воскресенье, 9 марта 2014 г.

Sobada bişirilmiş kütüm balığı


Ləvazimatlar:
1 ədəd kütüm balığı
İçi üçün:
100 qram sarı kişmiş
100 qram xırda doğranmış qaysı qurusu
50 qram təmizlənmiş alça turşusu
50 qram xırda doğranmış qoz ləpəsi
2 ədəd iri soğan
1 çay qaşığı tomat pastası
1 xörək qaşığı xama
Yarım çay qaşığı sarıkök
1 qaşıq duru yağ
Duz, istiot - zövqə görə
Hazırlanması:
Kütüm balığının axçası alınmamış qulağını və içərisini təmizləyib, sümüyünün yanından dərin kəsilir. Zövqə görə duz istiot vurulur, 30 dəqiqə gözləməyə qoyulur. Soğanı xırda doğranıb, duru yağda qızardılır. Üzərinə təmizlənmiş kişmiş qurusu, qaysı qurusu və turşu əlavə olunur. Bir az duz, istiot vurulur, az xodda qovrulur. Sonra balaca fincanda 1 qaşıq tomat pastası, 1 xörək qaşığı xama sarıkök və duru yağı yaxşıca qarışdırıb çalırıq. Zövqə görə duz, istiot vurulur. Kütüm balığı təmiz yuyulub suyunu çəkməsi üçün bir kənara qoyulur. Fincanda düzəlmiş qarışıq kütümün içərisinə və üzərinə çəkilir. Tavada qovrulmuş içalat balığın içinə doldurulur, kəsilmiş yeri iynə - sapla tikilir. Daha sonra isə balıq elektrik sobasının tavasına qoyulur, üzərinə duru yağ gəzdirilir və sobaya verilir. 180C istilikdə 20 dəqiqə bişirilir. Balığın üzəri qızılı rəng olduqdan sonra sobadan çıxarılır və soyumağa qoyulur. Soyuduqdan sonra tavadan çıxarılıb, boşqaba qoyulur və yanı göy-göyərti ilə bəzədilir. Soyuq halda süfrəyə verilir. Nuş olsun!

Həmidova Natəvan


Previous Post
Next Post