суббота, 14 сентября 2013 г.

Yarma plov


 Tərkibi:
Adambaşına – 100 qram yarma
100 qram düyü
50 qram ərinmiş yağ
100 qram qurudulmuş kütüm
Duz
Hazırlanması:

Buğda yarması artlanıb, yuyulur və hazır vəziyyətə çatınca qaynar duzlu suda bişirilir. Sonra içinə yuyulumuş düyü töküb hamsını birlikdə hazır oluncaya qədər bişiririk. Qurudulmuş kütüm suda bişirilir, dərisi və tıxları tımizlənir, bəzən kütüm su buxarında bişirilir. Xırda tikəciklərə bölünür. Süfrəyə verilən zaman yarma plov boşqaba çəkilir, yağ tökülür və yanına kütüm tikəcikləri düzülür.

Previous Post
Next Post