суббота, 13 апреля 2013 г.

Praqa tortu


Ləvazimatlar:
Xəmir üçün:
Un - 1 stəkan
Şəkər tozu - 3 stəkan
Yumurta - 7 ədəd
Kakao - 1 yemək qaşığı
Kərə yağı - 50 qram
Krem üçün:
Kərə yağı - 250 qram
Qatılaşdırılmış süd - 5 yemək qaşığı
Kakao - 2 çay qaşığı
Yumurta sarısı - 3 ədəd
Su - 1 stəkan
Hazırlanması:
Şəkər tozunun yarısı yumurta sarısı ilə yaxşıca çalınır. Başqa bir qabda yumurtanın ağını çalmaq lazımdır. Yumurtanın ağını tam köpük halına gətiririk. Qalan şəkər tozu buraya qatılır.

Yumurtanın ağı və sarısı kakao ilə qarışdırılmış unun içinə tökmək lazımdır. Ərinmiş yağ ilə xəmir yoğurmaq lazımdır. Xəmir 2 - 3 sm hündürlükdə formalara tökülür. 40 – 50 dəqiqə 190 - 200 C istilikdə bişirilir. Sərin yerdə gözlədilir. Daha sonra 3 - 4 qata bölünür. Və aralarına krem sürtülür.

Krem ləvazımatları (yağdan başqa) xama kimi olana qədər qarışdıra - qarışdıra qızdırılır. Yumşaq olan yağ çalınır, ayrıca çalınan yumurta kremı də əlavə edlib, yenidən qarışdırılır.



Previous Post
Next Post