пятница, 30 августа 2013 г.

Boranı plov

Ləvazimatlar:
Düyü – adambaşına 1 stəkan
Boranı – 200 qram
Zəfəran - 1 çimdik
Hazırlanması:
Əvvəlcə düyünü ilıq suda isladırıq (bişməzdən yarım saat əvvəl), qazana su töküb qaynadırıq. Sonra duz tökürük, sonra islatdığımız düyünün suyunu süzürük. Qaynayan suya töküb, 10 - 15 dəqiqə qaynadırıq. Sonra aşsüzəndən keçiririk. Sonra balqabağı dilim - dilim doğrayıb qazanın içinə əvvəl yağı sonra isə balqabağı düzürük. Daha sonra düyünü qazanın içınə tökürük. Üzərinə zəfəranı səpib dəmə qoyuruq. Nuş olsun!!!

 

Previous Post
Next Post