суббота, 31 августа 2013 г.

Xama ilə biskvit

Tərkibi:
2 stəkan un
6 yumurta
1 stəkan şəkər tozu
1 stəkan xama
0.5 çay qaşığı soda
Hazırlanması:
Yumurtanın sarısı və şəkər tozu ağ kütlə alınana qədər çalınır. Üstünə soda qatılmış xama əlavə edilib yaxşıca qarışdırılır.Ayrıca bir qabda yumurtaların ağı köpüyə oxşar ağ kütlə əmələ gələnə qədər çalınır və əvvəl çalınmış kütləyə qatılır. Sonra un əlavə edilib qarışdırılılr və formaya tökülüb, əvvəldə göstərdiyimiz kimi bişirilir. Soyuyandan sonra qatlara kəsilib şirə və krem çəkilib tort formasına salınır. Belə biskvit xəmirinə badam, qoz ləpəsi, fındıq əlavə etmək olar. Sonra hər yumurtaya 1 xörək qaşığı fındıq götürülür. Fındıq qatandan sonra xəmiri yüngül qarışdırın ki, yatmasın. Dxovkaya qoyulub bişirilir.


Previous Post
Next Post