четверг, 10 октября 2013 г.

Bozbaş


Ləvazimatlar:
Adambaşına - 150 qram qoyun əti 
Ərinmiş yağ - 15 qram
Noxud - 30 qram
Kartof - 100 qram
Soğan - yarım baş 
Tomat - 15 qram
Quru nanə, duz və istiot
Hazırlanması:
Bozbaş üçün qoyun ətindən 50 – 60 qramlıq 2 – 3 tikə ət götürülür. Noxud təmizlənib 3 – 4 saat ərzində soyuq suda isladılır. Ət və noxud qazana qoyulub üstünə soyuq su tökülür və bişirilir. 

Kəfi alınır. Yeməyin hazır olmasına bir qədər qalmış içinə doğranmış baş soğan, soyulub doğranmış kartof və yağda qızardılmış tomat – püre qatılaraq bişirilir.
Süfrəyə verilən zaman bozbaşın üstünə quru nanə səpilir.

Previous Post
Next Post