пятница, 30 августа 2013 г.

Şüyüd plov

Ləvazimatlar
Düyü - adambaşına 1 stəkan
Şüyüd - 3 dəstə
Su - 2 litr
Duz
Zəfəran ( və ya sarıkök ) - 10 qram
Kərə yağı - 200 qram
Kartof - 1 ədəd ( iri )
Hazırlanması:
Qazanda su qaynadılır. Sonra içinə duz və düyünü tökürük, sonra isə onu 20 dəqiqə qaynadırıq. Sonra düyünü süzürük. Qazanın dibinə  əvvəlcə kərə yağı tökürük, sonra dilim - dilim doğranmış kartofu düzürük. Kartofun üzərinə azca duz tökürük. Daha sonra üstünə süzdüyümüz düyünü tökürük və üstünə zəfəran və kərə yağını töküb 20 dəqiqə dəmə qoyuruq.
Previous Post
Next Post