понедельник, 2 сентября 2013 г.

Qır – qır plov

Tərkibi:
Adambaşına 150 qram qoyun əti
150 qram düyü
Soğan 1 ədəd
15 qram alça qurusu
Yaxud 15 qram zoğal qurusu
50 qram şabalıd
12 qram keşniş
0.2 qram darçın
Duz, istiot
Hazırlanması:
Bu plovu hazırlamaq üçün düyüdən adi plov hazırlanılır və zəfəran vurulur.
Ayrıca qoyun əti kəsilir, sümüyü çıxardılır və soğanla birlikdə ətçəkən maşından çəkilir. Ətə duz, istiot və darçın vurulub, yaxşıca qarışdırılır.
Sonra küftələr hazırlanır və yağ içində qovrulur. Sonra bulyon, yarı bişmiş şabalıd, suda yuyulmuş alça yaxud zoğal qurusu qatılıb qapağı örtülür qabda öz buğunda bişirilir. Hazır olana yaxın, narın doğranmış keşniş qatılır.
Süfrəyə verilən zaman boşqaba təpəcik şəklində plov çəkilir. Yanına xörəyin şirəsi ilə qır – qır küftəciklər qoyulur.                 
            

Previous Post
Next Post