среда, 9 октября 2013 г.

Gavalı mürəbbəsi

Ləvazimatlar:
1kq gavalı
1kq şəkər tozu
1stəkan su
Hazırlanması:
Gavalı mürəbbəsi bişirmək üçün böyük gavalılar yuyulur,iki yerə bölünür,çəyirdəyi çıxardılır və 1-2 saat əhəngli suda saxlanılır ki, bişirilən zaman əzilməsin(Əhəngli su,250 qram söndürülmüş əhəng, 5 litr soyuq suya tökülməklə hazırlanır).Əhəngli sudan çıxardılmış meyvələr bir neçə dəfə suyu dəyişməklə yuyulur,suyu süzülmək üçün süzgəcə yığılır.Sonra 1 kq şəkər tozu və 0.3 litr sudan mət bişirilir,mət qaynara düşəndə meyvələr içinə tökülür.10 dəqiqə bişirilir və qırağa qoyulur,4-5 saatdan sonra mürəbbə yenə də 10 dəqiqə qaynadılır və yenə ara verəndən sonra hazır olana kimi birdə qaynadılır.Hazır olmağa bir az qalmış mürəbbə ətir üçün ya vanil ya da portağal qabıqları tökülür.
Gavalı mürəbbəsini çox bişirmək olmaz,bir az vaxtı ötən kimi bərkiyir və povidlaya oxşayır.
Previous Post
Next Post