пятница, 20 сентября 2013 г.

Al - əlvan peçenye

Tərkibi:
1 paket marqarin
2 ədəd - yumurta
1 stəkan şəkər kirşanı
3.5 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
Qida boyaları - istədiyiniz rəngdə
Bəzəmək üçün:
Qida zəri, muncuq, şəkər xəmiri
Hazırlanması:
Əvvəlcə yumurtalar çalınır. Daha sonra üzərinə yumuşalmış marqarin əlavə ədilir və əzilir.
Sonra şəkər kirşanı əlavə edilir və qarışdırılır.
Bu qarışığa vanil, qabartma tozu və unu  yavaş-yavaş əlavə edirik. Daha sonra yumuşaq xəmir yoğururuq. Hazırladığımız xəmirdən kündələr hazırlayıb, hər bir kündəyə cürbəcür rəngdə boyalar vururuq.
Bundan sonra isə biz istədiyimiz cür bəzəyirik. İstədiyimiz formanı verərək yağlanmış listə düzürük.
İstəsək üzərinə şəkər də qoymaq olar.




Previous Post
Next Post