понедельник, 20 августа 2018 г.

"Snikers" tortu ( Торт "Сникерс") - Resept 4

Snikers tortunu necə hazırlamaq olar?
Resept4
Beze ilə Snikers tortuDigər snikers tortlarından fərqlənir. Bu tortun tutumu olduqca çoxdur. Üstəlik bu tortun xəmiri zəhmət tələb edir. Bütün bunlara baxmayaraq nəhayətdə siz dadlı, ləzzətli və doyuran tort əldə etmiş olacaqsınız. Yumurtanın çox olması tortun köpməsinə və lətif olmasına səbəb olacaq.
Beze ilə snikers totunun hazırlanması üçün bizə aşağıdakılar lazımdır:
-2 stəkan un
-12 ədəd yumurta
-2 stəkan yarım şəkər tozu
-yarım stəkan süd
-yarım stəkan bitki yağı
-1 paçka vanil
-3 yemək qaşığı kakao
-1 paçka qabartma tozu
-150 qram kərə yağı
-150 qram qovrulmuş araxis
-1 banka qatılaşdırılmış süd
Bezenin hazırlanması:
Bezeni hazırlamaq üçün əvvəlcə biz 5 ədəd yumurta götürürük. Bu yumurtaların ağını sarısından ayırırıq. Yumurtaların ağına şəkər tozu əlavə edib, mikserlə qarışdıraraq beze əldə edirik. Sonra bu bezeni soba tavasina əvvəlcədən qoyduğumuz yağlı kağızın üstünə tökürük. Əvvəlcədən aşağı tempraturda qızdırılmış sobaya qoyaraq bir saat yarım vaxta qədər aşağı temperaturda bezeni bişiririk. Beze bişdikdən sonra sobanı söndürürük. Bu zaman beze sobadan çıxarılmamalıdır. Bezeni sobada 12 saat(yaxşı olar ki, səhərə qədər) saxlayırıq. Bu ona görə edilir ki, beze yaxşıca qurusun.
İndi isə 7 ədəd yumurtanı götürürük, üzərinə şəkər tozu, vanil və süd əlavə edərək ağ məhlul alınana qədər mikserlə çırpırıq. Sonra bu məhlula kakao əlavə edirik. Bir az qarışdırdıqdan sonra isə bitki yağını əlavə edib qarışdırırıq. Daha sonra unu ələyərək qabartma tozu ilə qarışdırırıq. Bu undan hissə-hissə götürərək əldə etdiyimiz məhlulun üstünə əlavə edirik. Alınmış xəmiri yaxşıca yoğurub soba tavasına yerləşdiririk. Soba tavasını əvvəlcədən yağla yağlamaq və sobaya yerləşdirmək məsləhət görülür. Soba tavası yandırıcı yox, isti olmalıdır. Məhlulu soba tavasına töküb sobaya qoyuruq. 150 dərəcədə 40 dəqiqə ərzində bişiririk. Tort bişdikdən sonra onu sobadan çıxarıb soyuduruq. Soyumuş tortu dilimlərə - iki və ya üç hissəyə bölürük.
Qatılaşdırılmış südü qaynar suda qızdırırıq və kərə yağı ilə qarışdırırıq. Nəticədə ağ rəngli dadlı krem alınacaq. Daha sonra bu kremi kəsilmiş tort dilimlərinin üzərinə çəkirik və onları üst-üstə yığırıq. Alınmış tortun üzərinə yenə də krem çəkib araxislə bəzəyirik. Bu tortun üzərinə istəsəniz qlazur da əlavə edə bilərsiniz.


Previous Post
Next Post