суббота, 31 августа 2013 г.

Ekler pirojnası

Tərkibi: 
1 stəkan un
60 qram kərə yağı
6 ədəd yumurta
0.25 çay qaşığı duz
3/2 stəkan su və ya süd
Hazırlanması:
Qazana su və ya süd tökülür. Yağ və duz əlavə edilib qarışdırılır vı qaynadılır. Qaynara düşəndə un tökub, zəif od üzərində tez – tez qarışdıra – qarışdıra 1 – 2 dəqiqə qaynadılır. Çalışmaq lazımdırki, un topaçlanmasın. Odun üstündən götürülür 70 – 80 C – dək soyudulur qarışdıra – qarışdıra yumurtalar əlavə edilir. Bu cür xəmir çalınmır ancaq qarışdırılır. Axırda eyni bərabərə yoğrulmuş xəmir alınır. Listə nazik qat yağ çəkilir. Hazır xəmir mətbəx şprisinə yada kağızdan hazırlanmış kornetə doldurulub listə cürbəcür formada pirojnalar salınır. Belə pirojnalar 180 – 200 C tempraturda 30 – 40 dəqiqə bişirilir. Tempratur bundan çox olsa pirojnalar çox köpər, pirojnaların üstündə çat əmələ gələr. Tempratur bundan az olduqda isə xəmir köpməz. Yaxşı hazırlanmış xəmir yaxşı köpür, azca yayılır və içində boşluq əmələ gəlir. Bərk xəmir bişərkən yaxşı köğmür, duru xəmirdə isə pirojnalar formasız alınır. Əgər xəmir duru alınmışsa təzədən bir qədər qatı xəmir yoğurun, hər iki xəmiri qarışdırın. Əgər pirojnalar bişərkən yaprıxırsa deməli xəmir çox çalınmışdır. Bişəndən sonra yaprıxmışsa deməli vaxtından əvvəl çıxarılmışdır. Əgər məmulatların qıraqları yuxarı qalxırsa ya da məmulat yumşaqdırsa deməli dxovka kifayət qədər qızdırılmamışdır. Ekler pirojnası üçün xəmir uzun çubuqlar formasında da düzəldilir. Soyuyandan sonra hazır pirojnanın içi boş olur. Mətbəx şprisinə krem doldurulur, pirojnanın bir başından içinə boşaldılır, üstünə ya  azca krem çəkilib qırıntılar tökülür ya da şokoladlı pomada çəkilir.
Məsməxanım , Bakı şəhəri 

Previous Post
Next Post