пятница, 17 января 2014 г.

Kartoflu börək

Ləvazimatlar:
5 ədəd kartof
1 ədəd soğan
1 dəstə göyərti
20 qram maya
1 xörək qaşığı tomat puresi
duz, istiot
200 qram ağ pendir
250 qram un
1 stəkan su
1 ədəd yumurta
2 xörək qaşığı süd
Hazırlanması:
Əvvəlcə xəmir yoğurmaq lazımdır.Bunun üçün un, su, duz, maya, yumurta, süd - dən ibarət yaxşıca  xəmir yoğururuq.Sonra onu biraz  isti yerdə saxlayırıq.Xəmir acıyana kimi biz içini hazırlayırıq.Bunun üçün əvvəlcə soğanın və kartofun qabıqlarını soyuruq.Sonra kartofları halqa-halqa doğrayırırq.Sonra onları içi su dolu qazana tökürük və qaynadırıq.Sonra isə soğanları xırda-xırda doğrayırıq.Onları kərə yağında yaxşıca qızardırıq.Kartoflar tam qaynadıqdan sonra onları sudan çıxarıb,əzirik və içinə duz,istiot, və qızardılmış soğan birdə kartofun suyundan tökürük.Ayrıca bir qabda isə tomat puresi,su,duz,istiot dan ibarət sous hazırlayırıq.Sonra isə ağ pendiri sürtkəçdən keçiririk.Bütün bunlar hazır olduqdan sonra isə artıq börəyimizi hazırlayırıq.Əvvəlcə xəmirimizi hissələrə ayırırıq.Sonra isə yayırıq fətir kim və onu yağlanmış listə qoyuruq.Sonra içinə tomat sousu və hazırladığımız pure yaxırıq.Sonra isə üstünə süzgəcdən keçirilmiş pendir səpirik.Belə-belə edərək qat-qat xəmir hazırlayırıq.Ən sonda isə ustunə tomat sousu sürtüruk.Sonar isə onu dxovkaya qoyuruq və 30-35 dəqiqə bişiririk.

Səma tortu

Xəmiri üçün:
6 ədəd yumurta
1 stəkan un
1 çimdik duz
2 xörək qaşığı nişasta
2 ədəd qabartma tozu
1 ədəd vanil
1 stəkan şəkər tozu
Kremi üçün:
1 qutu qatılaşdırılmış süd
250 qram kərə yağı
Hazırlanması:
Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq sonra yumurtanın ağının içinə 1 çimdik duz tökürük.Sonra onu ağ köpük halına gələnə qədər çalırıq. Çalışmaq lazımdır ki, yumurtalar soyuq olsun.Sonra yumurtanın sarısına 1 stəkan şəkər tozu əlavə edib,açıq sarı köpük halına gələnə qədər çalırıq. Daha sonra yumurtanın sarısını ağına qatırıq və hamısını qarışdırırıq. Sonra taxta qaşıq vasitəsilə qarışdırırıq. Sonra un, qabartama tozu, vanil, nişasta tökürük və qarışdırırıq. Sonra isə tort qabını kərə yağı və un ilə yağlayırıq və kütlənı əlavə edirik.30-35 dəqiqə bişiririk. Sonra isə otaq tempraturunda qalmış kərə  yağını qatılaşdırılmış süd ilə çalırıq və 20 dəqiqə kimi soyuducuya qoyuruq. Bişdikdən sonra isə onu bölürük və içinə kremi çəkirik.

Dönər ( Ev üsulu )

Ləvazimatlar:
500 qram qiymə(çəkilmış ət)
500 qram mal ət
1 çay qaşığı duz
1 çimidik kəklikotu
pulbibər
1 diş sarımsaq
1 çay qaşığı istiot
Hazırlanmsı:
Əvvəlcə qiyməni dərin bir qaba töküb, duz, istiot əlavə edib,yaxşıca yoğururuq.İçinə əzilmış sarımsaq, pulbibər və kəklikotu əlavə edirik. Sonra mətbəx taxtasının üstünə halqa kimi kəsilmiş bütöv ət sonra isə üstünə qiymə tökürük,yenə də mal əti sonra qiymə qoyuruq. Belə-belə əlavə edib qat-qat dönər hazırlayırıq. Beləliklə bütün ətin hamısını hazırlayırıq. Sonra onu qida streç folqaya bükürük. Əti  12 saatlığına soyuducuya qoyuruq. Sonra onu çıxardıb, 40 dəqiqə otaq tempraturunda saxlayırıq ki, asan kəsilsin. Əti incə halqalar kimi kəsirik. Sonra tavaya azca yağ tökürük.Hazırladığımız dönəri qızardırıq və qaba yığırıq. Evdə hazırlanmış dönərimiz hazırdır.Bunun yanına ayranda hazırlayıb,içə bilərsiniz.







Üçbacı dolması

Ləvazimatlar:
5 nəfərlik pors üçün - qoyun əti (olmasa 1 kq mal əti ilə 200 qram qoyun  quyruğu)
Badımcan 5 ədəd
Pomidor 5 ədəd
Bibər 5 ədəd
Soğan 1 ədəd
Duz, istiot, zəncəfil, mixək, pul bibər
Hazırlanması:
Əvvəlcə əti maşından keçiririk. Soğanı doğrayıb üzərinə duz, istiot, zəncəfil, mixək, pul bibər tökürük. Sonra tava götürürük və içinə əvvəlcə yağ sonra isə ət və soğanı əlavə edib qovururuq. Bir tərəfdəndə pomidor və bibərin başlarını kəsirik və içini təmizləyirik, badımcanın isə ortasından azca kəsirik və acılığını çıxardırıq. Sonra isə içinə qovurmanı əlavə edirik və səliqə ilə tavaya düzürük. İstəsəniz qovurmanı çiy halda tərəvəzlərin içinə əlavə edə bilərsiniz.



Qoyun ətindən buğlama

Ləvazimatlar:
Adambaşına 150 qram qoyun əti
20 qram xırda lobya
250 qram balqabaq
20 qram ərinmiş yağ
1 ədəd soğan
10 qram şəkər tozu
Keşniş, şüyüd, duz və istiot
Hazırlanması:
Qoyun əti xırda sümükləri ilə birlikdə 25-30 qramlıq tikələrə doğranır, duzlanr və qızdırılmış tavada yağ içində qızardılır. Sonra bunun içinə  doğranmış baş soğan, bulyon, yuyulmuş və əvvəlcədən suda isladılmış alça qurusu qatılıb, öz buğunda bişirilir. Suda isladılmış lobya ayrıca olaraq yarım hazır vəziyyətə gəlicə bişirilib həmin ətə qatılır. Balqabaq soyulub doğranır və lobya ilə qızardılmış ətə əlavə edilir. Sonra bunun içinə şəkər tozu tökülür, 20-30 dəqiqə qapağı örtülü qabda öz buğunda bişirilir. 

Kələm dolması

Ləvazimatlar:
100 qram ət
200 qram kələm
50 qram düyü
Nanə, keşniş, şüyüd, narşərab, tomat - pasta ya da nar şirəsi, duz və istiot
Hazırlanması:
Qoyun ya da mal əti soğanla maşının iri hissəsindən keçirilir, içinə xırda - xırda doğranmış nanə, şüyüd, keşniş, arıtlanıb yuyulmuş düyü, ət, ərinmiş yağ, duz, istiot qatılıb, qarışdırılır. Kələm dolmasına duz bir qədər artıq qatılır. Kələm özəyi çıxarılır və qaynar suya salınır. Yumşalandan sonra kələm sudan çıxarılır, yarpaqların damarı kəsilir və bir neçə yerə bölünür. Əvvəlcədən hazırlanmış ət, kələm yarpağına uzunsov formada bükülür və səliqə ilə qazana yığılır. Üzərinə bir neçə iri kələm yarpağı səpilir, qaynar su tökülüb, oda qoyulur. Hazır olmasına az qalmış onun üzərinə ya nar sıxılır, ya da qızardılıb suda açılmış tomat - pasta tökülür.

пятница, 10 января 2014 г.

Türk kofesi

Ləvazimatlar:
2 çay qaşığı türk kofesi
1 kofe fincanı soyuq su
2 çay qaşığı şəkər tozu və ya
4 ədəd qənd
Hazırlanması:
Əvvəlcə bir kofe qabı götürürük, sonra onun içinə 2 çay qaşığı kofe,  2 çay qaşığı şəkər tozu və ya 4 ədəd qənd əlavə edirik. Daha sonra 1 kofe fincanı soyuq su əlavə edirik və yaxşıca  qarışdırırıq. Sonra onu odun üstünə qoyub, köpüklənməsini gözləyirik. Köpükləndikcə onu 1 dəqiqə kimi qarışdırırıq. Bişdikdən sonra isə onu kofe stəkanlarına töküb, servis edirik.


суббота, 4 января 2014 г.

Yaki

Ləvazimatlar:
250 qram un
Duz,istiot
1 ədəd soğan
1 ədəd yumurta
250 qram qatıq
Hazırlanması:
Əvvəlcə kartofların qabığını soyuruq.Sonra onları halqa-halqa doğrayırıq.Sonra pure kimi bişiririk.Sonra isə soğanı xırda-xırda doğrayırıq.Daha sonra isə onları yağda qızardırıq.kartoflar tam bişdikdən sonra isə onları əzib,içinə duz, istiot, soğan əlavə edirik.Daha sonra isə stolun üstünü silirik,sonra oranı unlayırıq,Hazırladığımız pureyi tökürük.Sonra onun içinə yumurta və az-az un əlavə edərək xəmir yoğururuq.Unu az-az əlavə edərək yumşaq xəmir yoğururuq.Sonra onu hissələrə ayırırıq.Sonar onu uzunsov formaya salırıq vı dairələr kimi xəmir kəsirik.Sonra onları suya atıb,qaynadırıq.Təxminən 10 dəqiqə qaynadırıq.Sonar isə onlari kərə yağında qızardırıq.Daha sonra isə onları qaba yığıb,üstünə qatıq,nanə  sousu əlavə edirik