четверг, 4 апреля 2013 г.

Hədik ( hədiy, hedik )


Ləvazimatlar:
Buğda - 1 stəkan
Süd - 1 litr
Lobya - 1 stəkan
Noxud - 1 stəkan
Mərci - 1 stəkan
Duz - 1 çimdik
Qarğıdalı - 100 qram
Qoz ləpəsi - 100 qram

Hədik çərəz yeməklərdən biridir. Adətən kiçik yaşlı uşaqlar diş çıxardıqda, Mühərrəm ayında aşura günü bişirilir və qohumlara verilir. Payızda və qışda, bu yeməkdən daha çox istifadə edilir.

Hazırlanması:
Hədik bişirmək üçün buğdanı yaxşıca yuyuruq və bir gün təmiz suda saxlayırıq. Sonra iri qazanada buğdanı  qaynadırıq. Suyunu süzub, üstünə 1 litr süd tökülür. Sonra yenə buğdanı süddə qaynadırıq. Əvvəlcədən lobya, noxud , lərgə və mərcini yuyuruq, və suda bir neçə saat ərzində saxlayırıq. Daha sonra isə bunları(lobya,noxud,lərgə və mərci) buğda bişən qazana, südün içinə əlavə edirik.Bir neçə dəfə nəzarət etməklə buğdanın bişməsi halında hədik oddan götürülür. Hədik əsasən süfrəyə verildikdə yanına qoz ləpəsivə müxtəlif çərəzlər qoyulur.
Previous Post
Next Post