вторник, 3 февраля 2015 г.

Ağ çay


Ağ çay,  günəş şüalarında qurudulmuş olan çay qönçələrindən və çay kolunun cavan yarpaqlarından əldə edilir. Bu növ çayda olan xsusiyyətlər digər çaylarda yoxdur. Ağ çay C,P,B1 və digər vitaminlərlə zəngindir. Bu çaydan viruslara və bakteriyalara qarşı müalicədə istifadə edilir. Ağ çaydan dərininin qocalmasına qarşı istifadə edilməklə yanaşı bu çay dərinin möhkəmlənməsinə də yardımcı olur. Ağ çayın tərkibində olan antioksidin olduğundan, şişlərin əmələ gəlməsinin qarşısını almaq üçün də bu çaydan istifadə edirlər.
Bu növ çay ağzı kip bağlı metal və ya keramik qablarda saxlanılmalıdır ki, keyfiyyətini itirməsin. Həmçinin ağ çay maddələr mübadiləsinin sürətlənməsinə və kalorinin itirilməsinə yardımcı olur.
Ağ çay immunitet sistemini qoruyur, təzyiq və xolesterolu da aşağı salır.Bundan əlavə sümüklərin möhkəmlənməsinə və dişlərin çürüməsinin qarşısının alınmasinda da xeyirlidir..


Ağ çayın dəmlənməsində əsas rolu su oynayır. Əgər siz həqiqi ağ çay dəmləmək istəyirsinizsə, təmiz, yumşaq və durğunluqda qaldıqdan və xsusi filtrlərdən süzülmüş sudan istifadə etməli olacaqsınız.
İkinci ən böyük şərt suyun tempraturudur. Qaynar suda bu çayı dəmləmək olmaz. İsti, lakn qaynar olmayan (80-85 dərəcə selsi) su ideala yaxın sayıla bilər.
Üçüncü şərt isə dəmləmə müddətidir. Belə ki, bu müddət 5 dəqiqədən çox ola bilməz.

Bu şərtlər daxilində həqiqi ağ çay dəmi əldə edilir. Bunu siz çayın dadından, tamından və təravətindən də hiss edəcəksiniz.
Hazırlanması:
Siz ağ çayı apteklərdən və xsusi satış məntəqələrindən əldə edə bilərsiniz. 1 çay qaşığı təxminən 1 qram, 1 yemək qaşığın isə 3 qram çay yarpağı tutur.  Bu çayı hazırlamaq üçün çaydanı isti suda yaxalayın və qızdırın. İçinə ağ çay tökün. Daha sonra üzərinə 0.5 litr 85 dərəcə istiliyi olan su tökün və 5 dəqiqə dəmləyin. Nəticədə çayın növündən aslı olaraq solğun sarı (yaşıl-sarı) dəm əldə edəcəksiniz. Bu çayı gündə 1-2 dəfə qəbul edin.

Deyirlər ki, bu çayın zərəri yoxdur. Amma yenə də həkimlərlə məsləhətləşsəniz sizin üşün daha xeyirli olar
Previous Post
Next Post