среда, 18 февраля 2015 г.

vanilli keks

Ləvazimatlar:
1 stəkan qatıq
250qr yağ
3 ədəd yumurta
1 stəkan yarım şəkər tozu
3 stəkan un
vanil 1 paket
qabartma tozu 1 paket
Hazırlanması:
Bir qab götürülür. Şəkər tozu, yumurta, qatıq, yağ, un, vanil və qabartma tozu o qaba tökülür. Hamsı birlikdə yaxşıca qarışdırılır. Daha sonra soba 180C qızdırılır. Hazırladıgımız keks xəmiri sobaya qoyulur 25-30 dəqiqə ərzində yaxşıca bişirilir və bişdikdən sonra çayla süfəyə verilir.

суббота, 14 февраля 2015 г.

pendir ilə karides salatı

Ləvazimatlar:
2 pors üçün
100qr karides
bərk pendir 100qr
təzə çörək 1 dilim
dərə otu 2 dəstə
2 kiçik xiyar
2 ədəd marul yarpağı
1ədəd armud
1 yemək qaşığı fındıq yağı
yoxdusa zeytun yağı da olar.
Hazırlanması:
Təmiz karideslər qaynadılır. Ayrı bir qabda pendir rəndələnir. Çörək dilimi kublar şəklində kəsilir və sobada qızardılır.  Xiyar da kublar şəklində kəsilir vıə sobada azca qurudulur. Dərəotu doğranılır və penidir ilə qarışdırılır. Daha sonra bütün ləvazimatlar hamsı yaxşıca qarışdırılır. Üzərinə duz səpilir və azca gözlədilir. Daha sonra süfrəyə verilir.

четверг, 12 февраля 2015 г.

Limonlu Yulaflı peçenye

Ləvazimatlar:
12 ədəd üçün:
140 qr kərə yağı
yulaf əzməsi 250qr
4 yemək qaşığı şəkər tozu
süd 1 qutu (400qr)
2 çay qaşığı rəndələnmiş limon qabuğu
1 çay qaşığı qabartma tozu
Hazırlanması:
Limon sıxılır və süd ilə qarışdırılır. Başqa bir qabda yumşalmış kərə yağının içinə yulaf əlavə olunur. Dxovka tavasına tökülür. 180C-istlikdə 20 dıqiqə bişirilir. Daha sonra parçalar şəklində kəsilir. Daha sonra süfrəyə verilir.

понедельник, 9 февраля 2015 г.

Zəncəfilli dondurma

Ləvazimatlar:
(6 nəfər üçün)
Süd- 200ml
Yumurta sarısı- 5 ədəd
Zəncəfil-10qr
Şəkər tozu- 60qr
Hazırlaması:
Əvvəlcə zəncəfilləri doğrayın.Bir qazan götürün və içinə süd tökün. Sonra doğradığınız zəncəfilləri içinə tökün. Sonra şəkər tozunu, vanili, limon duzunu və yumurtanının sarısını əlavə edib,qaynadın.


воскресенье, 8 февраля 2015 г.

Güvəçdə şorba

Ləvazimatlar:
Mal əti -100qr
Şəkər tozu -20qr
duz,istiot
Soğan -15qr
Ət suyu -400qr
nişasta-20qr
sirkə
Bitkiyağı -15qr
Zevkinize karabiber
kartof-3ədəd
Hazırlaması:
Kartofların qabığını soyun, xırda-xırda doğrayın. Sonra bi qazan götürün. İçinə xırda doğranmış soğan əlavə edin.Soğanları yaxşıca qovurun. Sonra mal ətini götürün, hissələrə ayırın. Mal ətini qazana əlavə edin. Dad üçün duz, istiot, zəncəfil, şəkər tozu əlavə edin.Bunları yaxşıca qarışdırın.Qarışdırdıqdan sonra mal ətini əlavə edib,bişməyə qoyun.


Sobada kartof

Ləvazimatlar:
kartof-3ədəd
xama-1qutu
nanə-1 çimdik
tomat-2xörək qaşığı
xardal-05qr
Yumurta-1ədəd
duz,istiot
bitki yağı
darçın,sarıkök
Hazırlaması:
Əvvəlcə sobayı azca yağlayın və qızmağa qoyun. Kartofları götürün və qabıqlarını soyun. Sonra onları 2 daha, sonra 4 hissəsyə bölün. Bir qab götürün içinə kartofları tökün. Sonra üzərinə duz, istiot, nanə, sarikok, yumurta, tomat, xama, xardal əlavə edin. Sonra yaxşıca qarışdırın.Sobaya verın.


Ağ kələm börəyi


Ləvazimatlar:
Ağ kələm-250qr
1ədəd-yerkökü
2ədəd- yumurta
¼ st un
¼ st qoz
cəfəri-1dəstə
½ çay qaşığı duz, isitot
kəklikotu- 1 çay qaşığı
darçın½ çay qaşığı
Hazırlanması:
Ağ kələmi yuyun,orta boyda hissələrə ayırın. Blenderdən keçirin. Sonra yumurta, cəfəri, qoz, un, xırda doğranmış yerkökü əlavə edin. Yaxşıca qarışdırın. Xəmir alınana kimi yoğurun. Sonra qaşıqla qızdırılmış tavaya töken və qızardın. Bişdikdən sonra buu çay yaxud meyvə şirəsi ilə servis edə bilərsiniz.

Ev üsulu dondurma


Ləvazimatlar
Yoqurt-3ədəd
banan-1ədə
kivi-1ədəd
çiyələk-1ədə
Hazırlaması:
Əslində bu dondurmadan daha çox yoqurtlu meyvə qarışımıdır. Bunun hazırlanmasıda çox asandır. Bunun üçün sizə bol vitaminli meyvələr lazımdır. Çalışmaq lazımdır ki meyvələr təzə olsun. Evinizdə hansı meyvə varsa ondan istifadə edə bilərsiniz. Ama bu dondurmanın tərkibində banan, çiyələk, kivi olmalıdır. Bunun üçün bütün meyvələri yuyun, qabıqlarını soyun və xırda-xırda doğrayın. İstəsəz üzərinə şəkər tozu da əlavə edə bilərsiniz. Bir qab götürün və içinə doğradığınız meyvələrı tökün. Sonra üzərinə az yağlı yoqurt əlavə edin. Dondurma qəliblərınə hazırladığınız qarışımı tökün. Soyuducuda saxlayın.

Krem-sup


Ləvazimatlar:
Zeytun yağı-2çay qaşığı
kahı-2ədəd
Ağ kələm-1baş
toyuq suyu-3st
xama-1qutu
Dəfnə yaprağı - 1ədəd
keşniş-1dəstə
duz,istiot
yumurta-1ədəd
Hazırlanması:
Bir tavaya zeytun yağı tökün. Sonra xırda doğranmış soğanları əlavə edib qızardın. Soğanlar qızardıqdan sonra cəfəri, keşniş, duz, istiot əlavə edib qarışdırın. Ayrı bir qabda qaynadılmış yumurta və ağ kələmi doğrayın və tavaya qatın. Bişənə yaxın toyuq suyu və xama əlavə edin.



Parkin


Ləvazimatlar
100qr-yulaf əzməsi
1st-ilıq su
1.5st -çovdar unu
150qr-quru üzüm
zəncəfil
80ml-bitki yağı
100qr-bəkməz
Hazırlanması:
Bir qab götürün. İçinə un, yağ, su əlavə edib, xəmir yoğurun. Xəmir alındıqdan sonra zəncəfil, quru üzüm cə bəkməz əlavə edin. Keks qəliblərinə əlavə edin.Sobada bişirin. İstəsəz üzərinə əridilmiş şokolad əlavə edin.

Ördək əti qızarması

Ləvazimlatlar:
Ördək əti 250qr
soğan 3 dilim
pomidor püresi 1 xörək qaşığı
istiod azca
5 diş sarımsaq
duz azca
Hazırlaması:
Qızarana qədər ördək əti tam təmiz yuyulur və doğranılır . Sonra bir tavada 20 dəqiqə qaynadılır. Soğan incə
doğranılır və qızardılmış ördək ətinin üzərinə tökülür. Pomidor və qalan nə ləvazimat varsa üzərinə tökülür. Tava qızdırılır içinə yağ tökülür və ördək əti, üzərində ləvazimatlarla birliktə qızardılır. Daha sonra süfrəyə verilir.

Ananas ilə toyuq salatı

Ləvazimatlar:
Toyuq filesi 200qr
Ananas şirəsi 100ml
Soya sosu 20qr
duz  - azca
Hazırlanması:
Toyuq filesinin üzərinə duz tökülür və selofana (qida skoçuna) bükülərək 15 dəqiqə gözlədilir. Daha sonra selofan açılır  və üzərinə ananas şirəsi əlavə olunur. Üzərinə soya sosu da əlavə olunur. Daha sonra 180C-də 30 dəqiqə bişirilir. Və süfrəyə verilir.




Karidesli sobada yumurta

Ləvazimatlar:
Yumurta 8 ədəd
krem 30Cl 1/4 fincan
kərə yağı 70qr
duz, azca istiod
karides 12 ədəd
Hazırlanması:
Soba 160C istlikdə qızdırılır. 2 ədəd yumurta qırılır və içinə duz və istiod tökülür. Kərə yağı əridilir və karides içinə qatılır. Yumurta da bu qarışığa əlavə olunur. Daha sonra hamsı bir qaba tökülür və sobada bişirilir. Daha sonra süfrəyə verilir.

Fransız üsulu şorba

Ləvazimatlar:
500qr-toyuq filesi
holland pendiri-200qr
400qr-kartof
150 qr-soğan
180qr-yerkökü
kərə yağı-50qr
duz,istiot
cəfəri-1dəstə
Hazırlaması:
Normal şorbaların hazırlandığı kimi bu şorbayıda eləcə hazırlayırıq. Bunun üçün soğanları xırda-xırda doğrayın. Bir qazan götürün içinə kərə yağı əlavə edin. Soğanları əlavə edib,qızardın. Sonra soyulmuş və xırda doğranmış kartofları, yerkökünü və toyuq filesini əlavə edin. Dad üçün duz, istiot, cəfəri qatın. Ən sonda holland pendiri əlavə edib, servis edin.


Baunti formalı şokolad kolbasaı


Ləvazimatlar:
Kariçnivi hissəsi üçün
su 1/2 stəkan
şəkər tozu 1/2 stəkan
kakao 2 çay qaşığı
hind qozu 40qr
ağ hissəsi üçün
kərə yağı 80qr
pudra şəkəri 80qr
Ləvazimatlar:
Kariçnivi kremin ləvazimatlarından kariçnivi xəmir yoöğrulur.Dxovka tavaına əvvəlcə kariçnivi xəmir tökülür.180C istilikdə soba qızdırılır. Hər iki üzü bişirilir.
Daha sonra içinə ağ xəmir tökülür və o da bişirilir.


"Fortune Cookie" peçenyesi

Ləvazimatlar:
buğda unu 1 su stəkanı
qarğıdalı nişastası 2 yemək qaşığı
½  su stəkanı pudra şəkəri
vanil 1 paket
şəkər tozu 2 yemək qaşığı
yumurta ağı 3 ədəd
bir çimdik duz
bitki yağı 4 yemək qaşığı
hazırlanması:
Böyük bir qabda un və nişastayı ələyirik. İçinə vanil əlavə olunur. Nişasta, 2 yemək qaşığı un, 3 stəkan soyuq su əlavə olunaraq xəmir yoğrulur. Dxovka tavasına dairə halında hazırladığımız qarışıq tökülür. 180C-də 30 dəqiqə bişirilir.

Qarnıyarığ(badımcan)


Ləvazimatlar:
Badımcan-5ədəd
Pomidor-400qr
tomat-120qr
pendir-150qr
Soğan-2baş
göbələk-6ədəd
sarımsağ-2diş
limon suyu
bitki yağı
duz,isiot
Hazırlanması:
İlk öncə badımcanı yuyun,içini çıxardın, ayrı bir qaba tökün. Pomidorları, göbələkləri, soğanları xırda-xırda doğrayın. Bir tava götürün, içinə pomidor, göbələk, soğan və xırda doğranmış sarımsağ əlavə edin. Bişənə yaxın limon suyu əlavə edin.Badımcanlartı duzlayıb, istiotlayın.içliyi içinə əlavə edin. Bir tavaya yerləşdirin. Üzərinə su əlavə edib,buxarda bişirin.

Marine olunmuş qırmızı ət


Ləvazimatlar:
3st- su
Alma sirkəsi-3 st
0.3 st-şəkər tozu
Limon-1ədəd
Soğan- 4baş
dəfnə yarpağı
duz,istiot
Hazırlaması:
Bir qabda su, sirkə, şəkər tozu, dilimləşmiş limon ,soğan, zəncəfil, dəfnə yarpağı, duz, istiot əlavə edib, yaxşıca qarışdırın. Sonra qırmızı əti hazırladığınız məhlula qatın. Üzərini yaxşıca məhlula örtün. Sonra otağ tempraturunda saxlayın.Bundan sonra ətdən rahatca istifadə edə bilərsiniz.

Süd ilə blinçik

Ləvazimatlar:
2 ədəd yumurta
300 ml süd
2 yemək qaşığı şəkər tozu
300qr un
duz
2.5 çay qaşığı qabartma tozu
60qr əridilmiş kərə yağı
Hazırlanması:
Süd, şəkər tozu və duz bir qabda çırpılır. Əridilmiş kərə yağı da bura əlavə olunur. Hamsı birliktə qarışdırılır və xəmir yoğrulur. Tava götürülür, qızdırılır, yağ ilə yağlanır. Təxmini bir xörək qaşığı yağ tökülür. Sonra hazırladığımız qarışıq azca tökülür. 1-2 dəqiqə bişirilir.
Daha sonra süfrəyə verilir.

Göbələkli börək


Ləvazimatlar:
Kartof-5ədəd
Göbələk-100qr
soğan-2 baş
yerköke-2ədəd
duz ,istiot
bitki yağı
Hazırlaması:
Kartofların qabığını soyun. Sonra duzlayıb, istiotlayın. Kartofları ayrı bir qaba qoyun. Sonra göbələkəri və soğanları xırda-xırda doğrayın.Yerkökünüdə əlavə edin.tavaya yağ töken və bunları qızardın..Kartofların içini boşaltın. Sonra içliyi əlavə edin. Sobada bişirin.

Bruschetta börəyi

Ləvazimatlar:
Buğda unundan çörək- 4ədəd
Pomidor- 4ədəd
Zeytun yağı-30qr
3- diş sarımsağ
Mayanez-200qr
duz,istiot
30qr- göyərti

Hazırlaması:
Buğda unundan hazırlanmış çörəyi dilimlərə bölun. Sonra onları tosterdə qızardın.Sonra pomidorların qabığını soyun və xırda-xırda doğrayın.Ayrı bir qaba pomidorları əlavə edin.Üzərinə duz, istiot, göyərti, zeytun yağı əlavə edin.Sonra çörəkləri zeytun yağı əlavə olunmuş tavada azca qızardın.Üzərinə mayanez çəkin. Sonra hazırladığınız içliyi üzərınə əlavə edin.En sonda sarımsağı çox xırda hissələrə doğrayıb üzərinə əlavə edin.Bunu çay yaxud meyvə şirəsi ilə sevis edə bilərsiniz.


Kokos şorbası


Ləvazimatlar:
Toyuq suyu -450 ml
Kokos südü- 450ml
Toyuq filesi- 2ədəd
Göbələk -8ədəd
Yerkökü -1ədəd
1ədəd- zəncəfil
Kırmızı bibər tozu-1ədəd
5qr- limon duzu
Şəkər tozu-5 çay qaşığı
duz, istiot

Hazırlaması:
Əvvəlcə yerkökününün qabığını soyun xırda-xırda doğrayın. Bir qazana kokos südü, toyuq suyu əlavə edin. Sonra yerkökünü əlavə edib, qaynadın.Toyuq filesini yuyun və və hissələrə ayırın,qazana əlavə edin. Bundan sonra xırda doğranmış bibər və limon duzu qatın. Göbələyi yuyun və kub-kub doğrayın, qazana qatın. Ən sonda duz,istiot əlavə edib bişirin.



суббота, 7 февраля 2015 г.

Klassik "Caponata"


Ləvazimatlar:
8 pors üçün ləvazimatlar:
Zeytun yağı 5 yemək qaşığı
Badımcan 700qr
Soğan 1 ədəd
4 diş sarımsaq
pomidor 400qr
sirkə azca
cəfəri yarpağı 3 dəstə
Hazırlanması:
Orta xodda böyük bir tava götürülür. İçinə zeytun yağı tökülür və sarımsaq, soğan və doğranmış badımcan əlavə olunur. Hamsə birlikdə qarışdırılır və bişirilir. Sonra içinə pomidor və sirkə əlavə olunur. Bişirildikdən sonra süfrəyə verilir.















вторник, 3 февраля 2015 г.

Ağ çay


Ağ çay,  günəş şüalarında qurudulmuş olan çay qönçələrindən və çay kolunun cavan yarpaqlarından əldə edilir. Bu növ çayda olan xsusiyyətlər digər çaylarda yoxdur. Ağ çay C,P,B1 və digər vitaminlərlə zəngindir. Bu çaydan viruslara və bakteriyalara qarşı müalicədə istifadə edilir. Ağ çaydan dərininin qocalmasına qarşı istifadə edilməklə yanaşı bu çay dərinin möhkəmlənməsinə də yardımcı olur. Ağ çayın tərkibində olan antioksidin olduğundan, şişlərin əmələ gəlməsinin qarşısını almaq üçün də bu çaydan istifadə edirlər.
Bu növ çay ağzı kip bağlı metal və ya keramik qablarda saxlanılmalıdır ki, keyfiyyətini itirməsin. Həmçinin ağ çay maddələr mübadiləsinin sürətlənməsinə və kalorinin itirilməsinə yardımcı olur.
Ağ çay immunitet sistemini qoruyur, təzyiq və xolesterolu da aşağı salır.Bundan əlavə sümüklərin möhkəmlənməsinə və dişlərin çürüməsinin qarşısının alınmasinda da xeyirlidir..


Ağ çayın dəmlənməsində əsas rolu su oynayır. Əgər siz həqiqi ağ çay dəmləmək istəyirsinizsə, təmiz, yumşaq və durğunluqda qaldıqdan və xsusi filtrlərdən süzülmüş sudan istifadə etməli olacaqsınız.
İkinci ən böyük şərt suyun tempraturudur. Qaynar suda bu çayı dəmləmək olmaz. İsti, lakn qaynar olmayan (80-85 dərəcə selsi) su ideala yaxın sayıla bilər.
Üçüncü şərt isə dəmləmə müddətidir. Belə ki, bu müddət 5 dəqiqədən çox ola bilməz.

Bu şərtlər daxilində həqiqi ağ çay dəmi əldə edilir. Bunu siz çayın dadından, tamından və təravətindən də hiss edəcəksiniz.
Hazırlanması:
Siz ağ çayı apteklərdən və xsusi satış məntəqələrindən əldə edə bilərsiniz. 1 çay qaşığı təxminən 1 qram, 1 yemək qaşığın isə 3 qram çay yarpağı tutur.  Bu çayı hazırlamaq üçün çaydanı isti suda yaxalayın və qızdırın. İçinə ağ çay tökün. Daha sonra üzərinə 0.5 litr 85 dərəcə istiliyi olan su tökün və 5 dəqiqə dəmləyin. Nəticədə çayın növündən aslı olaraq solğun sarı (yaşıl-sarı) dəm əldə edəcəksiniz. Bu çayı gündə 1-2 dəfə qəbul edin.

Deyirlər ki, bu çayın zərəri yoxdur. Amma yenə də həkimlərlə məsləhətləşsəniz sizin üşün daha xeyirli olar

воскресенье, 1 февраля 2015 г.

Şokoladlı mus

Ləvazimatlar:
Şokolad-250qr
2 çay qaşığı-şəkər tozu
3 ədəd-yumurta
250 qr-krem-şantı
50qr-fıstıq
50qr-çiyələk
Hazırlanması:
Şokoladları xırda-xırda doğrayın.Bir qazan götürün və içinə su tökün.Sonra onu oda qoyun,üstündən bir o qədər böyük qazan qoyu.Sonra içinə şokoladları ılavə edib,əridin.Soyumağa qoyun.Ayrı bir qabda şəkər tozu və yumurtanı çalın.Sonra şokoladları əlavə edin.Bundan sonra krem-şantıyı hazırlayıb,qarışıma qatın.Hazır olduqdan sonra 4saat soyuducuda
saxlayın.


Koffe Frappe

Ləvazimatlar:
75 ml-espresso(Koffe)
Soyuq su -100 ml
Süd- 15 ml
vanilyalı dondurma
buz - 100qr
şəkəır tozu-100qr
Hazırlanması:
Koffeni  kofemolkodan geçirin.Bir blendere süd,soyuq su,vanilli  dondurma,üyüdülmüş kofe və şəkər tozu əlavə edib,çalın.Çaldıqdan sonra içinə buz əlavə edin servis edə bilərsiniz.




Portağallı kokteyl

Ləvazimatlar:
 ¼ ədəd portağal
krem-şanti-1paket
şəkər tozu-25qr
buz
Hazırlanması:
Portağalların qabığını soyun,orta dilimlərə ayırın. Sonra şırə çəkən maşından keçirin. Bir çirə qabına portağalın suyunu əlavə edin. Üzərinə şəkər tozu, krem-şanti, buz,əlavə edib çalın.S oyuducuda saxlayın.


Zeytun və pomidor ilə somon balığı


Ləvazimatlar:
4 pors üçün ləvazimatlar:
800qr somon balığı filesi
4 yemək qaşığı toxumsuz qara zeytun
2 diş sarımsaq
3 ədəd orta boyda pomidor
cəfəri dəstə
pendir 100qr
4 yemək qaşığı zeytun yağı
duz və istiod
Hazırlaması:
Zeytun, əzilmiş sarımsaq, 3 yemək qaşığı zeytun yağı və cəfəri bir qaba tökülür.  Mətbəx blenderi vasitəsilə hamsı qarışdırılır. Somon balığı dxovka tavasına qoyulur və yeerdə qalan kərə yağı, duz, istiod üzərinə səpilir. Azca zeytun yağı tökülür. Sonra pomidor dilim-dilim kəsilir. Balığın üzərinə cəfəri qoyulur. Pendir də tökülür. Soba 200C-də qızdırılır və 30 dəqiqə bişirilir.





Mozarella, pomidor, karides və avokado salatı


Ləvazimatlar:
200qr mozzarella pendiri
200qr pomidor
2 ədəd avokado
200 qr karides
1 dəstə cəfəri
Doldurmaq üçün:
5 yemək qaşığı bitki yağı
azca limon suyu
duz, istiod
Hazırlanması:
Bütün ləvazimatlar götürülür. Hamsı bir qaba tökülür. Mozzarella pendiri, pomidor, avokado, karides, cəfəri hamsı bir qaba tökülür. Hamsı bir qaba tökülür və qarışdırılır. Üzərinə azca zeytun yağə tökülür.

Xırçıldayan balıq


Ləvazimatlar:
Limon 1-2 dilim
Buğda unu 1 stəkan
Su 350qr
Qarğıdalı nişastası 1 fincan
Qabartma tozu 1 çay qaşığı
sarımsaq 1 diş
şəkər pudrası 1 çay qaşığı
acı bibər 1 ədəd
Balıq 1 ədəd
2 kiçik stəkan duru yağ
Hazırlanması:
Balıq yuyulur və dilimlənir.
Dərin bir qab götürülür, sarımsaq orda sıxılır və balığın üzərinə tökülür. Üzərinə yerdə qalan bütün ləvazimatlar tökülür. Soba qızdırlır. 180C- istlikdə 30-35 dəqiqə balıq tam qızaranadək bişirilir.

Blueberry dondurması

Ləvazimatlar:
4 nəfər üçün
qara moruq-500qr
kəfir -200qr
Şəkər tozu- 300qr
Yumurta ağı- 2ədəd
Vaffle-2qutu
Təzə nanə-1-2ədəd
Hazırlaması:
Qara moruqları yuyun və kağız salfetkanın üstünə sərin.Blendere qara moruq və kefir qatıb,çalın.Yumurtanın ağını sarısından ayırın.Onu ağ köpük halına gələnə qədər çalırıq.Sonra qara moruq əlavə edin.Soyuducuya qoyun.Bunu vaffle ile servis edə bilıərsiniz.


Mal ətindən kabab



Ləvazimatlar:
Mal əti - 500qr
şirin bibər 1 ədəd
Bərk pendir 100-130qr
duz, istiod
Hazırlanması:
Mal əti yuyulur və qurudulur. Ət qat-qat kəsilir və üzərinə duz, istiod səpilir. Pendir və bibərdə hazırlanır. Pendir dilimlər şəklində kəsilir. Sonra mal ətinə əl vasitəsilə forma verilir. İçinə pendir və bibər qoyulur və yenidən bükülür.
 Soba qızdırılır 180C-istlikdə 30-35 dıqiqə bişirilir.