четверг, 17 октября 2013 г.

Şəkər xəmiri


Birinci resept


Ləvazimatlar:
1 / 2 stəkan şəkər tozu
1 / 2  stəkan su
1-2 damla limon suyu
İstəyə görə qida boyası

Hazırlanması:
Əvvəlcə su,şəkər tozu və linon suyunu bir qazana töküb,15-20 dəqiqə qaynadırıq.Bunları şərbət halına gələn qədər qaynadırıq.Daha sonra şərbəti soyudmalıyıq.Yaxşıca soyuduqdan sonra onu bir qaba tökün.Sonra apardığı qədər pudra şəkəri əlavə edib,xəmir kimi yoğurun.Daha sonra onu yayırıq.Yayarkən xəmirin altına nişasta səpin ki,yaxşı alınsın.Daha sonra onu qida boyası ilə rəngləndirə bilərsiniz.Bunları peçenyelərin və ya tortun üstünə yapışdırıb,zövqünüzə görə bəzəyə bilərsiniz.


İkinci resept


Ləvazimatlar: 
1 stəkan su
1 stəkan bal
1 stəkan şəkər tozu
200 qram kərə yağı
1 çimdik duz
1 paket vanil
İstəyə görə qida boyası

Hazırlanması:
Dərin bir qabda bal,su,şəkər tozunu qaynadırıq.Sonra marqarini əlavə edirik.Hamısını krem halına gələnə qədər mikserlə çalırıq.Sonra duz və vanil əlavə edib qarışdırırıq.Daha sonra pudra şəkərini əlavə edirik.Xəmir halına gələnə qədər yoğururuq.Daha sonra bu qarışıma qida boyası əlavə edirik.Əgər hamısını indi istifadə etmək istəmirsinizsə selofana qoyub,soyuducuda saxlaya bilərsiniz .Onu da deyək ki,bunları 3 ay saxlaya bilərsiniz.Onlari tort bəzəmək üçün istifadə edə bilərsiniz.



Bu xəmirdən istədiyiniz fiqurları düzəldə bilərsiniz.





Previous Post
Next Post