суббота, 14 декабря 2013 г.

Kəklikotu çayı

Kəklikotu
 Azərbaycanın subalp və alp çəmənliklərində, quru, daşlı, kirəcli  yerlərində, meşə-çöl yamaclarında bitir.Kəklikotundan  yeyinti və ətriyyat sənayesində, əczaçılıqda  istifadə edilir.
Yarpaqlarında  efir yağı, C vitamini, karotin və başqa maddələr vardır.Yarpağının duru ekstratı və dəmlənməsi  bəlğəmgətirici vasitə kimi işlədilir. Kəklikotu ot və balıqdan hazırlanan xörəklərdə işlədilir.Ondan çaya ətir vermək üçün də istifadə edilir.Kəklikoyunu qurudub, narın döydükdən sonra çay kimi dəmləyir, diş və boğaz ağrısında qarqara edirlər.

 Kəklikotu çayı
 Ləvazimatlar:
2 çay qaşığı kəklikotu
4 çay qaşığı qara çay
Su

Hazırlanması:
Əvvəlcə çaydanı qaynar su ilə yaxalayırıq. Sonra çaydana 4 çay qaşığı qara çay, 2 çay qaşığı kəklikoyu əlavə edirik. Sonra da çaydanı zəif odun üstünə qoyuruq və üstünə azca qaynar su əlavə edirik. Azca dəmləndikdən sonra çaydana ağızına qədər su tökürük. Beləliklə çay hazır olur.
Previous Post
Next Post