понедельник, 20 августа 2018 г.

"Snikers" tortu ( Торт "Сникерс") - Resept 1

Snikers tortunu necə hazırlamaq olar?
Resept1
Snikers tortu demək olar ki, bütün ölkələrdə sevilən və məşhur olan tortlardan sayılır. Tərkibində araxis, şokolad və karamel olan bu şirniyyatı evdə hazırlamaq çoxda çətinlik törətmir. Beləki,  bütün insanlar karamelli, araxisli, şokoladlı şirniyyatları xoşlayırlar. Amma bunun hazırlanma qaydası zövqlərə uyğun olaraq müxtəlifdir.


Sadə snikers tortunu hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:

-1 stəkan ələnmiş un
-1 stəkan şəkər tozu
-5 ədəd yumurta
-100 qram şokolad
-2 yemək qaşığı süd
-2 çay qaşığı qabartma tozu
-vanil

Snikers tortunu hazırlamaqdan ötrü bizə iki cür krem hazırlamaq lazımdır.
Birinci kremi hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:
-400 qram qaymaq(сливки)
-2 yemək qaşığı şəkər tozu

İkinci kremi hazırlamaq üçün bizə aşağıdakılar lazım olacaq:
-qatılaşdırılmış süd bankasının yarıdan bir az çoxu(2/3 hissəsi)
-100 qram şit yağ
-100 qram araxis

Həmçinin tortumuzun üstünü bəzəmək üçün bizə qlazur lazım olacaq. Qlazurun hazırlanması üçün bizə aşağıdakılar lazımdır:
-2 yemək qaşığı süd
-100 qram şokolad

İndi isə tortun hazırlanma qaydası ilə tanış olaq.
Yumurtaların ağını sarısından ayırırıq. Sonra yumurtaların sarısını şəkər tozu və vanil əlavə etməklə qarışdırırıq. Ayrıca qabda südü şokolad dilimləri ilə birlikdə buxar qazanında duru məhlul əmələ gələnə qədər qarışdırırıq. Sonra bu qarışığa yumurta sarıları qarışdırılmış məhlulu əlavə edirik və yaxşıca qarışdırırıq. Daha sonra yumurtaların ağlarını köpüklənənə qədər ayrıca qabda çalırıq və qarışdırdığımız məhlulun üzərinə əlavə edirik. Yenə də yaxşıca qarışdırırıq.

İndi isə bu məhlula un əlavə etməyin vaxtı çatıb. Unu ələyirik və üzərinə qabartma tozunu əlavə edərək yaxşıca qarışdırırıq. Sonra isə bu qarışığı əvvəlcə hazırladığımız qarışığa əlavə edirik. Hamsını birlikdə yaxşıca qarışdırdıqdan sonra 10-15 dəqiqəlik kənarda saxlayırıq. Bu vaxt ərzində isə tort üçün formanı götürürük, divarlarını yağla sürtüb üzərinə azacıq un səpirik ki, yapışmasın. Sobanı 180 dərcəyə qədər qızdırırıq. Əldə etdiyimiz xəmiri tort formasının içinə tökərək 30-40 dəqiqəlik vaxtla sobaya bişməyə qoyuruq. Bu bişim hazır olduqdan sonra onu sobadan çıxarıb soyumağa qoyuruq. Soyuduqdan sonra isə iki və ya üç hissəyə bölürük.

Bilməlisiniz ki, tort üçün hazırlanan kremlər, tort dilimlərinin üzərinə və hazır olandan sonra isə tortun üstünə də çəkilməlidir. Əgər tortunuz iki və ya üç hissədən ibarətdirsə, hazırladığınız kremləri müvafiq olaraq iki və ya üç hissəyə bölün. Bir hissəsini hazır tortun üstünə əlavə etmək üçün saxlayın. O biri hissələrini isə hər bir dilimin üstünə çəkmək üçün saxlayın.

Tortun iç kremini hazırlamaq üçün:
-Əvvəl birinci hazırladığımız kremdən istifadə edirik. Bunun üçün qaymaq və şəkər tozunu qarışdırırıq, alınmış məhlulu iki hissəyə bölünmüş tort dilimlərinin üzərinə yaxırıq.


-Daha sonra ikinci hazıladığımız kremdən istifadə edirik. Bunun üçün qatılaşdırılmış südü,  yumşaldılmış kərə yağını və araxisi birlikdə qarışdırırıq. Bu qarışığı əvvəlcə çəkdiyimiz qarışımın üzərinə tökürük. Bişmiş tort dilimlərini üst-üstə qoyuruq, üzərinə artıq qalmış kremlərimizdən əlavə edirik. Bunun üzərinə isə hazırladığımız qlazuru tökürük. 

Qlazuru buxar hamamı deyilən şəraitdə eyni cinsli məhlul alınana qədər od üzərində qızdırırıq, soyuduqdan sonra isə hazırladığımız tortun üst hissəsinə - kremin üstünə əlavə edirik. Artıq qalmış araxisləri, şokoladları və digər qırıntıları üzərinə əlavə edirik. Beləliklə bizim snikers tortumuz hazırlanmış olur. 
Previous Post
Next Post