четверг, 28 марта 2013 г.

Düşbərə


Ləvazimatlar:
Adambaşına - 100 qram qoyun əti
Buğda unu - 40 qram 
Yumurta - 1 ədəd
Baş soğan - 1 ədəd
Bulyon - 350 qram
Üzüm sirkəsi - 10 qram
Keşniş, quru nanə, sarıkök, duz, istiot - zövqə görə
Hazırlanması:
Əvvəlcə qazanı sobanın ustünə qoyub baş soğanı xırda – xırda doğrayıb qazana atıb yağla birlikdə qovururuq. Sonra soğan qızarana yaxın duz, istiot və sarıkök əlavə edirik. Sonra onun üstünə 1 litr soyuq su töküb bir buğum qaynadırıq.

Digər tərəfdən xəmiri yoğururuq. Xəmiri hazırlamaq üçün un, duz , su və yumurta lazımdır.
Sonra xəmirə 5 dəqiqə istirahət veririk. Sonra xəmiri yayırıq. Daha sonra onu əvəllcə uzununa, sonra eninə kəsirik. Kiçik kvadratlar alınmalıdır.

Sonra bir qabda çəkilmiş qoyun əti, keşniş, soğan qatıb qarışdırırıq. Sonra onu kvadratların içinə qoyuruq. Kvadrat üçkünc şəklində qatlanıb küncləri geriyə qatlanır. Sonra onları başqa bir qaba töküb, yapışmaması üçün qaba tökdükcə un səpirik.

Sonra düşbərələri qaynayan qazana töküb azca qaynadırıq. Düşbərələr 5 dəqiqəyə üzə çıxır. Sonra onu suyu ilə birlikdə qaba tökürük. Üstünə quru nanə və sirkə əlavə edirik.


Previous Post
Next Post