четверг, 11 апреля 2013 г.

Ət ruleti

Ləvazimatlar:
Ət - 75 qram
Süd və ya su - 1 çay qaşığı
İsladılmış buğda çörəyi - 1 ədəd
Duz - azca
Yumurta - 3 ədəd
Soğan - 1 ədəd
Kök - 1 ədəd
Hazırlanması:
Əti ət maşından keçirmək lazımdır. Su və ya süd, isladılmış buğda çörəyi də buraya əlavə olunur. Sonra azca duz səpmək, qarışdırmaq lazımdır. Sonra  bu qarışımı təmiz, yaş olan dəsmalın içinə tökmək lazımdır. Iki yumurtanı suda bişirmək lazımdır. Sonra bu yumurtaları ortadan bölmək lazımdır. Sonra onları ətin üzərinə düzmək lazımdır. Üstünə isə yağda qovrulmuş soğan və kök tökmək lazımdır. Daha sonra onu rulet formasında bükmək lazımdır. Sonra ruleti yavaşca dəsmalın üzərindən götürmək lazımdır(elə etmək lazımdır ki, ruletin açıq tərəfi altda qalsın). Tavadakı ruleti əllə hamarlamaq lazımdır. Düzəldərək üstünə çiy yumurtanı yaxmaq lazımdır. Suxarı ovuntusunu üzərinə səpmək lazımdır. Nuş olsun!!!

Previous Post
Next Post