среда, 9 октября 2013 г.

Bolqar bibərli leço


Leço(mac.lecso`)-yayda yetişən tərəvəzlərdən hazırlanan salatdır .Adətən leçodan  qışda istifadə olunur.Bu salat əsasən macarlara məxsusdur,sonradan isə Avropada məhşurlaşmışdır. . Leçonun çoxlu,dəyişik reseptləri vardır.Əsasən tərkibibində bir neçə tərəvəz mühüm yer tutur.Bunlar-bibər,pomidor və soğandır, kök və s.

Tərkibi               
 2.5 kq qırmızı bolqar bibəri
1.5 kq yaşıl bolqar bibəri
350 qram soğan
550 qram kök
2 xörək qaşığı şəkər tozu
Yarım stəkan qarğıdalı yağı
Duz, istiot
Hazırlanması:
Əvvəlcə soğanları soyuruq,yuyuruq, çöp- çöp doğrayırıq sonra qarğıdalı yağında qızardırıq.Sonra üzərinəqabığı soyulmuş, çöp- çöp doğranmış pomidor əlavə edib,10 dəqiqə ərzində qazanda bişiririk. Bibər yuyulur,toxumu çıxarırıq,sonra doğrayırıq, sonra pomidorun üzərinə əlavə edirik.Mətbəx robotundan kökləri keçiririk və əlavə edirik.Köklər ,bibərlərdəm daha incə olmalıdır.Sonra duz, istiot əlavə edirik.Nəhayət ən sonda 2 xörək qaşığı şəkər tozunu qatıb, hamısını 30 dəqiqə qaynadılır. Həmçinin uksuz da istifadə oluna bilər.
 Indi isə sterilizə qaydasına keçək.İlk öncə bankaları qab yuyan maye ilə yuyuruq.Sonra bankaları içini qaynar su ilə yuyuyruq,sonra onları sterilə edib,hazırladığımız leçolarla doldururuq.Qazanı zəif odun üstünə qoyuruq ki, leçolar ziyan olmasın.Hazır olduqdan sonra bankaların ağzı bərk bağlanılır və soyudulur.Hava keçirməməsi üçün rezbalı bankalar lazımdır.

Zaidova Nübar xanım , Lənkəran şəhəri

Digər Leço resptləri
Previous Post
Next Post