вторник, 8 октября 2013 г.

Şəkərli limon

 Ləvazimatlar:
1 kq limon
1 kq şəkər tozu
Hazırlanması:
Şəkərli limon hazırlanarkən yaxşı yetişmiş limonlar təmiz yuyulur, silinir paslanmayan bıçaqla 5 - 6 mm qalınlıqda doğranır və təmiz yuyulmuş quru bankalara yığdıqca hər qata şəkər tozu tökülür. Üst qata şəkəri bir az çox təkmək lazımdır.
Bankalar qapaqla örtülüb bir həftə otaqda saxlanır. Bu müddət ərzində bankalardakı limonları tez – tez çevirmək lazımdır ki, şəkər tozu ərisin. Daha sonra isə banka şüşə və ya dəmir qapaqla bağlanıb soyuq yerdə saxlanılır.

Previous Post
Next Post