понедельник, 3 июня 2013 г.

Səbzili pizza


Ləvazimatlar:
Xəmiri üçün:
İlıq su - 8 yemək qaşığı 

Un - 1,5 çay stəkanı 

Şəkər tozu - 1 çay qaşığı 

Duz - yarım çay qaşığı 

Yaş maya - 1 çay qaşığı 
Sousu üçün:
Pomidor - 1 ədəd 
Təzə nanə - 2 yarpaq 

Sarımsaq - yarım diş 

Duz, qara bibər - zövqə görə
Üzəri üçün:
Göy noxud - 1 su stəkanı qaynadılmış 
Qaynadılmış qarğıdalı dənələri - Yarım su stəkanı 
Quru nanə - 1 çay qaşığı 
Hazırlanması:
Yaş mayanı bir yemək qaşığı ilıq suyun içində əridin. Yoğurma qabına un, duz və şəkəri alıb ortasını aralayın. Yeddi yemək qaşığı ilıq su və əridilmiş yaş mayanı əlavə edin. Bütün vəsaitlər həll olana qədər yaxşıca yoğurun. Xəmirin üzərinə nəmli bir dəsmal örtüb soyuducuda bir saat gözlədin.

Sousunu hazırlamaq üçün sarımsaq və pomidorun qabığını soyub rəndələyin. Nanəni nazik -  nazik  doğrayıb duz və qara bibərlə birlikdə pomidora əlavə edib qarışdırın. Pizza xəmirini şkafdan çıxarıb orta qalınlıqda oxlov ilə açın.

Yumru açdığınız pizza xəmiri yağlanmış soba nimçəsinə diqqətlə tökün. Üzərinə pomidorlu sousu çəkin. Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.
Pizza qabını sobadan çıxarın. Yaşıl noxud, qarğıdalı və quru nanəni pizanın üzərinə səpin. Holland pendirindən dördkünc şəklində doğrayıb pizzanın üzərini örtün. Qara zeytunu  əlavə edin.Təkrar sobaya qoyub pendir əriyənə qədər bişirin. Bişən pizzanı sobadan çıxarıb yüngül soyuduqdan sonra dilimləyin.
Previous Post
Next Post