понедельник, 2 сентября 2013 г.

Şəkər çörək

Tərkibi:
500 qram əla növ un
200 qram ərinmiş yağ
300 qram – qənd tozu
20 qram – maya
Yumurta – 1 ədəd
Vanil – 1 paçka
Hazırlanması:
Yumurtanın ağında maya əridilir. Üzərinə ərinmiş yağ tökülərək bir qədər qarışdırılır, sonra qənd tozu əlavə edilərək 20 – 25 dəqiqə möhkəm çalınır. Sonra buna un əlavə olunur. Sonra xəmiri xırda – xırda kəsib, əlimizdə yumrulayıb listə düzürük. Sonra üzərinə yumurta sarısı çəkirik.
Previous Post
Next Post