суббота, 31 августа 2013 г.

Qızılgül şərbəti


Tərkibi:
200 qram qızılgül ya da itburnu çiçəyi ləçəkləri
1 çay qaşığı qızılgül şirəsi
20 ədəd qənd
0.5 limon şirəsi
0.1 qram zəfəran
Hazırlanması:
Qızılgül ləçəkləri soyuq suda yuyulur, çuqun qazana tökülüb, su əlavə edilir və odun üstünə qoyulub qızdırılır.Qaynara düşəndə ocaqdan götürüb, qapağı açılmadan soyudulur.Sonra süzülür, şəkər tozu əlavə edilib, əriyənə qədər qızdırılır. Yenə qapağı açılmadan soyudulur, qızılgül, limon şirəsi və zəfəran suyu əlavə edilib qarışdırılır.

Qurbanova Zülfiyyə xanım

Previous Post
Next Post