четверг, 5 сентября 2013 г.

Şokolada batırılmış çiyələk


Tərkibi:
Çiyələk - 500 gram
Şokolad ləpəsi  - 1 stəkan
Yağ - 1 xörək qaşığı
Ağ şokolad ləpəsi
10 qram kərə yağı
Hazırlanması:
Əvvəlcə yağlı bir kağız götürürük.Onu listə səririk.Ayrıca bir qabda şokolad və yağı qarışdırırıq.
Şokoladı yaxşı-yaxşı çalırıq ki,yağ içində ərisin.Sonra çiyələkləri yuyun və onları
hazırladığınız şokolad sousuna batırın.Çiyələyi saplağından tutub,batırın ki, əlləriniz bulanmasın.Onu da deyək ki,çiyələyi tam şokolad sousuna batırmayın ,bir az qırmızı hissəsi görünsün.Onların hamısını listə düzün.Çalışmaq lazımdır ki,çiyələklər bir-birindən aralı qalsın.Sonra ağ şokoladı xırda-xırda parçalara ayırın və bir qaba töküb,üstünə 10 qram kərə yağı və süd əlavə edib əriyənə qədər qarışdırın.Sonra bu kütləyi soyudun.amma soyuducuda yox,otaq tempraturunda.Sonra ağ şokolad sousunu qaşıqla hazırladığınız çiyələklərin üstünə gəzdirin.İstəsəniz çiyələklərin içinə krem də doldura bilərsiniz.
Kremin resepti:
kərə yaği-200 qram
qatılaşdırılmış süd-1 qutu
vanil-1 paçka
İstəsəniz krem-şanti dən də istifadə edə bilərsiniz.

Previous Post
Next Post