суббота, 13 апреля 2013 г.

Albalı piroqu


Ləvazimatlar:
Un - 2,5 stəkan
Soda - 1 çimdik
Duz - 1 çimdik
Şəkər tozu - 200 qram
Yumurta - 2 ədəd
Marqarin - 200 qram
Xama - 200 qram
Hazırlanması:
Un, soda və duz qarışdırmaq lazımdır. Şəkər tozu, yumurta, xama və marqarini qarışdırıb, yavaş – yavaş un səpərək xəmir yoğurmaq lazımdır.

Xəmiri bütöv halda tavaya qoyub, onu əl ilə yastılamaq lazımdır. İç dağılmasın deyə kənarlarını yuxarı qatlamaq lazımdır. Sonra tavanın içinə çəyirdəkləri çıxarılmış albalıları içinə düzürük. Üzərinədə xamadan hazırlanmış kremi tökmək lazımdır. Krem belə hazırlamaq lazımdır: xama – 400 qram, nişasta – 1 yemək qaşığı nişasta ilə qarışdırılır. Sonra onu isti sobaya qoyurq. 

Previous Post
Next Post