четверг, 10 октября 2013 г.

Ordubad ruleti


Tərkibi
400 qram un
20 qram – xama
125 qram kərə yağı
200 qram qoz
175 qram şəkər tozu
35 qram bal
2.5 qram darçın
1 ədəd yumurta
Hazırlanması:
Kərə yağı 15 dəqiqə çalınır və xama əlavə edib 2 dəqiqə çalınır. Sonra buraya un, duz  və maya əlavə edilib xəmir yoğrulur. Xəmir özünə gəlincə iç hazırlanır. Bunun üçün qoz tavada azacıq qovrulur, sonra badam maşınından keçirilir, üstünə bal, şəkər tozu və darçın əlavə dilib qarışdırılır. Xəmir 300 qramlıq kündələrə bölünüb 5 mm qalınlıqda yayılır. Üstünə 200 qqram iç səpilir və rulet formasında bükülür. Üstünə yumurta sarısı sürtülüb, 190 – 200 C tempraturda 35 – 40 dəqiqə ərzində bişirilir.

Sadıqova Aytəkin xanım , Ordubad

Previous Post
Next Post