суббота, 31 августа 2013 г.

Kərə yağının tortasından peçenye

Tərkibi:
300 qram - torta
100 qram - xama
Yumurta - 2 ədəd
Şəkər tozu - 200 qram
Duz - 0.5 qram
Çay sodası - 0.5 qram
Un - 2 stəkan
Hazırlanması:
Yaği əridərkən onun üstünə çıxan köpük kəfkirlə yığılır, belə olduqda həm yağ tez qaynayır, həm də torta yanıb xarab olmur. Sonra bu tortanın üstünə xama, yumurta, şəkər tozu, un, çay sodası, duz əlavə edilib, bərk xəmir yoğurulur. Xəmirin üstü örtülür və 30 dəqiqə soyuducuda saxlanılır. Sonra 0.5 sm qalınlığda yayılır, stəkanın ağzı ilə kəsilir. Üstünə çəngəllə naxış çəkilib, isti listə qoyulur və bişirilir. Bişdikdən sonra üstünə şəkər tozu tökülür.

Previous Post
Next Post