среда, 9 октября 2013 г.

Sadə ev üsulü leço



Tərkibi :
20-25 ədəd yaşıl şirin bibər
Kilo yarım(1.5 l) pomidor tomatı
Yarım kq soğan
Yarım kq şəkər tozu
Yarım litr bitki yağı
0.5 l süfrə sirkəsi
5 ədəd dəfnə yarpağı
5-6 ədəd dənəvər istiot
5 ədəd ətirli ağ istiot
1 xörək qaşığı duz
Hazırlanması:
Bunu yadda saxlamaq lazımdır - bankalar və qapaqları sterilizə edilir sonra bankalar yaxşıca yuyulur, zəif odun üstündə 3 dəqiqə saxlanılır, dəmir qapaqları isə dəqiqə qaynar suda qaynadılır. Əvvəlcə yaşıl şirin bibərləri yuyub toxumlarını çıxardıb, doğrayırıq.
Soğanı soyub, təmizləyib nazik-nazik doğrayırıq.
 Böyük qazana, pomidor tomatı, bitki yağı və sirkə,. şəkər tozu, qara və ağ istiot, dəfnə yarpağı, duz əlavə edirik. Sonra içinə çöp-çöp doğranmış soğan və bibər əlavə edin.
 Qaynara düşənədək qarışdırırıq, sonra 10-15 dəqiqə ərzində bişirin.Sonra duzuna baxın,az olsa bir azda əlavə edin. Çox bişirməyin,sonra leçonu bankalara doldurub,ağzını möhkəm bağlayın.
Sonra leçonu isti yerdə 10-12 saat saxlayın. 

Həsənova Səkinə xanım , Bakı şəhəri

Digər Leço resptləri
Previous Post
Next Post