среда, 4 сентября 2013 г.

Qovurma bozbaş


Tərkibi:  
Adambaşına 150 qram – qoyun əti
Soğan – 2 ədəd
100 qram kartof
50 qram – şabalıd
20 qram – təzə alça
Yaxud alça qurusu – 10 qram
Keşniş, şüyüd
Duz, istiot
Zəfəran – 10 qram
Hazırlanması:
Qoyun əti 30 – 35 qram çəkidə tikələrə doğranır. Duz, istot vurulub, xırda – xırda doğranmış soğanlarla birliktə qoyun piyi ilə qovrulur. Sonra isti bulyon və yaxud su, soyulmuş kartof, qabaqcadan bişirilib soyudulmuş şabalıd, alça yaxud alça qurusu qatılaraq bişirilir. Bişənə yaxın istiot və zəfəran vurulur.


Previous Post
Next Post