понедельник, 2 сентября 2013 г.

Mərci şorbası


Tərkibi:
Adambaşına 100 qram mərci
30 qram ərinmiş yağ
100 qram kartof
Soğan
50 qram pomidor yaxud 10 qram tomat püre
Keşniş, duz, istiot
Hazırlanması:
Mərci artlanıb yuyulur və suda isladılır. Sonra qazana töküb bişirilir və üstünə çıxan kəfi yığılır. Mərcinin bişməsinə az qalmış qazana kartof tökülür. Ayrı bir tavada soğan, tomat yaxud pomidor  yağda qızardılır və şorbaya qatılır. Xörəyin bişməsinə 1 neçə dəqiqə qalmış duz, istiot və keşniş qatılır.
Previous Post
Next Post