понедельник, 25 ноября 2013 г.

Yaşıl çay

Yaşıl çay dünyanın ən məşhur çay içkilərindən biri kimi tanınır. Belə ki, həqiqi Yaşıl çayda bir neçə əvəzolunmaz xsusiyyət mövcuddur. Bunlardan biri lətiflik, yumşaqlıq, digərləri isə təravətli olması ətiri iyi, göz oxşayan rəngi və seçılən dadıdir. Şəxsi sağlamlığının və eləcə də daxili təmizliyinin və gözəlliyinin qeydinə qalan insanlar bu çaydan norma daxilində istifadə etməyə üstünlük verirlər. Yaşıl çay ruhu möhkəmlədir, ürəyi yumşaldır, yorğunluğu aradan aparir, saf fikirlər oyadır və tənbəlliyin qarşısını alır. Bu çay dadli və tamlı olması ilə yanaşı şəfalı xsusiyyətlərə də malikdir. Bu çaydan yanıqlarda, mədə xəstəliklərində, kapilyar damarların təmizlənməsində, təzyiqin aşağı salınmasında və bir çox ağır metallarin duzlarının bədəndən xarix edilməsində istifadə edilir.



Yaşıl çayın funksiyasindan biri də arıqlamağa kömək etməsidir. Yaşıl çay orqanizimin funksiyasıinı tənzimləyir və maddələr mübadiləsini zənginləşdirir. Əgər siz arıqlamaq istəyirsinizsə, onda gün ərzində 1-2 dəfəyaşıl çay qəbul edin. Bu sizə il ərzində 3 kq arıqlamağa kömək edəcək. Yaşıl çay bədəndəki yağ və yağ kütlələrini səviyyəsini tənzimləyir. Həmçinin yaşıl çay diabet,daxili ifrazat vəzilərinin xəstəliyinə yardımcı olur.bundan əlavə bu çay gümrahlıq gətirir. Yaşıl çay həmçinin ömrü uzadır. Araşdırmalara görə qara çaydan fərqli olaraq yaşıl çayın tərkibində antioksidanlar var.



Əgər siz mütəmadi olaraq norma daxilində gün ərzində 1-2 çay bardağı yaşıl çaydan istifadə edirsinizsə, bağırsaqlarda olan problemləriniz aradan aparıla bilər, mədənizin fəaliyyəti normaya düşər, ağzınızda olan xəstəliklərin sağalmasına səbəb olabilər. Bu çay hamilə qadınlar üçün də normada istifadə edildikdə xeyirlidir. Yüksək tempraturu olanlar bu çaydan istifadə edə bilərlər. Yaşıl çay həm də sidik qovucudur.



İndi isə yaşıl çayın dəmlənməsinə baxaq:
Bu çayları alarkən onoun yarpaqlarının burulmasına fikir versəniz yaxşı olar. Belə ki, bərk burulmuş çay yarpaqları, boş burulmuş çay yarpaqlarına nisbətdə daha aktiv olur. Əgər tund və qatı çay istəyirsinizsə bərk burulmuç çay yarpaqlarından istifadə edin. Yox əgər lətif, yumşaq, dadlı və təravətli çay dəmləmək istəyirsinizsə, azca burulmuş çay yarpaqlarından istifadə edə bilərsiniz.


Yaşıl çayın hazırlanması çox bəsitdir. Bunun üçun siz xsusi marketlərdən və ya aptekdən yaşıl çay almalısınız. Sonra çaydanı qaynar su ilə yaxalayın,içinə 1-2 paket yaşıl çay paketi atın və üstünə yarıya qədər qaynar su əlavə edin. Təxminən 5 dəqiqə dəmləyin. Adətən 70-90 dərəcə Selsidə 2-5 dəqiqə arası (çayın növündən aslı olaraq) dəmləmə prosesi üçün kifayətdir. Dəmləndikdə çay yaşımtil-sarı rəng alacaq. Əlavə olaraq onu da deyə bilərik ki, bu dəmdən siz 3 dəfəyə qədər, üstunə isti su tökməklə istifadə edə bilərsiniz.

Diqqət !!!
Onu da deyək ki,yaşıl çayı həddən artıq çox qəbul etmək ürək və xroniki böyrək xəstəliyinə gətirə bilər. Bu çayı ac qarına içmək olmaz. Yeməkdən sonra isə xeyirlidir.  Xronoik xəstəlikləri olanlar bu çaydan istifadə etməsələr yaxşıdır.Yadda saxlayın ki, bu çaydan ancaq gündüzlər içmək məsləhət görülür. Və nəhayət, ucuz və keyfiyyətsiz yaşıl çaylardan uzaq durun.

суббота, 23 ноября 2013 г.

Çəki balığından buğlama

Ləvazimatlar:
1 ədəd cəki balığı(2-3 kq)
6 ədəd kartof
1 dəstə keşniş
1 baş sogan
3 ədəd pomidor
100 qram kərə yağı
duz,istiot,darçın,zəncəfil,nanə
1 stəkan su
Hazırlanması:
Əvvəlcə balığı kəsib,təmizləyirik,içini çıxardırıq və yuyuruq. Sonra kartofların qabığını soyub qalın halqalar şəklində kəsirik. Sonra pomidorları da soyub,xırd-xırda doğrayırıq. Daha sonra göyərtiləri də yuyub,doğrayırıq. Daha sonra dərin bir tava götürürük. İçinə əvvəlcə balıqları tökürük və üstünə duz,istiot əlavə edirik. Üzərinə kartof və pomidorları tökürük, göyərti əlavə edirik. Ən sonda üzərinə duz,istiot,nanə,darçın,zəncəfil səpib,üstünə 1 stəkan su tökürük və ağzına qapağını qoyuruq. Az odda bişiririk.

среда, 13 ноября 2013 г.

Piti


Ləvazımatlar:
Adambaşına 150 qram qoyun əti
20 qram noxud
Yarım baş soğan
150 qraam kartof
20 qram təzə alça
0.1 qram zəfəran
Hazırlanması:
Pitinin hər payı ayrıca qabda bişirilir. Buna piti qabı deyilir. Bu əsasən saxsıdan haırlanır və tutumu 0.8 litr olur. Piti üçün qoyun cəmdəyinin döş, boyun, bud yaxud kürək hissəsindən 55 – 80 qramlıq sümüksüz 2 – 3 tikə ət götürülür. Qabaqcadan bir qədər noxud artlanıb, 4 – 5 saat soyuq suda isladılır. Ət və noxud piti qabına qoyulub üzərinə yarım litr soyuq su tökülür. Sonra qab zəif od üzərinə qoyulub, az odda bişirilir. Üzərinə çıxan kəfi yığılır. Bulyon qaynadıqdan sonra içinə xırda – xırda doğranmış baş soğan əlavə edilir. Bir qədər sonra kartof yuyulmuş aça və duz qatılır. Xörəyin hazır olmasına bir az qalmış ədviyyat vurulur. Sonra 0.1 qram zəfəran 1 stəkan suda adicə çay kimi dəmlənir, və hər iki pay pitiyə bir xörək qaşığı qatılır. Pitinin bulyonunun rəngi şəffaf azacıq sarımtıl və ətirli olmalıdır. Piti bir qayda olaraq bişirldiyi qabda süfrəyə verilir və yanında dərin boşqab yaxud kasa qoyulur. Süfrəyə ayrıca qabda soyulmuş, doğranmış baş soğan və sumaq verilir.

Darı kökəsi


Ləvazimatlar:
0.5 kq darı sıyığı
1 ədəd soğan
100 qram yağ
2 ədəd yumurta
Hazırlanması:
Dənəvər bişirilmiş darı sıyığına yağ, soğan, yumurta əlavə edilib qarışdırılır və kökə forması verilir.

Ət piroqu


Ləvazimatlar:
40 stəkan un
200 qram kərə yağı
200 qram xama
2 yumurta
1 yumurta sarısı
1 xörək qaşığı şəkər tozu
50 qram maya
0.5 çay qaşığı duz
Hazırlanması:
Maya, şəkər tozu ilə bir az ilıq suda açılır, üstünə 1 stəkan un tökülüb, qarışdırılır və acımağa qoyulur. Yağ əriyənə qədər çalınır və üstünə çalınmış yumurta, xama, duz tökülüb qarışdırlır. 3 stəkan un və açılmış xəmir maya ilə yoğrulur. Xəmir o qədər yoğrulur ki, əllərdən qopmağa başlayır. Sonra üstü örtülüb, 2 – 3  saat isti yerə qoyulur. Xəmir 2 – 3 dəfə artanda yenidən övkələnir. 3 cü dəfə isə ondan piroq hazırlanır.

пятница, 8 ноября 2013 г.

Soğan bozbaşı

Ləvazimatlar:
Adambaşına 150 qram qoyun əti

20 qram quyruq
100 qram kartof
20 qram şabalıd
15 qram albuxara
1 baş soğan
Zəfəran, duz, istiot, keşniş
Hazırlanması:
Qoyun ət tikə -  tikə doğranır.
Üzərinə soyuq su tökülərək qazanda bişirilir. 
Bişən zaman bulyon, yağda qızardılmış soğan, albuxara və ədviyyat qatılır.
Süfrəyə verilən zaman üzərinə keşniş səpilir.


Sulu küftə


Ləvazimatlar: 
Adambaşına 100 qram- qoyun əti
15 qram ərinmiş yağ
1 ədəd soğan
200 qram - kartof
100 qram - pomidor yaxud 15 qram tomat püresi
Duz, istiot
Hazırlanması:
Qoyun əti sümüklərdən ayrılır və baş soğan qatılıb ət çəkən maşınından keçirilir. Çəkilimiş ətə duz, istiot  vurulub qarışdırılır və hərəsi 20 – 25 qram çəkidə xırda küftəciklər hazırlanır. Sümüklərdən isə bulyon bişirilib, süzülür və bunun içinə soyulmuş, doğranılmış kartof tökülür. Sonra isə bulyona küftə, qızardılımış soğan, tomat, pomidor qatılıb, bişirilir. Hazır olmasına az qalmış ədviyyat vurulur. 


Əriştəli kartof şorbası

Ləvazimatlar:
Adambaşına 30 qram- buğda unu
80 qram kartof
20 qram ərinmiş yağ
1 ədəd soğan
Duz, istiot
Hazırlanması:
Bu xörək üçün un ələnir. Su və duz vurularaq bərk xəmir yoğrulur. Xəmir 1 mm qalınlıqda yayılır və əriştə şəklində kəsilib qurudulur. Kartof soyulur və uzunsov doğranır və bulyonda bişirilir. Sonra buna qızardılmış soğan qatılır və hazır olmasına bir az qalmış ələnmiş əriştə tökülür. Sonra da üzərinə duz və istiot səpilib, süfrəyə verilir.

Ananaslı dondurma

Ləvazimatlar:
150 qram - konservləşdirilmiş ananas
1 ədəd yumurta
5 yemək qaşığı ananas şirəsi
80 qram şəkər tozu
50 qram çalınmış qaymaq
Hazırlanması:
Ananasın şirəsini sıxıb xırda -  xırda doğrayırıq. Yumurtanı ananas şirəsini və şəkər tozunu qatı krem halına gələnə kimi fasiləsiz olaraq mikserlə qarışdırırıq. Daha sonra alınmış kütləyə ananas dilimləri əlavə edib dondururuq.


Tvoroşnik(kəsmikdən kökə)


Ləvazimatlar:
500 qram kəsmik 
2 ədəd yumurta
2 xörək qaşığı şəkər tozu
Un
Duz
Xama
Hazırlanması:
Kəsmik ət maşınından keçirilib əzilir, dərin boşqaba qoyulub, stəkanın ¼- hissəsinə yumurta əlavə edilib yaxşı qarışdırılır. Sonra un ələnmiş taxta üstündə uzunsov formaya salınır və 10 hissəyə bölünür və hər parça kotlet kimi yastılanır Dağ olmuş yağda qızardılır.

Övriştə


Ləvazimatlar
Adambaşına 200 qram toyuq əti
30 qram ərinmiş yağ
100 qram zoğal qurusu
50 qram nar dənəsi
1 baş soğan
5 qram şəkər tozu
Duz
Hazırlanması:

İçalatı çıxardılmış toyuq yuyulub,30-35 qramlıq tikələrə doğranır və tavada yağ içində qızardılır. Sonra soğan doğranıb yağda qızardılır və buna qabaqcadan suda isladılıb, sıxılmış zoğal və şəkər tozu ya da turş nar qatılaraq təkrar qızardılır. Bunlar hamısı tavada toyuqun yanına düzülüb, üstünə duz, istiot səpilərək yaxşıca qarışdırılır və bişirilir.