пятница, 17 января 2014 г.

Kələm dolması

Ləvazimatlar:
100 qram ət
200 qram kələm
50 qram düyü
Nanə, keşniş, şüyüd, narşərab, tomat - pasta ya da nar şirəsi, duz və istiot
Hazırlanması:
Qoyun ya da mal əti soğanla maşının iri hissəsindən keçirilir, içinə xırda - xırda doğranmış nanə, şüyüd, keşniş, arıtlanıb yuyulmuş düyü, ət, ərinmiş yağ, duz, istiot qatılıb, qarışdırılır. Kələm dolmasına duz bir qədər artıq qatılır. Kələm özəyi çıxarılır və qaynar suya salınır. Yumşalandan sonra kələm sudan çıxarılır, yarpaqların damarı kəsilir və bir neçə yerə bölünür. Əvvəlcədən hazırlanmış ət, kələm yarpağına uzunsov formada bükülür və səliqə ilə qazana yığılır. Üzərinə bir neçə iri kələm yarpağı səpilir, qaynar su tökülüb, oda qoyulur. Hazır olmasına az qalmış onun üzərinə ya nar sıxılır, ya da qızardılıb suda açılmış tomat - pasta tökülür.
Previous Post
Next Post