понедельник, 2 сентября 2013 г.

Lənkəran külçəsi


Tərkibi:
650 qram un
10 qram maya
150 qram ərinmiş yağ
30 qram xama
60 qram şəkər tozu
1 yumurta
Zəfəran
Xaş-xaş
duz
Hazırlanması:
İlıq su, un və maya ilə xəmir - maya hazırlanır və acımaq üçün 2 saatlığa isti yerə qoyulur. Sonra yağ, yumurta, un, duz və xəmir – maya ilə xəmir yoğrulur. Xəmir acıyandan sonra kündələrə bölünür. Hər kündənin üstünə yumurta sarısı çəkilir, xaş-xaş səpilir və 20-25 dəqiqədən sonra 170-180 C də dxovkada bişirilir.
Previous Post
Next Post