суббота, 31 августа 2013 г.

Ətli dovğa


 Tərkibi:
Adambaşına – 100 qram qoyun əti
200 qram – qatıq
20 qram – düyü
15 qram – noxud
10 qram – buğda unu
1 ədəd – yumurta
1 ədəd soğan
Ispanaq, keşniş, şüyüd, yarpız, nanə, kərəviz
Duz, istiot
Hazırlanması:
Yumşaq qoyun əti soğanla birlikdə ət maşınından keçirilir, ədviyyatlar qatılaraq 15 qramlıq xırda küftələr hazırlanır və bişirilir. Noxud 3-4 saat əvəldən soyuq suda isladılır və bişirilir. Ayrıca qazanda qatıq, düyü, yumurta və un bir-birinə qatılıb çalınır. Qatığın çürüməməmsi üçün arası kəsilmədən qaynara düşən kimi bulaya – bulaya qarışdırılır. Qaynara düşəndən sonra noxud, küftələr qatığın hamsı ilə birlikdə bişirilir. Daha sonra tərəvəzləri xırda- xırda doğrayıb qazana tökürük, duz əlavə edib, bişməsini gözləyirik.
Previous Post
Next Post