суббота, 14 декабря 2013 г.

Mixəyli çay

Mixək
Bu bitki ortaboylu,həmişə yaşıl ağacdır.Onun qalın qabıqlı, parlaq-yaşıl rəngli yarpaqları və nəzəri cəlb edən qırmızı rəngli ətirli və gözəl çiçəkləri vardır. Mixək  tropik iqlimli bitkilərdəndir. Əsl vətəni Cənubu Asiya dır. Qiymətli olduğu üçün o hazırda bir sıra tropik ölkələrdə sənaye əhəmiyyətli bitki kimi geniş sahələrdə becərilir.Qədim misirlilər qızıl qolbağı və boyunbağını mixəyin çiçəkləri ilə bəzəyirmişlər.1521-ci ildə mixək bitkisini ilk dəfə təsvir edib, onun haqqında ətraflı məlumat verən alim Piqafetta olmuşdur.Bu ildən etibarən mixək bitkisinin bitklərindən ilk dəfə olraq efir yağı alınmışdır.Hazırda istər ətriyyat sənayesində, istərsə də dərman məqsədi ilə mixəyin ancaq çiçəklərindən istifadə olunur. Mixəyin çiçəklərini hələ qönçə ikən müvafiq qayçı ilə kəsib,toplayır sonra xüsusi quruducularda qurudurlar.Mixəyin tərkibində 17-20 % efir yağı və 20%-ə qədər aşı maddələri olur.Təbabətdə isə mixəyin efir yağından və əsas tərkib hissəsi olan evkenoldan,xəstə dişin müalicəsində onun iltibahını aradan qaldıran bitkidir, dezinfeksiyaedən və ağrıkəsən dərman kimi işlədilir.

Mixəyli çay

Ləvazimatlar:
0.5 çay qaşığı mixək
4 çay qaşığı qara çay
Su
Hazırlanması:

Əvvəlcə çaydanı qaynar su ilə yaxalayırıq. Sonra çaydana 4 çay qaşığı qara çay, 0.5  çay qaşığı mixək əlavə edirik. Sonra da çaydanı zəif odun üstünə qoyuruq və üstünə azca qaynar su əlavə edirik. Azca dəmləndikdən sonra çaydana ağızına qədər su tökürük. Beləliklə çay hazır olur.
Previous Post
Next Post