понедельник, 2 сентября 2013 г.

Düymə peçenyesi

Tərkibi:
400 qram un
250 qram kərə yağı
200 qram şəkər tozu
10 qram qida boyası
1 yumurta
Qabartma tozu-1 paçka
Duz
Vanil
Hazırlanması:
Əvvəlcə kərə yağı və şəkər tozunu ağarana qədər çalırıq. Elə eləmək lazımdır ki, şəkər tozu tam ərisin. Sonra onun içinə 1 yumurta əlavə edib, mikserlə çalırıq. Sonra vanil, qabartma tozu, qida boyası, duz əlavə edirik. Sonra ondan orta yumşaqlıqda xəmir yoğururuq. Sonra onu yayıb, stəkanın ağzı ilə kəsirik. Yağlanmış listə düzüb, ortasina dəriklər açırıq.


Previous Post
Next Post