вторник, 27 января 2015 г.

Pendirli toyuq şorbası


Ləvazimatlar:
400qr-toyuq filesi
2 kartof
1ədəd- böyük yerkökü
180qr- krem pendir
2l-toyuq bulyonu və ya 200qram toyuq əti
1baş-soğan
keşniş, şüyüd-1dəstə
dəfnə yarpağı-1-2 yarpaq
duz ,istiot
Hazırlanamsı:
Tərəvəzləri yəni-kökünü, kartofu,soğanı yuyun, qabığını soyun. Sonra onları xırda-xırda doğrayın. Bir qazan götürün içinə azca kərə yağı atın. Sonra xırda-xırda doğranmış soğanları əlavə edin. Soğanları yaxşıca qızardın. Soğanlar qızardıqdan sonra yerkökünü  və kartofu əlavə edin. Bir müddət bişirin. Şorba hazır olana qədər siz toyuq ətini hissələrə ayırın. Şorba qaynayana yaxın içinə toyuq parçlarını və ya  toyuq bulyonunu əlavə edin. Ən sonda dad üçün duz,istiot və krem pendir qatın. Servis edərkən üzərinə göyərti səpin.
Previous Post
Next Post