среда, 4 сентября 2013 г.

Düyü ilə leço


Tərkibi:
 3.5 kq qrmızı pomidor
1.5 kq kök
1-1.5 kq soğan
1 kq qırmızı şirin bibər
3 baş sarımsaq
1 st. yumru düyü
Yarım stəkan şəkər tozu
1 st. qarğıdalı yağı
Duz,istiot
Hazırlanması:
Əvvəlcə soğanı soyuruq,sonra təmizləyirik.Soğandan sonra kökü təmizləyib yuyuruq. Soğanı xırda- xırda  doğrayırıq, kökü isə sürtgəcdən keçiririk.
Qırmızı bibərlərin toxumunu çıxardırıq sonra yuyuruq və nazik- nazik doğrayırıq.
Sarımsağı isə bıçağın altına qoyub,əzin və xırdalayın.
 Pomidorların qabığını soyub,yuyub mətbəx robotundan keçiririk. Sonra onları qazana əlavə edib,odda bişiririk. Qaynara düşəndə qapağını örtüb 1-1.5 saat bişiririk.Sonra düyünü yuyuruq, qazana əlavə edib  40-45 dəqiqə bişiririk. Sonra duz, istiot, sarımsaq, qarğıdalı yağı, kök, soğan və qırmızı bibəri əlavə edirik, yaxşıca qarışdırırıq. Sonra qazandan götürüb sterilizə edirik, bankalara yığırıq, ağzını bağlayırıq.

Sadıqova Aysel xanım , Qax şəhəri

Digər Leço resptləri
Previous Post
Next Post