среда, 13 ноября 2013 г.

Piti


Ləvazımatlar:
Adambaşına 150 qram qoyun əti
20 qram noxud
Yarım baş soğan
150 qraam kartof
20 qram təzə alça
0.1 qram zəfəran
Hazırlanması:
Pitinin hər payı ayrıca qabda bişirilir. Buna piti qabı deyilir. Bu əsasən saxsıdan haırlanır və tutumu 0.8 litr olur. Piti üçün qoyun cəmdəyinin döş, boyun, bud yaxud kürək hissəsindən 55 – 80 qramlıq sümüksüz 2 – 3 tikə ət götürülür. Qabaqcadan bir qədər noxud artlanıb, 4 – 5 saat soyuq suda isladılır. Ət və noxud piti qabına qoyulub üzərinə yarım litr soyuq su tökülür. Sonra qab zəif od üzərinə qoyulub, az odda bişirilir. Üzərinə çıxan kəfi yığılır. Bulyon qaynadıqdan sonra içinə xırda – xırda doğranmış baş soğan əlavə edilir. Bir qədər sonra kartof yuyulmuş aça və duz qatılır. Xörəyin hazır olmasına bir az qalmış ədviyyat vurulur. Sonra 0.1 qram zəfəran 1 stəkan suda adicə çay kimi dəmlənir, və hər iki pay pitiyə bir xörək qaşığı qatılır. Pitinin bulyonunun rəngi şəffaf azacıq sarımtıl və ətirli olmalıdır. Piti bir qayda olaraq bişirldiyi qabda süfrəyə verilir və yanında dərin boşqab yaxud kasa qoyulur. Süfrəyə ayrıca qabda soyulmuş, doğranmış baş soğan və sumaq verilir.

Previous Post
Next Post