bağlayın. 
 Soyuyandan sonra bankaları sərin yerdə saxlayın. 

Məmmədova Nərmin xanım , Şəki şəhəri

Digər Leço resptləri

Sadə ev üsulü leço



Tərkibi :
20-25 ədəd yaşıl şirin bibər
Kilo yarım(1.5 l) pomidor tomatı
Yarım kq soğan
Yarım kq şəkər tozu
Yarım litr bitki yağı
0.5 l süfrə sirkəsi
5 ədəd dəfnə yarpağı
5-6 ədəd dənəvər istiot
5 ədəd ətirli ağ istiot
1 xörək qaşığı duz
Hazırlanması:
Bunu yadda saxlamaq lazımdır - bankalar və qapaqları sterilizə edilir sonra bankalar yaxşıca yuyulur, zəif odun üstündə 3 dəqiqə saxlanılır, dəmir qapaqları isə dəqiqə qaynar suda qaynadılır. Əvvəlcə yaşıl şirin bibərləri yuyub toxumlarını çıxardıb, doğrayırıq.
Soğanı soyub, təmizləyib nazik-nazik doğrayırıq.
 Böyük qazana, pomidor tomatı, bitki yağı və sirkə,. şəkər tozu, qara və ağ istiot, dəfnə yarpağı, duz əlavə edirik. Sonra içinə çöp-çöp doğranmış soğan və bibər əlavə edin.
 Qaynara düşənədək qarışdırırıq, sonra 10-15 dəqiqə ərzində bişirin.Sonra duzuna baxın,az olsa bir azda əlavə edin. Çox bişirməyin,sonra leçonu bankalara doldurub,ağzını möhkəm bağlayın.
Sonra leçonu isti yerdə 10-12 saat saxlayın. 

Həsənova Səkinə xanım , Bakı şəhəri

Digər Leço resptləri

Göbələk ilə leço


Tərkibi: 
500 q şirin bibər
440q pomidor
200 q göbələk
150q xama
100 q düyü
3 x.q. bitki yağı
2 soğan
2 deste cəfəri
1 xörək qaşığı kərə yağı
quru qırmızı istiot
duz ,istiot
Hazırlanması:
İlk öncə onu deyək ki, bu leço qışa saxlanmır. Əvvəlcə düyünü yuyun.Sonra üstünə duzlu su, kərə yağı əlavə edib qaynadın.Qazana qat-qat  qabığı doğranmış pomidorları, doğranmış bibərləri və yumru düyünü qatıb, qaynadırıq. Sonra hər qata duz əlavə edin. Sonra soğanı xırda-xırda doğranmış soğan, cefəri və göbələk əlavə edib, qarışdırın.Üstünə quru qırmızı bibər ,su və xama əlavə edirik.Bunları tavadakıların üstünə qatıb,20 dəqiqə zəif odda qaynadırıq.Sonra qazanın qapağını götürüb,sobaya qoyun.Hazır olana qədər bişirin.

Muradova Mələk xanım , Balakən şəhəri

Digər Leço resptləri

Bolqar bibərli leço


Leço(mac.lecso`)-yayda yetişən tərəvəzlərdən hazırlanan salatdır .Adətən leçodan  qışda istifadə olunur.Bu salat əsasən macarlara məxsusdur,sonradan isə Avropada məhşurlaşmışdır. . Leçonun çoxlu,dəyişik reseptləri vardır.Əsasən tərkibibində bir neçə tərəvəz mühüm yer tutur.Bunlar-bibər,pomidor və soğandır, kök və s.

Tərkibi               
 2.5 kq qırmızı bolqar bibəri
1.5 kq yaşıl bolqar bibəri
350 qram soğan
550 qram kök
2 xörək qaşığı şəkər tozu
Yarım stəkan qarğıdalı yağı
Duz, istiot
Hazırlanması:
Əvvəlcə soğanları soyuruq,yuyuruq, çöp- çöp doğrayırıq sonra qarğıdalı yağında qızardırıq.Sonra üzərinəqabığı soyulmuş, çöp- çöp doğranmış pomidor əlavə edib,10 dəqiqə ərzində qazanda bişiririk. Bibər yuyulur,toxumu çıxarırıq,sonra doğrayırıq, sonra pomidorun üzərinə əlavə edirik.Mətbəx robotundan kökləri keçiririk və əlavə edirik.Köklər ,bibərlərdəm daha incə olmalıdır.Sonra duz, istiot əlavə edirik.Nəhayət ən sonda 2 xörək qaşığı şəkər tozunu qatıb, hamısını 30 dəqiqə qaynadılır. Həmçinin uksuz da istifadə oluna bilər.
 Indi isə sterilizə qaydasına keçək.İlk öncə bankaları qab yuyan maye ilə yuyuruq.Sonra bankaları içini qaynar su ilə yuyuyruq,sonra onları sterilə edib,hazırladığımız leçolarla doldururuq.Qazanı zəif odun üstünə qoyuruq ki, leçolar ziyan olmasın.Hazır olduqdan sonra bankaların ağzı bərk bağlanılır və soyudulur.Hava keçirməməsi üçün rezbalı bankalar lazımdır.

Zaidova Nübar xanım , Lənkəran şəhəri

Digər Leço resptləri

Gavalı mürəbbəsi

Ləvazimatlar:
1kq gavalı
1kq şəkər tozu
1stəkan su
Hazırlanması:
Gavalı mürəbbəsi bişirmək üçün böyük gavalılar yuyulur,iki yerə bölünür,çəyirdəyi çıxardılır və 1-2 saat əhəngli suda saxlanılır ki, bişirilən zaman əzilməsin(Əhəngli su,250 qram söndürülmüş əhəng, 5 litr soyuq suya tökülməklə hazırlanır).Əhəngli sudan çıxardılmış meyvələr bir neçə dəfə suyu dəyişməklə yuyulur,suyu süzülmək üçün süzgəcə yığılır.Sonra 1 kq şəkər tozu və 0.3 litr sudan mət bişirilir,mət qaynara düşəndə meyvələr içinə tökülür.10 dəqiqə bişirilir və qırağa qoyulur,4-5 saatdan sonra mürəbbə yenə də 10 dəqiqə qaynadılır və yenə ara verəndən sonra hazır olana kimi birdə qaynadılır.Hazır olmağa bir az qalmış mürəbbə ətir üçün ya vanil ya da portağal qabıqları tökülür.
Gavalı mürəbbəsini çox bişirmək olmaz,bir az vaxtı ötən kimi bərkiyir və povidlaya oxşayır.