вторник, 8 октября 2013 г.

Qovun bəhməzi


Ləvazimatlar:
1 ədəd təzə qovun
Hazırlanması:
Bunun üçün 1 ədəd təzə qovun lazımdır. Əvvəlcə qovunu yuyuruq sonra onu kəsirik, qabıqlarını soyuruq içinin tumunu çıxardırıq daha sonra içini ya əzir yada ət maşınından keçiririk. Şirə tənzifdən süzülür və odun üzərinə qoyulur. Əgər qovunun içi bərkdirsə və şirəni çıxardmaq olmursa onda iç xırda – xırda doğranılır üzərinə azca su tökülüb odun üzərinə qoyulur. Və 50 – 60 dəqiqə bişirilir. Sonra sıxılıb şirə çıxarılır, süzülür və  bişirilir.
Previous Post
Next Post