суббота, 14 сентября 2013 г.

Çoban aşı


Tərkibi:
Adambaşına – 150 qram qoyun əti
80 qram düyü
15 qram kərə yağı
30 qram ərinmiş yağı
Soğan 1 ədəd
Duz
Hazırlanması:
Qoyun əti tikələrə bölünür və yarı hazır vəziyyətə bulyon içində bişirilir. Sonra həmin bulyon süzülür və onun içində yuyulmuş düyü bişirilir. Düyünün bişməsinə 10 – 15 dəqiqə qalmış yağda qızardılmış soğan, qoyun əti və duz qatılıb hazır olanadək bişirilir. Süfrəyə verilən zaman üzərinə yağ tökülür.

Previous Post
Next Post