понедельник, 3 июня 2013 г.

Assorti salatı

Ləvazimatlar:

Kartof - 400 qram
Halal kolbasa - 200 qram
Təzə xiyar - 200 qram
Göy soğan - yarım dəstə
Çuğundur - 1ədəd
Kök(qara, sarı) - 400 qram
Mayonez - 1banka
Duz, istiot

Bəzəmək üçün:
Zeytun
Halal toyuq kolbasası
Yumurtanın ağı - 1 ədəd

Hazırlanması:
Kartof, kökü bişənə qədər qaynadıb təmizləyirik. Kartof, çuğundur, kök və yumurtanı sürtkəcdən keçiririk. 1 yumurtanın ağını bəzəmək üçün saxlayırıq. Halal toyuq kolbasası, xiyar, göy soğanı  xırda - xırda doğrayırıq. Yastı qaba kartofu, duz və istiou üzərinə əlavə edirik.
Kartofun üzərinə kolbasa, kolbasanın üzərinə xiyar, xiyarın üzərinə isə göy soğan düzüb mayonez vururuq. Sonra isə yumurtanın üzərinə kökü düzürük.
Yumurtanın ağını da buraya əlavə edirik, 6-7 ədəd zeytunu isə xırda - xırda doğrayırıq.
Previous Post
Next Post